Qonaq Kitabı
30 yanvar Rusiya, sənə 1876

30 yanvar  Rusiya, sənə 1876                            

  Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəze-ti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

Təzə dadistəd qərardatını istəyirik türk dilində əlahiddə çap edək.

 

DAXİLİYYƏ

Su bir yerdə dayanıb qalanda, məsələn, yağışdan sonra əmələ gələn göllərdə onun rəngi sarı ya göy olur. Onun səbəbi ol suda kiçik heyvanat və ələfiyyat məskən edib zindəganlıq etməyidir. Onları kiçik olduğuna baxmaq ilə görmək olmaz, amma ol suyun bir damcısına altı yüz böyüdən ayna ilə baxanda o bir damcıda bir neçə min heyvanat və ələfiyyat görmək olur. Belə su quruyanda zikr olan heyvanatın və ələfiyyatın toxumları toz kimi havaya qalxıb gedirlər. Sonra iyimiş və natəmiz yerə düşəndə təzədən zindəganlıq edirlər. Bu toxumlar havada ol qədərdir ki, insan hər nəfəsin alanda onların bir neçəsi onun ağzına gedir.

Çünki zikr olan heyvanatın bəzinin rəngi qırmızıdır, ona binaən bəzi yerlərdə yağış yağanda havada olan toxumlar ona qarışıb onu qan kimi qırmızı elədiyinə belə qırmızı yağışa avam adam qan deyib qəzəbi-ilahi hesab edir.

Zikr olan ələfiyyatın bəzinin toxumları insanın bədəninə daxil olanda onlardan titrədib-qızdırma, çiçək, vəba, yatalaq və bir neçə qeyri naxoşluqlar əmələ gəlirlər. Çünki bədən təmiz olanda ol toxumlar bədənə daxil də olsalar, orada pərvəriş tapıb zindəganlıq edə bilməzlər,ona binaən hər kəs zikr olan naxoşluqlardan özünü mühafizət etməkdən ötrü gərək bədənini və paltarını təmiz və qarnını iyimiş, çürümüş və artıq xörəkdən saxlasın.

Bu halda bizim Badkubə şəhərində çiçək naxoşluğu olduğuna indi ancaq çiçəkdən danışacayıq.

Çiçək iki qism naxoşluğa deyirlər ki, birisi əsl çiçəkdir və birisi səpgidir ki, çiçəyə oxşadığına ona da çiçək deyirlər. Amma onların təfavütü çoxdur. Məsələn, əsl çiçək yovuxmadır, yəni bir xəstənin yanına sağ adam gəlsə, o da naxoşluyar. Amma səpgi yovuxma deyil. Əsl çiçəkdən çox adam tələf olur, amma səpgidən yüzdə biri vəfat edər. İndi Badkubədə hər iki naxoşluq var. Həkimbaşı məlum edib ki, əsl çiçəkdən 5 adam xəstə imiş. Onların birisi ki, südəmər uşaq imiş, vəfat edib və qeyriləri şəfa tapıllar. Amma səpgidən xəstə çoxdur.

Keçən zaman ki, çiçək döymək məlum deyilmiş, çiçək qara yara kimi hər bir vilayətə düşsə, onu tamam edir imiş. Amma indi onun səbəbi və əlacı məlum olduğuna ol qədər şiddət etmir.

Çiçəyi döyülən kəs çiçəkdən xəstə olmaz və əgər olsa da az olur. Bəzi vaxtda çiçəyi döyülən kəs genə sonra çiçəkdən naxoşlayır. Ona binaən təbiblər məsləhət edirlər ki, hər kəs on ildə bir dəfə çiçəyini döydürsün və belə deyirlər ki, ol vaxtda ona heç çiçək dəyməz.

