Qonaq Kitabı
18 dekabr Rusiya, sənə 1875

18 dekabr  Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

Gələn 1293-cü sənədə  “Əkinçi” qəzeti genə hər iki həftədə bir dəfə, yəni hər ayın 1-də və 15-də çap olunacaqdır. Bir illik qiyməti 3manatdır . “Əkinçi”ni  gələn il almaq istəyənlərdən iltimas edirik ki, bu 1292-ci sənə qurtarmamış qəzetin zikr olan qiymətini bizə göndərsinlər ki, pişəzvəqt onu gələn il basdırmağın sərəncamına  məşğul olaq.

DAXİLİYYƏ

Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkliklə onların yaxşı yamanlığını aşkar etsinlər, ta ki, ol işi görən onun yaxşı ya yamanlığından agah olub sonra peşmanlıq çəkməsin.

Pəs hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız “Əkinçi” qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox şad oluruq. Amma çifayda qəbristanlıqdan səs gəlməyən kimi bizim xalqdan bir səda gəlmir. Qəzeti oxuyanlar ol mətləblərə bir cavab yazmırlar.

Belə olan surətdə biz mübahisəyə həsrət olmaqdan savayı, hətta qəzetimizi oxuyanlar ondan narazı olduğunu da bu çağacan bilmirdik. Amma “Əkinçi” qəzetinin 9 nömrəsi xalq arasına  bir səs salıb ki, o səsi eşitməyən yoxdur.

Təzə xəbərlər cümləsində Osmanlı dövlətinin borcundan və bir iranlı Moskvada xaçpərəst olmağından danışdıq, bu iki xəbər bizim xalqa xoş gəlməyib. Əvvələn təzə xəbərləri biz özümüzdən yazmırıq. Onları xaricilərin qəzetlərindən yazırıq. Ona binaən ol xəbərlər dürüst də olmasa, onları eşitmək bizim xeyrimizdir. Ol səbəbə ki, onları oxuyub xaricilər bizlərə necə baxmağından xəbərdar oluruq. Saniyən, təzə xəbərləri yazanda biz səy edirik ki, müsəlman vilayətlərindən çox xəbər yazaq, ona binaən ki, bizim xalqa ol xəbərlər gərək xoş gəlsin. Amma bizim müsəlmanlar elm və ədəbdən qaçmağına xaricilərə gülüş olublar. Ona binaən bizə xoş gələn xəbərlər onların qəzetlərində çox az olur. Bu səbəblərə yaxşı-yaman hər bir xəbəri yazdıq. Salisən, ol xəbərləri yazandan irəli təhqiq etmək müşküldür. Əgər onları təhqiq edib sonra yazsaq, gərək heç təzə xəbər yazmayaq.

Pəs bizim zikr olan xəbərlərdən narazı olanlar bir şirvanlı hacı kimi fikir etməsinlər ki, onları biz qəsdlə düşmənlikdən yazmışıq. Əgər qəzetdə məqdur olsaydı, mən dəlillərlə səbut edərdim ki, Osmanlı və İran əhli bizim ilə bir qanda, bir canda və bir məzhəbdə olmağına binaən mən bizim müsəlmanların çoxundan və bişəkk zikr olan şirvanlı hacıdan artıq onları dost tuturam. Pəs müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgərdan və payimal ediblər.

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

Bizim Petrovski akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərin təlim edir. Akademiyanın öz yerində meşələri, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savayı özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər.

Bu səfər bizim mallar saxlanmaqdan danışaq: Akademiyanın 200 baş malı var ki, bu halda qış olduğuna onları tövlədə saxlayıblar. Tövlə bir mərtəbə daş evdir, onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmir yolu qayrılıb ki, bir fəhlə əlində ərradə, o yol ilə gedib-gələ bilsin. Tövlənin axur olan yerləri, yəni ortası hündür, amma divarların yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin.

Hər bir malın öz yeri və axuru var, onları zəncir ilə üz-üzə bağlayıb, 8 ay ki bizim qışdır, saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saəti-rusi həştdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısındə. Əvvəl dəfə quru ot ya saman, ikinci dəfə su buğunda saxlanmış yem.

Bu yemi belə qayırırlar: kələm və zələx yarpaqlarını bir böyük qazana qat-qat yığıb üstə maşın ilə doğranmış zələx, yer kökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzını bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb, o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər. Üçüncü dəfə genə ot ya saman, dördüncü dəfə genə su buğunda saxlanmış yem, beşinci dəfə genə ot ya saman.

Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və zələx yarpaqların hər birin bir əlahiddə quyuda turşudurlar, quyunun uzunu iki sajın, eni və dərinliyi bir sajındır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir ərradə yarpağa bir girvəngə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olur.

Malları iki dəfə suluyurlar: bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə çotka və qaşov ilə təmiz edib, iki dəfə də onların altının otların dəyişdirirlər.

 

Bir gündəlik yemək

qədəri

 

quru ot

 

 

kəpək

 

saman

zələx və

kələm

 

arpa

bir inəyə girvəngə

bir öküzə girvəngə

bir danaya girvəngə

25

23

18

4

2,5

2

8

6

2

30

10

--

-

-

4

 

Moskva şəhərində noyabrın 7-də                                          Nəcəf Vəzirzadə           

 

 

MƏKTUBAT

 

“Əkinçi” qəzetində cənab Heydəri sual edib ki, həzrət Məhəmmədül-Mustafa elmi-əbdanı elmi-ədyandan, əqli-məaşı əqli-məaddan ayırmaqda o həzrətin mənzuru nə idi? Bir möhtərəm şəxs buyurduğuna binaən katib ərz edir: bu mükalimənin iki surəti var, birisi ki, həqiqətül-əmrdə bu mükalimə vüqu olub və cənab Heydəri cavab istəyir və birisi ki, cənab Heydəri müsəlman camaatını mütənəbbeh və huşyar qılmaqdan ötrü hikmət təriqindən bu lisan ilə yetirir ki, ey yaran, nə yatıbsız, oyanın, kərvan rəftə ma mandə, əcəb bixəbərim[1].

Elmi-əbdan və əqli-məaşın mənasında çox kuşeş lazım deyil, elmi-əbdan bədənləri cəmi əqsami-əvarizati-məkruhədən hifz və asudə eləməkdir və əqli-məaş həm əbdan üçündür. Elmi- əbdanı ayırmağın hikməti budur və əqli-məaşın mənası farsidə güzəran və türkidə dolanacaqdır.

Və sailin məramı bu sualdan o həzrətin mənzurunu və bu fərmayişin hikmətini axtarıb istəməkdir. Lihaza ona başqa cavablar lazım olmaz. Məgər ki, qüsuru öhdəyə tutub demək: çün o həzrət alim idi ki, yövmən-fəyövmən gün tərəqqi tapacaq və zəmanənin təqazasilə işlər dəyişəcək və ənva, əqsam hünərlər və sənətlər və əcibə işlər vəz olunacaq və bunların hamısı əbdan və məaş üçündür. Fəlihaza elmi-əbdan və əqli-məaş ki, cəmi ümuri-kəmaliyə bu iki sözün təhtindədir, biz camaat əmr elədik ki, ol vaxtda biz camaat da elmi-əbdan və əqli-məaş təhsil eləyək, ta ki sair millətlər miyanında dolanaq, bisaman qalıb payimal olmayaq. Bəli biz camaat bəzi məvaneə görə qafil olub, bisaman qalmışıq.

Çünki etiraf bəqüsurüqəla nəzərində mühəssəndir, şayəd bu cavab o suala mütabiq olsun və amma ikinci surətdə ki, cənab Heydəri hikmət təriqətində sual eləmiş olsa, katib dəxi ona şərikəm və onun sözünün qüvvətində hikmətamiz sözlərim var. Ehtimal var ki, bundan sonra elmi-əbdan və əqli-məaş hədisinin şərhində kəm və biş zikr oluna.

Əhsənül-Qəvaid

_______________

 

Cənab Heydəri elmül-əbdan və əqlül-məaş hədisinin barəsində fazil rus dilindən elədiyi suala cavabdır: əvvələn, əhli-islama əqli məaş və elmül-əbdanı əllərindən verməklik böhtandır. Əgər belə olsa əhli-islama lazım gəlir ki, təxmi-bəvücudları ədəmə mübəddəl olsun, bəlkə hər tayfa özünə münasib səliqə ilə məaş və hifzi-əbdanların hifz ediblər. Külli hizbin bima lədeyhim[2].

Saniyən elmül-əbdan ibarətdir o elmdən ki, onda bəyan ola insanın bədinə nəf və zərər edən əşya və əqlül-məaş ibarətdir o mərifətdən ki, insan güzəranlıq babında lazım olan ümuru riayət və tədarük etsin, müəssir olduqcan.

