Qonaq Kitabı
16 yanvar Rusiya, sənə 1876

16 yanvar  Rusiya, sənə 1876

  Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəze-ti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

 Cənab sərdarın hökmünə binaən mart ayının əvvəlinəcən Qafqazda dadistəd edənlər gərək özlərinə şəhadətnamə və bilet alsınlar. Ona binaən bu halda bizim dadistəd edənlərimiz tamam fikrə gediblər ki, aya hansı qisim tüccarlar  silkinə özlərini yazdırsınlar və ol silkdə onların nə ixtiyarları olacaq. Bu səbəblərə biz özümüzə vacib bilirik bəqədri-məqdur onların ixtiyarlarını məlum edək.

Dadistəd edənlər üç qisimdir: əvvəlinci və ikinci qism gildi hesab olunur, amma üçüncü qism gildi deyil və özüdə beş firqədir: birisi xırda alış- veriş etmək, birisi malları yük ilə gəzdirmək, birisi malları əldə gəzdirmək, birisi sənətkarlıq və birisi amillik.

Bu səfər xırda alış- veriş edənlərin ixtiyarından danışacayıq.

Hər xırda alış-veriş şəhadətnaməsi alan kəs iki qism dükan aça bulər: ya örtülü yerdə, məsələn, karvansarada, ya açıq yerdə. Örtülü yerdə açılan dükanda sata bilər:  1) Hər bir qism taxıl və un. 2) Ət, balıq, quş, süd və süddən əmələ gələn şeylər. 3) Səbziyat, hübubat və meyvə. 4) Hər bir qism ot kökləri və toxumları, amma dərman üçün işlənən şey olsa, gərək onu satmağa həkimbaşıdan əlahiddə izn olsun. 5) Aşa qoyulmuş ya qoyulmamış gönlər. Ondan qayrılmış təkbəndlər, qoyun, keçi və dovşan dəriləri. 6) Duz, şadır, zəy, zağ, kükürd, çaxmaq daşı, kül və lak. 7) Qətran, yapışqan, piy və piy şamı, ələfiyyatdan hasil olan yağlar və sabun. 8) Kəndir, şuval, həsir. 9) Əldə toxunan pambıq və kətan şeylər. 10) Əldə toxunan mahut və keçələr. 11) Mıtqal, ləngə, pambıq, ipək, kətan və onlardan toxunan dəsmallar və qurşaqlar. Hər bir qism qaytan , sap, eşmə. 12) Rus papaqları, əlcək, corab. 13) Fəqir-füqəra əyninə və ayağına geyən şeylər. 14) Qızıldan savayı hər bir mədəndən qayrılmış kiçik şeylər: kibrit, papiros və pul qabları: çətirlər ki, ipək parçadan olmaya; ayna ki, onun uzunu səkkiz və eni altı kərəhdən ziyadə olmaya. 15) Hər bir Rusiyada qayrılmış ağac, saxsı və şüşə qablar, akoşka və lampa şüşələri. 16) Hər ziraət əsbabları və ərradə hacətləri: iynə, sancaq və dəmirçilər əl ilə qayırdığı şeylər. 17) At qayışı, palan və hər ərradəyə və kirşəyə lazım olan şeylər. 18) Kiağız, qələm, mürəkkəb, qələm-da var. 19) İşlənmiş stullar, paltar və qab-qazan. 20) Köhnə kitab. 21) Hər bir şey ki, onu xərcsiz satmağ olur.

Açıq yerdə açılan dükanda asta bilər: 1) Çay, qənd və bal. 2) Un, düyü, nişasta, çörək, suxari. 3) Səbziyat, meyvə, mürəbbə. 4) Yağları işlənən toxumlar. 5) Hər bir qism yağ. 6) Xörəyə dad verməkdən ötrü işlənən şeylər, məsələn, istiot, duz və dərman otları ki, onu satmağa izn ola. 7) Sirkə və qeyri su qisni şeylər ki, xörəyə tökələr. 8) Hər bir qism ət, balıq və onlardan qayrılmış şey. 9) Yumurta, süd və ondan əmələ gələn şeylər. 10) Kükürd, zəy, zağ, nişadır, çaxmaq daşı. 11) Qətran, yapışqan. 12) Hər bir qism şam və sabun. 13) Kağız, qələm və   qeyri yazı üçün lazım olan şeylər. 14) Tikiş üçün lazım olan şeylər. 15) Rusiyada qayrılmış qablar. Onlardan savayı ucuz mədənlərdən qayrılmış kiçik şeylər: hər bir qism süpürgə, çuval, ələk, qəlbir və siçan tələləri. Hər bir qism pamad ki, başa sürtürlər və vaks ki, çəkməyə sürtürlər. Uşaqlar üçün oyun şeyləri ki, onlara iqruşka deyirlər və kibritlər.