Əgər çiçək düşən yerdə təbib olsa, onu xəstənin üstə gətirdib onun məsləhətinə görə əməl etmək gərək, amma təbib olmasa lazımdır xəstəni soyuqdan və istidən mühafizət edib ona isti və təmiz xörəyi az-az verib, paltarını və bədənini pak saxlamaq və əgər iştədmə lazım olsa, gərçək yağı vermək. Belə saxlanan xəstənin çoxu təbibsiz də şəfa tapır.

Çiçək azarı bir yerə düşəndə səy etmək gərək ki, o naxoşluq sağ olan adamlara da dəyməsin. Ona binaən xəstəni elə saxlamaq gərək ki, onun yanına lazım olmayan sağ adam, ələlxüsus, çiçəyi döyülməmiş kəs gəlməsin və əgər məqdur olsa, xəstəyə bir əlahiddə otaq vermək ki, orada qeyri kəs sakin olmuya. Xəstəni elə saxlamaq gərək ki, onun yaralarının üstə milçək düşməsin, yoxsa onun ayaqlarına və qanadlarına ol yarada olan ələfiyyatın toxumları yapışar və sonra ol milçək sağ adamın üstünə oturanda ona da çiçək salar.

 

ƏKİN VƏ ZİRAƏT XƏBƏRLƏRİ

 

Kotan üç qism olur: diyircəksiz, dayaqlı və diyircəkli. Diyircəksiz kotan yüngül olduğuna ona daş ya kəsək rast gələndə onu düzəltmək asandır. Ona binaən onilə daşlı yeri şuxm etmək yaxşıdır və bir də onu əkin yerin dərin şuxm etməkdən ötrü işlədirlər ki, yüngül olduğuna az mal ilə də işlətmək olur. Ona bir ya iki cüt öküz qoşurlar. Onun cızıqları düz olmadığına şuxmu təmiz olmaz.

Dayaqlı kotanın qırının altında bir ucu yastı dayaq ya bir diyircək olur. Ona binaən onu düz saxlamaq çətin deyil, onun cızıqları düz və şuxmu təmiz olur və əgər lazım olsa, onun dayağını çıxarıb diyircəksiz kotan yerinə işlətmək olur. Ona 2 ya 3 cift öküz bəsdir.

Diyircəkli kotanın iki diyircəyi olur ki, onların üstə qırın başı dayanıb, onların üstün basıb kotanı ağır edir. Ona 3 ya 4 cift öküz qoşurlar, amma o ağır olduğuna onu düz saxlamaq asandır, hətta əkinçi əldən qoyanda da çökürülməz. Ona binaən onun cızıqları düz və şuxmu təmiz olur. Çünki dərin şuxm etməkdən ötrü gərək qırın başını aşağı salasan və onu aşağı çəkdikcən dəyircəklərin üstün bərk basıb kotanı ağır edir, ona binaən dəyircəkli kotanla dərin şuxm etmək çətindir. Bu kotanın şuxm tərəfdə olan dəyircəyi şuxmun içilə getdiyinə gərək o biri diyircəkdən böyük olsun, amma bəzi vaxtda onların hər birinə qeyri ox qayırıblar ki, onları hərəsini əlahiddə qalxızmaq və aşağı salmaq olsun. Bəzi yerlərdə onun kiçik diyircəyinin yerinə bir ucu yastı dayaq ya yarım diyircək qayırırlar. Bizim kotanın qırının ucu qalxaq olduğuna onu dəyircəklərin üstə irəli və geri çəkmək ilə dərin ya dayaz şuxm edirlər. Amma qeyri yerlərdə qırın ucuna bir dik dəmir möhkəm ediblər ki, onun üstəki halqasına malları qoşanda dərin və aşağıdakı halqasına qoşanda dayaz şuxm edir. Məzkur kotanları hər vilayətdə bir qeyri cürə qayırırlar. Xülasə, dünyada kotanlar çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cift öküz ilə işlədirik və onilə belə yeri narın edib çökürə bilmirik. Ona binaən bizim tavanası olan əkinçilər yaxşı elərdilər ki, Moskva karxanalarından əla kotanlardan gətirib işlədəydilər. Onların qiyməti 30-100 manat olur. Ol vaxtda bəlkə onları görüb özgələr də onlardan alsınlar.

İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşın ilə işlədsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şuxm edir. Amma onların qiyməti çoxdur və onları ancaq düzlənmiş yerdə işlədmək olur.

 

 

MƏKTUBAT

 

Çün əql müdəbbiri-əfal və mürəbbiyi-kəmaldır, genə əqlə gələk. Çün tü darəm həmə darəm, əgərəm hiç nə başəd[1]. Əgər əql olsa hamı zad olar, əql olmasa heç bir zad olmaz. Əsli-əfal xeyrin amilidir, vəli asand deyil, çox zəhmət və riyazətlər çəkib işləri bu məqama yetiriblər və genə zəhmət çəkib artırmaqdadırlar.

İki qism şəxsə aqil deyərlər: biri ki, riyazət çəkib bir elm ixtira edə və biri ki, onu görəndən sonra təhsil edib öyrənə. Bunlara alim və mütəəllim deyirlər və illa həməc məhsub olunur, amma əqlin cavahiratı zülmati-cəhalətdə itib və hər kəsin bir rizə daş əlinə gəlib ki, onu cəvahir xəyal edər. Belə ki, şair deyib:

 

Gər əz bəsiti-zəmin əql münədəm gərdəd

Kəsi bexud nəbərəd in güman ki, nadanəst.[2]

 

Bu xəyal ilə o kəslər ki, əllərində cəvahir var, onlara bietinalıq edib, sözlərini guşi-istimaə almazlar, təfavüt oldur ki, aqil cahili tanıyıb aqilanə sözləri ona deyir və cahil qüruri-cəhalət səbəbilə eşitməyəndə aqilin ona ürəyi yanar, amma aqilanə sözlər cahilin istedadı o məraitibə olmamaq səbəbilə onun təbiətinə çətin və idrakına uzaq gəlir və o sözlərdən onun təbiəti incidib ürəyi büğz bağlayıb qəti-nəzər bietinalıqdan savayı biehtiramlıq və bəlkə qəsdi-həlak edər. Pəs lazımdır təfəkkür, təəqqül çırağını ələ alıb insaf gözü ilə baxmaq ki, aya ülumi-mütəkəssirənin cəvahirləri ki, əqlin nişanələrindəndirlər, əldə bir zad var ki, əql hesab etmək olsun, ya cəhalətin susuzluğu həvayi-nəfsin şurəzarını saf su göstərir? Necə ki, əql bir şəcəreyi-teyyibədir ki, yaxşı əməllər onun nişanəsidir, həmçinin cəhl də bir şəcəri-xəbisədir ki, yaman əməllər onun nişanəsidir. Gərək təhsili-elm ilə nuri-əqli tapıb yaxşı-yaman təfavüt qoymaq. Və illa yaxşı yaman yerinə və yaman yaxşı yerinə istemal olur. Cəhalət bir atəşi-suzandır ki, şəxs öz cəhalətinin oduna yanar və onu da anlamaz ya əyyuhəl-ləzinə amənu-qu ənfusəkum və əhlikum narən[3]. Necə ki, insana lazımdır özün və əhlin elmi-din və məad ilə atəşi-duzəxdən saxlasın, həmçinin gərək tərbiyəti-ülum ilə özün və əhlin cəhalət odundan hifz etsin. Tərbiyət mövqufdur zəhmət və riyazətə və xidməti-ərbabi-üluma və afəqi-ənfəsə baxıb nik və bəd əfalda təfəkkür və təəqqül eləməyə. Əz hər çe tələb küni şəbü ruz piş əzhəmə nikbuyi beyamuz[4]. Çün yaxşı olmağın əvvəldə zəhməti və çətinliyi var, amma yamanlıq hər bir vaxtda mövcuddur. Hamı kəs yaxşı olmaq istəyir, amma onun çətinliyi səbəbindən qaçıb yamanlıq çölündə sərgərdan qalıb və hər şey üçün bir vaxt var, gərək o vaxtda onu əmələ gətirmək, ta fayda versin, insanı da tüfuliyyətdə gərək atası və böyüyü hirfətə və tərbiyətə qoysun ki, dəmir soyuyandan sonra çəkic ona kar edib əsbab qayrılmaz. Vəsfi-tərbiyətin baqisi və əl-əql maəbədəhu bihürrəhman[5] gələn fəslə qaldı.