Salisən, nəf və zərər edən şeylər və lazım olan əmrlər ya insanın öz təcrübəsilə olur ya həkimi-haziq ki, öz müalicəsində təxəllüf tapılmaz və əqli-küll və sahibrəyi-kamildir, o bəyan buyura. Əvvəlinci fəqərə lazım tutar ki, bu şəxs gərək min-min insanı tələf etsin, ta ki, təcrübəyə çatsın. İkinci fəqərə nemətidir üzma, xoşa o şəxsin halına ki, o neməti-üzmaya vasil və tabe ola.

Rabiən, ərbabi-mərifət külli-millətlər Məhəmmədül-Mustafa peyğəbərin sahibrəyi-kamil olmaqlığında bahis deyillər. O cənabi-müzar və mənafeyi-dünyəvi və üxrəvi biltaman az olan zamanda Qurani-məciddə xəbər verib və əhkami-xümsə vücub və hörmət və istehbab və kərahət və mübah əqsamilə xəvasi-əşyai bəyan edib və şəriəti-əhli-islam mücərrəd ibadəti-behişt təməinə və ya cəhənnəm xofuna müxtəs deyil, bəlkə şəriətdəki Qurani-məcidin şərhində müdəvvəndir əhkami-ticarət və adabi-qəzavət və siyasət və riyasət və ülumi-səmavi və ərzi və keyfiyyəti əklü şürbi müfəssələn mübindir.

Xamisən, dünya və dünyəvi ibarətdir bu aləmdə əmr etməklik zamanında vaqe olan ümurdan və axirət və üxrəvi ibarətdir o aləmdən ki, zamanı çox tulani və neməti və xəsəratı daimi ola.

Sadisən, çünki dünya və axirət əmreyni mütəfaviteyndirlər[3], Pəs hər ikisində mərtəbeyi-kəmali-təhsil etmək bir şəxs üçün əmri-məhal məhsub olur və əhli-islam axirət ümidinə o qədər bu dünyada bəhrəmənd olurlar ki, kəsbi-axirət onlara müyəssər ola və qayət kamal və mərifət tamam bu aləmdə onlara lazım olmur. Amma sair millətlər bu dünyanı nəqd bilib öz ovqatların bu az olan ömrün zindəganlığına sərf edirlər. Guya ki, axirətə vədə edən olur xilaf vədə edə. Haşa ki, xudavəndi-aləm sadiqül-qövl və qadirdir və o əşxasi ki, əhli islam məhsub olanlar, lakin nə axirət təhsilində və nə dünya zindəganlığında həzz-bərdar və bəhrəmənd deyillər, dərəceyi-etibardan saqitdirlər və bu günə əşxasın hər millətdə vüfuru vardır və əhli-islam sair millətlər ilə əmr etməkdə və yeyib içməkdə və mərizlərə şəfa verməkdə müsavi güzaran edirlər və əhli-islam pəs hərgah öz mətləblərinə vasil olalar xoşbəxt olacaqlar və illa bu az ömrdə şəxs özün sabunla yuva vəya su ilə yuva və gündə bir dəfə öz libaslarına təzavət  verə və ya ayda bir dəfə heç bir təfavüt yoxdur. Göyçək və çirkin – hər ikisi torpaq altında qalacaqdır. Pəs necə olur o vaxtda ki, əhli-islam bu dünyada zəhmətinin müqabilində mütənnəm daimi ola və bu dünyada ömrün xoşgüzəranlığa sərf edən məyus ola zalikə hünəl-xosranül-mübin[4] və əfradi-əhli-islam bu dünyada az tutmaqda və qədri-zərurətə iktifa etməkdə vəklu vəşrəbu vəla təsrifu[5] ayəsindən elmül-əbdanı istixrac etməyində yalqız deyillər, bəlkə Məhəmmədül-Mustafa peyğənbər və tabeləri və sair ənbiyai-mürsəllər, hətta İsa bəni haviyi-rəhnüma dünya zindəganlığın bəqədri-zərurət məmul ediblər. Xoşa o şəxsə ki, atasının sözünə baxa və əcaba o şəxsi ki,öz bildiyin çağıra, necə ki, uşaqlar küçələrdə oynallar və böyük kişilər onlara guşeyi-çeşm ilə təəccüb edib güləllər, əhli-islamın nəzərində sair millətlər də bu timsal ilə görünüllər.