Əvvəlinci siyahının şeylərin ancaq örtülü yerdə olan dükanda, ikinci siyahının şeylərin açıq yerdə olan dükanda satmaq olar, amma ol şeylər ki, hər iki siyahıda adlanıb, hər iki zikr olan dükanlarda satıla bilər.

Şəhər camaatının iltimasına binaən cənab sərdar zik olan siyahılarda adlanan şeyləri dəyişdirə bilər.

Əvvəlinci siyahıda zikr olan şeyləri şəhadətnamə almamış bir bilet almaqlıqla satmaq olar, bəşərta ki, ol şeylər satılan yer tərpənən yer olsun, yəni taxta ya stul üstə, ya taxtadan bina olunmuş kiçik ev içində ki, ol evi də çadır kimi tərpətmək olsun. Həmçinin dükan çox kiçik olsa ki, onu bir otaq hesab etmək olmaya, belə dükanda əvvəlinci siyahıda adlanan şeyləri ancaq bir bilet almaqla satmaq olar, bəşərta ki, bir şəxsin bir şəhərdə bir ədəd belə dükanı ola.

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

3) Kotanın taxtası. Taxta gəvasin və qılınc kəsdiyi şuxmu qalxızıb, çökürüb əzməkdən ötrüdür. Taxtanı kotanın binasının böyrünə - gəvasin başlanan yerə bərkidirlər. Taxta düz olsa şuxmu yaxşı çökürməz, gərək onun ortası çökək ola və belə taxtanı ağacdan qayırmaq çətin olduğuna onu dəmirdən qayırmaq yaxşıdır. Taxta gödək və ortası çökək olduqcan şuxmu yaxşı çökürüb əzir, amma uzun olduqcan onun çökəyi az olur və şuxmu yaxşı əzmir, lakin gödək və çökək taxtalı kotan çox, uzun taxtalı kotan az güc istər. Dəmirdən qayrılmış yaxşı gödək taxtanın uzunu bir arşın bir kərəhdən, bir arşın bir çərəyəcən olur, amma uzun taxtanın uzunu bir arşın üç çərəkdən iki arşın iki kərəhədək olur. Taxtanı kotanın sağ tərəfinə möhkəm edirlər, amma belə bir tərəfə bərkinmiş taxtalı kotanla ancaq dolama şuxm etmək olur, yəni onu elə sürmək olmaz ki, iki cızıq yan-yana düşsün. Ona binaən dağ yerlərində ki, dolama əkmək məqdur deyil, taxtanı elə möhkəm edirlər ki, bir tərəfə gedəndə sağ tərəfdə isə, geri qayıdanda onu sol tərəfə bərkidirlər və cızıqları yan-yana çəkirlər. Amma belə taxtası dəyişlənən kotan şuxmu yaxşı əzməz.

4) Kənə, yəni kotanın binası. Kənə kotanı düz saxlamaqdan və onu hissələrini bir-birinə bərkitməkdən ötrüdür. Kotan düz duranda cızıqları da düz çəkər, kənə uzun və enni, yəni ağır olduqcan kotanı düz saxlamaq asandır, amma yüngül olduqcan heylə saxlamaq çətindir. Ona binaən kənəni dəmirdən qayırmaq yaxşıdır ki, o kiçik və ağır və möhkəm olsun. Kənənin uzunu üç çərəkdən bir arşınacan və eni iki kərəhdən iki kərəh yarımacan olur.

5) Qır. Kotanın qırı ona mal qoşmaqdan ötrüdür. Ona ağacdan ya tamam dəmir olan kotan üçün dəmirdən təmir edirlər. Əgərçi qırı  düz də qayırırlar, amma onun qılınc taxılan yeri bir az qalxaq olsa yaxşıdır. Ona binaən ki, bəzi vaxtda gəvasin şuxmu altından kəsir, taxta onu qalxızır, amma qılınc onu böyürdən kəsib qurtarmayıbdır. Ol vaxtda şuxm qırın qalxaq yerinə dirənib kotanı ləngidəndə, qılınc şuxmu kəsib tamam edir.

Dəyircəksiz kotanın qırının uzunluğu bir arşın üç kərəhdən bir arşın dörd kərəh yarımacan və ucu ya qalxaq, ya aşağı olur, amma dəyircəklininkinin ucu həmişə qalxaq olur, onun ucu qalxaq olmağına binaən qırı bir az qısa etmək və yeri dərin ya dayaz etmək olur.

6) Dəstə. Dəstə kotanı düz saxlamaqdan ötrüdür. Dəstə iki olur, onlar əyri və uzun olduqcan yaxşıdır. Doğrudur, dəyircəkli kotana bəzi vaxtda bir dəstə qayırırlar, amma onu bir dəstə ilə düz saxlamaq müşküldür.

 

MƏKTUB

 

Keçən fəslə binaən gərək əqlin vəsfində ərz edək. Əvvələn, əql nədir və necədir? Qəzetdə küncayiş olmaz, amma əql, mərifət, beynülnas ki, deyirlər filankəs aqildir, görək bu əql maddidir ya kəsbi? Bəli, bu əql həm maddidir, həm kəsbi. Məsələn, yerin kəmunində olan su kimi. Necə ki, onun üstündən torpağı götürüb işdətmək və qüvvətləndirmək və nəhr edib quru yerlərə aparmaq səbəbilə o yer zində olur və minəl-ma külli şeyin həyyi[1] əvarazi-əmvatda bağ və bəsatin, gül və riyahin, əşcari-əsmar əmələ gəlir ki, xalq bəhrəmənd və ləzzətbərdar olurlar, həmçinin əql də işlədib cəhalət torpağın üstündən götürüb təhsili-kəmal səbəbilə bağati-hirfət və əşcari-sənaət əmələ gətirir ki, xalq bəhrəmənd və məşğuli-nəfbərdarlıq olurlar, mütəfərriq və pərişan olmazlar.  Pəs lazımdır əqli-məaşı işlə-dib ülumi-əbdan əxz etmək. Əvvələn, əkl və şürb möhtacdır ülumi-ziraətə. Hifzi-səhhət, dəfi-mərəz möhtacdır ülumi-təbabətə. Məlbusat və sair mayəhtaclar möhtacdır ülumi-sənaət və ticarətə və qis əla haza[2] hər əməl üçün onun elmi lazındır əl elm sümməl-əməl[3]. Əl əməl və bilaelm və vəba lün[4]. İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsili-üluma. Ütlübül-elmə min əl məhdi-iləlləhdi[5]. Amma nəinki gərək bir adam cəmi ülumu öyrənib bilsin, və məhaldır və heç birin itmama yetirmək olmaz. Lazımdır hər kəs bir elmə ki şüru elədi, onu müntəhaya yetirsin, yəni onun cəmi üsul və fiqhin bilib məqami-ictihada yetişsin ki, sonra özü ol elmdən bir elmi-digər ixtira edib ya o elmə rövnəqi-təmam versin ki, cəmi ülum bir-birindən iqtibas olub artar və bunların hamısı möhtacdır əmniyyətə

Pəs təhsili-ülum insana vacibdir necə ki, bizim peyğəmbərin bu fərmayişindən məlumdur: Ənnasü alimün əv mütəəllimün vəl-baqi hüməcün, yəni eşşək arası ki, nişi olur, amma balı olmaz. Pəs gərək qəlbin aynasın pak etmək ta nuri-əql ona tabidə olub zülməti-cəhli götürsün. Necə ki, günün işığı kor gözə kar etməz, həmçinin əql də bədən aləminin günüdür. Gərək qəlb gözü açıq olsun, ta nuri-əql ona tabidə olub, işıqlanıb ülumu dərk etsin.

Gələn fəsil cəhl məzəmmətində və tərbiyətin vəsfində əl-əql ma əbdəhu bihir-rəhman[6] hədisinin şərhində zikr olunacaq.                                    Əhsənül- Qəvaid

_______________

 

“Əkinçi” qəzetinin 11-ci nömrəsində 2 fəsil elmi-əbdan bəhsindən yazılmış idi. Fəsli-əvvəl Əhsənül-Qəvaid ki, öz xəyalın tərzi-münasibətilə ki, əsbabi-bədəniyyətə münkər olmayıb bir daş ilə min bir budağı vurubdur. Fəsli-sani Badkubəli molla ki, bişi-mətləbi ilə rədd cavaba iktifa etməyib ərəb övrəti üzün örtmək istəyib, övrət eynin açan kimi özgə millətlərə sataşıbdır. Mollayi-məzkur cənabından iltimas edirəm ki, mətləbi-xəmsənin bəhslərin bir növ ilə ki, mücəddədən bəhsi-varid gəlməsin əda buyursunlar.

Əvvəlinci mətləb ki, molla buyurmuş müsəlmanların əqli-məaş əllərindən verməyi böhtandır. Əgər belə olsa onların töxmi-vücudları məlum olurdu. Əvvələn, əgər desə ki, məaşdan əhli-islamın muradı, məhz xəlq və dəlqü cəlqdir, bunlar bilcümlə bəhaimdə də tapılır. Bəlkə heyvanatın məqamı bu ehtiyacı özündən rəf eləməkdə insandan artıqdır. Oma binaən ki, heyvanat dünyaya gələndən heç bir köməkçiyə və onu mühafizət edənə möhtac olmayıbdır. Hətta bir naxoşluq onlara üz versə, bəzi ələfiyyatı yeməklə özlərinə müalicə və müdava edirlər. Amma bexilafi-insan ki, hər halətdə özündən qeyrisinə möhtacdır, pəs insanın şərafəti heyvandan nə ilə olacaqdır?

Saniyən, müddəi ki, əhli-islamın nə Quranına, nə peyğəmbərinə və nə hədisinə qail deyildir və bu sualı müsəlmanların payeyi-fəzl və kamalın bilməkdən ötrü edibdir, əgər desə ki, mən elmi-əbdan və əqli-məaş məqsudun soruşdum ki, bilim həzrətin muradı ol kəlamından nə imiş, zahiri mənasın məktəb uşaqları həm bilirlər. Təəssüb və cədəl yolu ilə meydana gəlib bu ayeyi- şərifənin ki, külli hizbin bima lədeyhim fərihun[7] yazıblar, mənasının mənim sualıma nə münasibəti var?

Salisən, əgər desə ki, müsəlmanların töxmi-vücudları ədəmə mübəddəl olmamaq elmi-əbdan və əqli-məaş müsəlmanların arasında olduğun subut edir, üləmayi-islam və qayeyi-məmaliki-xariciyyə mütəvəcceh olsalar, əlbəttə şəkk eləməzlər ki, müsəlmanların anən-fəanən töxmi-vücudları ədəmə mübəddəl olur. Ol vaxtda, əlbəttə, onun əlacının dalınca olurdular.

Rabiən, tutaq ki, hər tayfa özünə münasib səliqə ilə məaş və hifzi-əbdanların hifz ediblər. Məsələn, əkinçilik elmlərin təkmil etməyə maşın gətirib, əqəllən 50 fəhlənin işin bir adam etməklə məhsulatı artırıb, xərci az eləməklə buxar gəmiləri və dəmir yollar qayırmaqla və genə yüz belə sənətlərə tətəbbö edib, əsbabi-istirahət və asayiş xəlqə dürüst gətirməklə və əqsami-ülumda tərəqqi eləməklə və bunlara münasib əməlləri ilə nə ki özləri bənəfseyi-hifzi-əbdan və məaş edirlər, bəlkə müsəlmanların da ehtiyacların rəf edib bu tərzlə dövlətlərinə və millətlərinə qüvvət verirlər və bu məratibin heç birisinin nəhyində nə bir ayeyi-Quran və nə bir nəssi-nəqli və əqli varımızdır.

Bizim xalqın cümlə libasları və bilküll əsbabi-istirahətimiz aynadan tutub süzənə kimi ki, libaslarımızı tikirik, xaricə sənətkarlarının əməlidir. İslam əhlinin, cənab ağa, hansı sənətin bunlara müqabil tutaq? Rusiya vilayətindən gələn undan bayramlarımızda həlviyyat qayırırıq, gərçək danəsi ki, müsəlman vilayətlərinin cümləsində əkilib əmələ gəlir və bəzi vilayətlərdə onun yağını neft əvəzinə yandırırlar, amma bizlər naxoşa verməyə labüd qalıb onun yağını xaricə dərmanxanalarından alırıq.