Əhsənül-Qəvaid

 

________________

 

Quba şəhərinin əhllərinin boyağının cəhətindən işi məlumdur ki, nə qədər evlər xarab olub. Hansı ki, zərərin Şamaxının zəlzələsinə və ya İranın keçmiş qəhətliyinə nisbəti var. Quba əhlləri hər kəs öz qüvvəsinə görə 100000 ya 50000 manat xərc edib boyaq əkmişdi, indi nə haman külli məbləğdən əl çəkib buraxmağa taqətləri olmuyub və nə mülahizə edib saxlamağa istitaələri qalmayıb, mütəhəyyir və sərgərdan qaldıqları halda cənab bari-təalanın mərhəmətindən onlara cənab Kazlyakovski kimi adil hakim Quba şəhərinə uyezdni naçalnik təyin olunub. Ol cənabın ədalətindən bir-iki fəqərə ərz edim. 1) Quba əhlinin vəzi-övzaını mülahizə edib və çox şəxslərin yövmiyyə xərcinə məəttəl qalmağın mənzur tutub öz məvacibindən və qeyri mütəməvvül şəxslərdən bir qədər məbləğ cəm edib bisaman olan füqəralara təqsim buyurub. 2)  Zikr olan məbləğdən baş pulunu verməyə qadir olmayanların yerinə padşahlıq xərcini verib. 3) Qurban bayramının günü məhbusların haləti-təzəllümdə olmağın mənzur tutub onlara bir neçə kəllə qənd ənam edib.

Sultanov

_______________

 

Bizim Quba şəhərində erməni camaatı güzəranlıq babında lazım olan ümuru müyəssər olduqcan tədarük edib öz ovqatlarını bu az olan ömrünün zindəganlığına sərf edib öz füqəra və məsakinlərinə kömək edib, elm və ədəb təhsil etməyə səy edirlər ki, sair millətlərə gülüş olmasınlar. Quba uyezdinin Gilvar qəryəsində bir uşqola, yəni məktəbxana bina edib bir nəfər müəllim məvacib ilə tutublar ki, öz əhlinin uşaqlarına erməni və rus dillərilə tərbiyət verilsin ki, onlar müsəlmanlar içində olduqlarına öz dilini dəxi yaxşı bilmirlər. Bu qeyrət onlara üz verib qaytanlı dəftər hazır edib məbləğ cəm edirlər, əvvələn, zikr olan məktəbxana üçün güzəran olsun, saniyən, həmin qəryədə kəlisa təmir olunsun və əlavə bərin artıq pul fərahəm etmək üçün dekabr ayının 26-cı gecəsində və yanvar ayının əvvəlində erməni teatrı bina edib məbaliğ pulu cəm etdilər. Amma bizim müsəlmanlar nə ki, elm və ədəb dalınca olmurlar, hətta onların miyanında məhəbbət, qardaşlıq rəsmi olmadığına öz fəqir-füqəralarına da kömək etmirlər ki, cənab uyezdin naçalnik Kazlyakovski yövmiyə xərcinə məəttəl olan müsəlmanları acından həlak olmaqdan mühafizət etməkdən ötrü pul cəm edib onlara təqsim edir.

 

TƏZƏ  XƏBƏRLƏR

 

İran dövlətinin Tiflis general-konsulunun dəftərxanasından yazırlar: keçən ziqədə ayının onuncu yövmündə Culfa sərhəddində İran dövlətinin tərəfindən nəviştəcat, pul və əmanət göndərmək üçün poştxana bina olunub. Bundan sonra ümumu-nas bacara bilərlər ki, öz nəviştəcat, pul və əmanətlərini haman poştxananın təvəssütilə lazım olan yerlərə göndərsinlər və göndərən surətdə gərək paketin üstündə vazeh yazılsın ki, bu kağız ya pul, ya əmanət Culfa sərhəddində İran poştxanasına yetişib onun təvəssütilə filan şəhərdə, filankəs filan oğluna çatsın. Hər şəxsin zakaznoy kağızı və ya əmanəti müəyyən olan məhlədə özünə çatmıya, o vaxt o kağız və o əmanəti iki ay saxlayıb ondan sonra sahibinə geri qaytaracaqdır.  Məzbur poştxana mütəəhhid olur ki, əgər bir şəxsin pulu, kağızı və ya əmanəti yolda tələf olub lazım olan yerinə yetişməyə cəmi xəsarətinin öhdəsindən gəlsin.

_______________

 

İngilis padşahının oğlu bu çağacan Hindistanda səyahət edir. İndi Hindistanın şimal tərəfində pələng və fil şikarına məşğuldur.

_______________

 

Bir ildir ki, Badkubənin sudebni pristavı erməni Sukyasov min səkkiz yüz manat padşahlıq pulun özünə məsrəf eləməkdən ötrü məhbus olmuş idi. Bu yanvarın 13-də onun işi qət olan zaman Badkubə erməniləri siyahı üzilə ol məbləği cəm edib suda veriblər. Ona binaən sud onu qulluqdan əzl edib əldən qoyubdur. Bizim müsəlmanlardan belə işə 5 qəpik də verən olmaz.

_______________

 

Peterburqda təzədən Rusiyada ixtira olunmuş tüfəng ilə əsgərlər məşq edirlər. Onu hava ilə doldururlar, gülləsi 70 arşın gedir və tüstüsü olmur.

_______________

 

Andraşinin sülhnaməsini hələ Osmanlı qəbul etməyib. Deyirlər İngilis də təkid edəcək ki, qəbul etsin.

_______________

 

Daşkənddən yazırlar ki, abtavaçıbaşı təzədən Acid şəhərində qəzavət üçün 10000 əsgər cəm etmiş imiş, amma Namanğanda olan rus əsgərləri onları pərakəndə ediblər.

_______________

 

Peterburqda Ştiğlis adlı bir kəs bir milyon manat verib ki, ol məbləğ ilə şəkil çəkmək məktəbxanası açılsın.

_______________

 

Tiflisdə dövlət tərəfindən bir məclis bina olunub ki, Qafqazda olan əkin sulamaq adətlərin cəm edib bir qərardad qoysun ki, su xalq arasında doğruluq ilə paylansın.

_______________

 

Tiflisdə ermənilər və gürcülər öz dillərində həmişə teatr çıxardıllar, amma bu çağacan onların həmişəlik imarəti yox idi. İndi istəyirlər dəftər ilə pul yığıb teatr üçün imarət təmir etsinlər.

_______________

 

Dünyada 1034434000 insan var, ocümlədən 17300000 müsəlman, 300000000 xaçpərəst, 4700000 yəhudi, 740000000 bütpərəst və artığı qeyri məzhəblərdir. Dünyada min məzhəb var.

______________

 

İmtahan ilə məlum olub ki, dərya suyunun 62 putunda bir qran qızıl olur.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 

 



[1] Mənim heç nəyim olmasa da, sən varımsansa, hər şeyim var.

[2] Əgər yer üzündən ağıl yox olarsa,

Heç kəs özünün ağılsız olmasını güman etməz.

[3] Ey möminlər, özünüzü və ailənizi oddan qoruyun.

[4] Gecə-gündüz hər nəyə nail olmaq istəsən, hər şeydən əvvəl yaxşı ad qazanmağı öyrən.

[5] Allah hər şeyi ağılla görür.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info