Badkubəli molla

_______________

 

Bizim müsəlmanlar bədbəxt olub sünni və şiəliyi və bir neçə məzhəb adablarını yoxlamağa binaən həmişə bir-birilə düşmənlik ediblər. Çünki indi elmül-əbdan və əqlül-məaş hədisinin barəsində mübahisə düşüb və hər iki tərəf oxuduğunu qeyri cürə başa düşür, ona binaən bizim üləmalardan iltimas edirik ki, ol hədislərin hikmətini xalqa bəyan etsinlər, ta ki bizim aramıza təzədən ayrılıq və düşmənçilik düşməsin. Münşiyi-“Əkinçi”yi-Qafqaz qəzeti Peterburq qəzetindən rəvayət edir ki, əlahəzrət İran padşahının əqvamından əvvəlinci vəzirin oğlu hacı Mahmud Hüseyin xan iki il bundan sabiq şah Moskvada olanda xaçpərəst olub və indi monastıra giribdir və soruşublar ki, vətənüvə getmək istəyirsən? Cavab verib ki, getsəm başımı qopararlar.  Yəqin bu xəbəri yazan “Russki mir” qəzeti olub. Ona binaən ki, şah hənuz Rusiya məmləkətlərinə daxil olmamış məzkur qəzet ittilai olmağa şahın rikabi-hümayununda olan əyani-dövlətin və mülazimlərin əlqabın təfsilən bəyan eləmişdi, amma sonra məlum oldu ki, ol xəbər saxtadır.

Zikr olan qəzet belə xəbər çıxarmağına səbəb oldur ki, onlar xəyal edirlər ki, bu babda hər nə yazılsa, heç kim həqiqətinə yetişməz. Əvvələn, şahın rikabında heç zikr olan adlı adam olmayıbdır. Saniyən, hacı Mirzə Məhəmməd Hüseyin xan şahın əvvəlinci vəzirinin məxsusi adıdır. Salisən, o ad heç müsəlman adlarının rədifilə müvafiq deyildir. Rabiən, şahın məzkur əvvəlinci ministirinin zükurən və ünasən heç bir övladı yoxdur. Əgərçi müsəlmanlar zikr olan qəzeti oxumurlar və onları həcv elədiklərin eşitmirlər, amma ol xəbəri çıxaranın bu günə rəftarı insaniyyət rəsminin xilafıdır.

Heydəri

 

TƏZƏ  XƏBƏRLƏR

 

Osmanlı dövləti öz xaçpərəst tabelərilə cəngləri qurtarmaqdan ötrü Rus, Nemes və Avsrtiya dövlətlərinin məsləhətinə binaən onlara müsəlman tabelərində olan ixtiyarları veriblər.

_______________

 

Süveyş kanalını təmir edən icmai bir calisi də Misrin xədivi olub indi xədiv öz məxsusi 1760 hissəsini İngilis dövlətinə 25000000 manata satıbdır. Bu barədə qeyri dövlətlər çox heyifsilənirlər ki, onu almayıblar.

________________

 

Malay nimcəzirəsində ingilis konsulunun Piran hökumətində öldürüblər. İndi ingilis əsgərləri ol hökuməti zəbt edib deyirlər özünə tabe edəcək.

İngilis tüccarları vəzirlərinə ərz ediblər ki, İranda Rus malı ingilis malından ziyaddə satılır və təvəqqə ediblər ki, İran dəryalarında ticarət gəmilərin artırsın.

________________

 

Gələn yanvarın 1-dən Dərbənd, Petrovski və Şura şəhərlərində miravoy sud qoyulacaq.

_______________

 

Dörd gün əqdəm dustaqxanamızdan qaçan 9 dustağın hamısını tutublar.

_______________

 

Dekabrın 2-də bir rus vaporu 15 adam və mal ilə Qara dəryada qərq olub. Moskvada bir şəxs ilxısı üçün bir ayğır at 10000 manata alıb.

_______________

 

Gələn il yayda Amerikanın Filadelfi şəhərində hər bir vilayətdə qəribə təmir olan şeylər göstərəcəklər. Rusiya şeylərin indi Peterburqa cəm edirlər.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

 



[1] Karvan getdi, biz qaldıq, əcəb bixəbərik.

[2] Hər bir xalq öz əlində olanla fəxr edir.

[3] İki müxtəlif işdirlər.

[4] O ən böyük ziyandır.

[5] Yeyin, için, amma israf etməyin.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info