Qonaq Kitabı
2 dekabr Rusiya, sənə 1875

2 dekabr  Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

Gələn 1293-cü sənədə  “Əkinçi” qəzeti genə hər iki həftədə bir dəfə, yəni hər ayın 1-də və 15-də çap olunacaqdır. Bir illik qiyməti 3manatdır . “Əkinçi”ni  gələn il almaq istəyənlərdən iltimas edirik ki, bu 1292-ci sənə qurtarmamış qəzetin zikr olan qiymətini bizə göndərsinlər ki, pişəzvəqt onu gələn il basdırmağın sərəncamına  məşğul olaq.

_______________

Bizim qəzetdə çap olunmaq üçün hekayət göndərən kəslərə məlum edirik ki, qəzetdə yer olmadığına onları basdıra bilmirik.

 

DAXİLİYYƏ

Səkkiz ildir ki, bizim vilayətimizdə təzə mirovoy və okrujnoy sudlar qoyulubdur. