Qonaq Kitabı
15 fevral Rusiya, sənə 1876

15 fevral  Rusiya, sənə 1876

 

Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

 

Cənab sərdarın dəftərxanasının rəisi knyaz Muxranski fevralın birində Badkubə qubernatoruna yazıb ki, təzə dadistəd qərardadır gərək yanvarın əvvəlində Qafvazın hər bir tərəfində qoyulaydı. Amma işin əvvəli olduğuna cənab sərdar dadistəd edənlərə iki ay möhlət verib ki, martın əvvəlinəcən hər iki fikir edib zikr olan qərardada müvafiq özünü dadistəd edənlərin silkinə yazdırıb şəhadətnamə və bilet alsın. Lakin belə məlum olur ki, Qafqazın dadistəd edənlərinin çoxu bu çağacan özlərinə şəhadətnamə və bilet almayıblar. Ona binaən cənab sərdar buyurur ki, onlara məlum olunsun zikr olan qərardad martın əvvəlində bişşək qoyulacaq və əgər ol vaxtacan hər kəs özünə şahadətnamə və bilet almamış ola, onun dükanı ya qeyri dadistəd olunan mənzili bağlanmaqdan savayı onlardan zakona müvafiq cərimə alınacaq.

 

DAXİLİYYƏ

Elmi-əbdan hədisinin barəsində olan külu vəşrəbu və la tüsrifu[1] bizim mollalar verən mənanın birisini görüb istəyirəm ol ayənin hikməti mənasından danışam. Hər bir millətin məzhəbində insan özünü və ya qeyri bir kəsi öldürmək qadağan olunub. Ona binaən ki, insan bir-birini həlak etsə, cammat olmaz və cammatsız insan dolanmaz. Çünki insan özünü bir neçə tövr ilə, o cümlədən az ya çox yemək ya içmək ilə həlak edə bilir, ol səbəbə zikr olan ayə müsəlmanlara nazil olunub ki, onları belə ölümdən mühafizə etsin.

Necə ki, şamın piyi çox olanda piltəni boğduğuna və az olanda piltəyə çatmadığına onun işığı kəm olur, habelə insanın da yemək-içməyi ziyadə və ya kəm olanda onun bədəni zəiflədiyinə ona naxoşluq ariz olub onu həlak edir. Az yemək və içmək insanın bədənini zəif eləməyi məlum və aşkar olduğuna, indi ancaq çox yemək və içmək bədənə zərər eləməyindən danışacağıq.

Biz yediyimiz xörəklər gərək mədədə əriyib qana qatışıb bədəni saxlasınlar və əgər mədədə bir girvənkə xörəyi bişirib əritməyə qüvvət varsa, ona iki girvənkə xörəyi bişitdirəndə mədə gücdən düşüb zəiflədiyinə tamam bədəni də zəif edir. Habelə biz içdiyimiz su lazımdır ki, mədədə bişən xörəyi əridib qan kimi etsin ki, damarların içində axsın. Elə ki, qan bədənin aczəlarına daxil oldu, gərək su özü tər və ya qeyri surətdə bədəndən rədd olsun.  Çünki suyu rədd edən əczalar su çox olanda onu rədd eləməkdən ötrü ziyadə kuşeş edib, gücdən düşüb tamam bədəni zəif edirlər, ona binaən çox içmək, çox yemək kimi bədəni fövtə verir.

Pəs üləmayi-islam yaxşı elərdilər ki, zikr olan ayeyi-şərifəyə verilən mənaların cümləsindən zikr olan hikmət mənasını da verəydilər və bir müsəlman israf edəndə, məsələn, qovunu batma ilə yeyəndə, ya lilli suyu bir neçə kasa içəndə ona deyəydilər: külu vəşrəbu və la tüsrifu.

 

 

ELM  XƏBƏRLƏRİ

 

 

İmtahan ilə bəyan olunub ki, bəzi naxoşluq insandan heyvana və ya heyvandan insana düşür. Məsələn, sinə naxoşluğu ki, ona sill deyirlər, heyvanda da olur və onların südünü işlədən insana da düşür. Ona binaən sağlam malın sill naxoşluğu olsa onun südünü yemək məsləhət deyil. Ondan masəva onu sürüdə də saxlamaq yaxşı deyil. Ona binaən ki, sürüdə olan dana və buzovlar onu əmib sill naxoşluğu-na düşər. Həmçinin onun ətini də yemək yaxşı deyil. Ol səbəbə yəhudilərin adəti ki, malı kəsəndan sonra onun ciyərinə baxıb və əgər yara olsa onun ətini yemirlər, yaxşı adətdir. Pəs sill naxoşluğu olan heyvanı məsləhətdir tələf edəsən ki, onun ətini ya südünü insan və heyvanlar yeməsinlər.

_______________

 

İmtahan ilə məlum olub ki, insanın xasiyyəti və bəzi naxoşluqları, məsələn, sill və babasil naxoşluqları onun övladında tapılır və habelə zikr olan naxoşluqlar ananın südü ilə övlada yetişir. Ona binaən dayə saxlayanlara məsləhətdir ki, sağ dayə tutsunlar ki, onun sill, ya babasil və ya kəffət naxoşluğu olmasın. Həmçinin zikr olan naxoşluqları olan övrətlərə məsləhətdir ki, öz uşaqların əmizdirməyib onun üçün dayə tutsunlar ki, uşaq əgər anasına oxşamış isə naxoş ananın südündən azara düşməsin.

_______________

 

Çünki bizlərdə oğrunu bəzi vaxtda ləpir ilə cüstücu edirlər və kəndlərdə olunan oğurluğun çoxunu atlı adam edir, ona binaən atının yerişməyindən və onun ləpirindən danışacayıq.

At yorğalıyanda hər tərəfinin iki ayağını birdən qalxızıb, birdən yerə qoyar. Addım ilə gedəndə hər bir ayağını tək yerə qoyar. Məsələn, sağ tərəfin qabaq ayağından sonra, sol tərəfin dal ayağını, sonra sağ tərəfin dal ayağını və axırda sol tərəfin qabaq ayağını. Yeriş ilə gedəndə iki ayağını birdən, yəni sağ tərəfin qabaq ayağı ilə sol tərəfin dal ayağını birdən və sol tərəfin qabaq ayağı ilə sağ tərəfin dal ayağını birdən yerə qoyar. Ona binaən at yorğalıyanda gah sağ tərəfə, gah sol tərəfə basıb yırğalanar, amma yeriş ilə gedəndə hər iki tərəfə birdən ayaq basdığına yırğalanmaz.

At yeriş ilə və addım ilə gedəndə onun hər tərəfinin iki ayağından bir ləpir düşür, yəni qabaq ayağının ləpirinin üstə dal ayağının ləpiri düşür. Lakin bir tərəfin ayaqları elədi ki, ləpirlərin bir-birindən irəli olmağına baxıb bilmək olur ki, o ləpirlər yeriş ilə və ya addım ilə gedən atdan düşüb. Addım ilə gedən atın ləpirlərinin arası az, amma yeriş ilə gedəninki çox olur. Amma at yeriş və addım ilə yoxuşa çıxanda onun dal ayağı qabaq ayağının ləpirinin üstə düşməz, bir az dala düşər və enişdən düşəndə dal ayağının ləpiri qabaq ayağından irəli düşər. Həmçini yorğa at düz yerdə gedəndə dal ayağının ləpiri  qabaq ayağının ləpirindən irəli düşür.

_______________

 

Hörümçək öz torunun içində bir deşik qayırıb oturub gözləyir ki, bir heyvan ona düşəndə onu şikar etsin. Çünki hava yaman olanda heyvanat gəzmədiyinə onun toruna da düşməz, ona binaən ol zaman hörümçək özü də tordan çıxıb bir yavıq yerdə, məsələn, ağacın budağının altında gizlənir. Belə hörümçək yerini dəyişməyə binaən hava dəyişilməyin bir neçə gün qabaq bilmək olur. Əgər hava yaxşı olan zaman hörümçək tordan çıxıb gedir isə ya getmiş isə, məlum ki, hava dəyişilib yaman olacaq və əgər hava yaman olan zaman hörümçək öz toruna gəlmiş isə ya gəlmək istəyir isə, yəqin yaxşı hava olacaq.