Xamisən, həzrəti-rəsulillah cəmi ülumu-elmi-əbdan və elmi-ədyana münhəsir buyurdular. Elmi-əbdana və əqli-məaşa hükəma-hikmət-əməli ad qoydular ki, təksiri-əbdani-insan və heyvan və nəbatat və hifzi-əcsad, cəmadiyyeyi-bina və təmir və hifzi-imarət və əxzi-filizzat və onlara təsərrüf eləməkdən ibarətdir. Ayə: ələm tərə ənnəl-lahə səxxərə ləküm mafil-ərzi vəl fələk ilə axirə[8].

Badkubədə yüz il bundan əqdəm üləma və füzəlayi-islamın vücudi-mübarəklərilə Badkubə neftindən üç yüz tümən İran pulu yüz min zəhmət ilə vüsul olurdu. Amma keçən ildə 16959 put İran məmləkətinə, 1319766 put Rusiya məmləkətlərinə neft cövhəri aparıbdırlar. Putu 50 qəpikdən hesab eləsək 667362 manat 50 qəpik qəti-nəzər neftin qalan xıltından cövhər qiyməti olur. Bu tərəqqi aya hansı müsəlmanın tədbirilə zahir olubdur ki, elmi-əbdanı əllərindən vermək onlara böhtan ola?

Baqisi yazılacaq.

Heydəri.

 

TƏZƏ  XƏBƏRLƏR

 

Peterburqda bir padşahlıq kitabxanası var ki, onun hər ildə 800000 manat xərci olur. Ol kitabxanada 900000 basma, 30000 yazma kitab var və 75000 kitab surəti var. Qiymətli kitabları şüşə altında saxlayırlar ki, onlara dəyməsinlər. O cümlədən bir qızıl cildli Quran var ki, qiyməti 33000 manat.

Kitabxana hər gündə sübh saat ondan axşam saat doqquzacan açıqdır və hər kəs ol zaman gedib orada müfdə kitablar və qəzetlər oxuya bilir. Hər bir dildə çap olunan kitabları və qəzetləri orada tapmaq olur və əgər bir kəs bilsə ki, filan kitab yoxdur, ol vaxtda deyə bilər ki, onu tapıb iki həftənin müddətində ona oxumağa versinlər. Hər yekşənbə günü kitabxananı hər bir kəs gedib tamaşa edə bilir. Orada bir dəftər var ki, hər kitabxananı gəzən mütəşəxxis adam ona öz dəstixəttilə qol çəkir, o cümlədən həzrət Nəsrəddin şah ona qol çəkib.

              Əsgər Gorani.

______________

 

Avstriya vəziri Andraşi yazdığı şərtnaməni Osmanlı dövlətinə məlum ediblər. Cənab sədri-əzəm cavab verib ki, dövlət özü xaçpərəst tabelərinə lazım olan ixtiyarları verəcək, amma İngilisdən savayı tamam Avropa dövlətlərinin vəzirləri təkid edirlər ki, Osmanlı ol şərtləri qəbul etsin.

_______________

 

Firəng Mişo bir maşın qayırıb ki, günün istisi ilə işləyir. Qazanın üstə büllurdan bir ayna qayırıb ki, günün istisini yığıb qazandakı suyu qaynadıb buğa döndərib və o buğ maşını işlədir.

_______________

 

15 gündür ki, Rusiyadan gələn yollar qar şiddət elədiyinə bağlanıb və poşt gəlməyib.

 

_______________

 

Qəzetlərdə yazırlar ki, bizim Rusiya dövləti kağız pulun saxta qayıran çox olduğuna təza kağız pulu kəsdirəcək.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Sudan hər şey dirilir.

[2] Sən bunu qalanlarına uyğunlaşdır.

[3] Əvvəl elm, sonra əməl.

[4] Əməl elmsiz vəbaldır.

[5] Elmi tələb elə beşikdən qəbrə kimi.

[6] Ağıl o şeydir ki, ona allahın özü də itaət edir.

[7] Hər bir insan yığınağı özünün əldə etdiyi şey ilə fərəhlənir.

[8] Görmürsünüzmü allah yer və göydə olan şeyləri sizin ixtiyarınıza verib.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info