 

MƏKTUBAT

 

5-c i f ə s i l. Keçən fəsildə yazıldı ki, hər ataya lazımdır övladına tərbiyət etsin ki, elm və ədəb sahibi olsunlar. Həməc olub xəyanət və şərarət nişlərilə xalqa niş vurmasınlar. Çün ənə və Əli əbu hazihil-ummət[2] fərmayişinin mənasına binaən məlumdur ki, padşah rəiyyətə atadır. Əlbəttə, övladın tərbiyəsində səy və onları təhris edər və övlad gərək ülül-əmr atanın itaətin özünə vacib bilib tərbiyətli və qabil olmağa səy etsin, ta cəhalət və füqəralıq odu onu yandırmasın. Fəqisəsül-qissə lə əlləhum yətəfəkkərun[3] ayəsinə binaən bir məsəl deyək. Xalq içində məşhurdur ki, it və qurq ildə on doğar, əti yeyilməz, onilə belə artmaz. Amma qoyun ildə bir ya iki doğar və əti yeyilmək ilə genə azalmaz. Bu allahın bərəkətidir. Bəli. Amma onun bir səbəbi-hikməti həm var ki, it-qurda mütəvvəcceh və mürəbbi olan almadığına tələf olur, amma qoyunun müstəhfiz və mürəbbi və sahibi olduğuna məsrəf olursa da, genə artar, habelə vəqta ki, xalq hirfət və sənət elmlərilə tərbiyət oldular, hüquqi-soltan vermək ilə nöqsan etməzlər, genə artarlar. Qərəz, elm və tərbiyət insanın səbəbi-tərəqqi və nəfidir, amma bəzi adamlar nadanlıqdan deyir:

Be ciddi cəhd çu kari nəmirəvəd əz piş

Bekirdigar rəha kərdə beh məsalehi-xiş.[4]

 

Əlbəttə, nadanlıq ilə ciddi-cəhd edən məqsudə çatmaz, gərək yol ilə getmək ta mənzilə çatmaq. Pəs insana vacibdir ki, elm ilə işlərə iqdam və ciddi-cəhd etsin, ta əməl fayda versin və hər bir tayfada olan yaxşı elmləri öyrənsin. Bəd əz on ki, məlum oldu ki, təqazayi-zəmanəyə binaən ülumi-əbdandarlıq vacibdir. Pəs ülum və əfali-mütəkəssirə qanuni-səltənət və sənaət və ticarət və ziraət və məadin və qeyri və bunlardan ötrü fabrika və maşınlar bina etməkdən tutub ta kəfşduz, bəlkə ədna mərtəbeyi-pinəduzluğa qədər.  Elə ki, hər biri öz qayda və qanununda təriqeyi-həqq və niyyəti-xalis və rəhmani ilə məhz millətin ümuri-əbdan və məaşları rövnəqlənib, özgələrə möhtac olmadığından ötrü oldu və əqrazi-şeytani daxil olmadı. Çün əsl ibadət allahın bəndələrinə yaxşılıq etmək və onların hacəti-xeyirlərinə əncam vermək olduğuna binaən ülum sahiblərinin alim və mütəəlliminin əfalı ibadət olur, dünyavü axirət neməti və cinanın kəsb edirlər. Əgər nəzərdə əhli-dünya da olanlar əl məcaz qəntərətül-həqiqəti[5] qapısından daxil olur əl əqlü ma übidə bihirrəhman[6] hədisinin cinanına. Bu neçə fəsil mücməli əqli-elm və tərbiyətin qəvaidində danışıldı, çün qəzet münşisi 2-ci nömrədə müsəlmanlarda qardaşlıq rəsmi və məhəbbəti olmadığın yazdığına binaən gələn fəsil qardaşlıq qəvaidində ərz olacaq.

Əhsənül-Qəvaid

 

________________

 

İ r ə v a n d a n . Əxbari-cədideyi-İrandan birisi də onu söyləyirlər ki, bu ənqərib zamanda Təbriz vilayətində süd davanxanası qoyublar ki, İran istilahı ilə məclis adlanır və o məclisdə əcza təyin olublar Mirzə Yusifxan Müstəşarüddövlə, hacı Şeyx hacı Məhəmməd İbrahim Qəzvini oğlu, hacı Məhəmməd Hüseyn Nizamüttüccar və onlara rəis təyin olunub Ağa Mirzə Rəfi xan Nizamülüləmaülhəqq.  Bu xəbəri eşitməkdən dilşad olduq ki, əlhəmdülillah İranda nizam başlandı və şahın Avropa səfəri binəticə olmadı.

Ələkbər Elçizadə

_______________

 

Q u b a d a n . Quba uyezdinin Xaltan isti suyunun üstə təmirat olmadığına bu çağadək isti suya gələnlər açıq yerə düşüb ziyadə korluq çəkirdilər və oradan kəndlər uzaq olmağına binaən tamam mayəhtacları gərək özlərilə gətirəydilər. Ondan masəva istisuda bircə hovuz var idi, amma keçən il cənab uyezdni naçalnikin sərəncamına binaən dəftər üzü ilə pul cəm olunub, o cümlədən cənab Hacı Xəlil bəy 300 manat verib. Zikr olan məbləğ ilə istisuda bir ev təmir olunub ki, olsun səkkiz bab otaq və təzədən iki hovuz təmir olunub. Bu il genə bir neçə otaq və hovuz təmir olunacaqdır. Ondan savayı orada dükanlar açılacaqdır ki, hər bir mayəhtacı oraya gələnlərə satsınlar. İstisuya gələnlər zikr olan evə kirayə verməyəcəklər.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Bu fevralın 9-da bizim padşahın həmşirəsi Mariya Nikolayevna mərhum olub.

_______________

 

Badkubə müsəlmanlarının arasında danışıq var ki, şəbnişindən ötrü bir mənzil kirayə edib oraya axşamlar söhbət etməyə və vaxtı xoş keçirmək üçün cəm olsunlar və bu cammat mənzilinin adını beistilahi-rus müsəlman klubu qoysunlar ki, haman mənzildə olan məşğulat cümləsi müsəlmanlar adət etdiyi məşğələlərdən olsun. Məsələn, şətrənc, nərdtaxta oynamaq  və hər cürə özləri xahiş etdiyi müsəlman kitabları oxumaq. Bu mənzilin kirayəsin verməkdən ötrü, lazım olan müxəlləfatı və kitabları almaq üçün camaat məbləğ cəm edəcəkdir ol kəslərdən hansıları ki, ol mənzilə həmişə gəlməyə xahişmənd olacaqlar.

_______________

 

Aşura axşamı Səlyan qəsəbəsində yanğından 30-dan ziyadə dükan tamam malları ilə ki, 40 min manata qədər qiyməti olsun, yanıb tələf olub. Yanğının şiddət etməyinə səbəb 2 neft dükanı olub ki, zikr olan 30 dükan 2 saatın müddətində yanıb qurtarıb.

_______________

 

Osmanlı dövləti öz xaçpərəst tabelərilə cəng etməyinə binaən tamam Avropa dövlətləri əsgər cəm edib ol cəngin aqibətini gözləyir idilər və Osmanlı çox əsgər yığıb, o cümlədən Qafqazdan gedən çərkəzlərdən əlahiddə polk düzəldib cəng gəmilərini və top-tüfəngi arəstə etmiş idi. Keçən həftə ki, Avropa dövlətlərinin konsulları Andraşi yazdığı sülhnaməni sədri-əzəmə verəndə onu qəbul etməmişdi, hamı fikr elədilər ki, cəng başlanacaq. Amma indi teleqraf ilə xəbər gəlib ki, Osmanlı dövləti ol sülhnaməni qəbul edib.

_______________

 

Andraşi yazdığı sülhnamənin məzmunu: 1 Bosnidə və Qerdseqovinədə sakin olan xaçpərəstlərə izn olsun ki, asudəlik ilə, yəni bimane öz məzhəblərinin adablarını, məsələn, kəlisa tikmək və zəng vurmağı əmələ gətirsinlər. 2 Çünki zikr olan vilayətlərdə torpaq padşahlıqdır və ya müsəlman bəyzadələrinindir, ona binaən xaçpərəst rəiyyətlərə izn olsun ki, ol yerləri ki, onlar əkib-biçirlər, onları özləri üçün satın ala bilsinlər. Dövlət hökm eləsin ki, yer sahibləri ol yerləri onlara satsınlar. 3 Məzkur vilayətlərdən vüsül olan təhmilatın bir hissəsi ol vilayətlərin özlərinə məsrəf olsun. 4 Hər bir icarə ki, ol vilayətlərin sakinlərinə zərər edir, məsələn, təhmilatı icarəyə vermək bərhəm olsun.

_______________

 

Hindistanda olan məmləkətləri ingilis bir-bir zəbt edib. İndi Hindistanın şimal tərəfində bir neçə məmləkət qalıb ki, alsınlar: Kabul, Herat, Gilat və Bilucistan. Onlardan Gilat və Bilucistan dərya tərəfində olduğuna, indi onları da zəbt etməyə səy edir.

_______________

 

1874-cü sənədə Qafqaz vilayətindən 7 milyon 3 yüz min manat təhmilat vüsul olub. O məbləğdən 6 milyan 5 yüz min manat əskəriyyədən savayı divanxanalara məsrəf olub.

_______________

 

Qazan şəhərindən Sibir vilayətinə gedən dəmiryol təsdiq olunub. Onun tulu 1600 verst olacaq.

______________

 

Bu halda dövlət tərəfindən müəyyən olan adamlar Türküstanın Daşkənd şəhərinə gedən yolların planını çəkirlər. Danışıq var ki, oraya da dəmir yolu aparsınlar.

_______________

 

Rusiyanın elm sahibləri bir kitab çap ediblər ki, ismi “Qardaş köməyi”dir. Onu satmaqdan cəm olan məbləği Qerdseqovinə əhlinə göndərəcəklər.

_______________

 

Kokan xanlığının əhli Rusiya ilə cəng etməkdən yorulub Nəsrəddin xanı Rusiyadan gətirib genə özlərinə xan ediblər.

_______________

 

Keçən yanvarın 19-da Şuşa şəhərində, yəni Qarabağın şuşa qalasında teleqrafxana açılıb.

________________

 

Peterburqdan yanvarın 27-də yazırlar: gərçək yağı 7 manat 25 qəpik, neft cövhəri Amerikadan gələn 2 manat 30 qəpik, Badkubədən gələn 2 manat 2 şahı, Misir pambığı 8 manat 50 qəpip, inək yağı 8 manat 25 qəpik, buğdanın çetverti 11 manat 30 qəpik.

_______________

 

Avropa dövlətlərinin hər bir vilayətində icmalar bina olunub ki, heyvanatları onları incidənlərdən mühafizət etsin. Hər kəs ol icmaya calis ola bilər və hər bir calisdə ixtiyar var ki, bir kəs öz heyvanını, məsələn, atını ağır yük yükləmək ilə ya döymək ilə incidəndə onu suda aparıb cərimə etdirsin.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

 

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Ye, iç, amma israfçılıq eləmə.

[2] Mən və Əli bu ümmətin atasıyıq.

[3] Qissədən hissə ola bilsin ki, onları bir fikrə gətirsin.

[4] İşin ki, səy və çalışmaqla irəli getmədi, onun düzəlməsini allaha tapşırsan yaxşıdır.

[5] Məcaz həqiqətə keçmək üçün körpüdür.

[6] Ağıl ona deyilir ki, allaha ibadət eləsin.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info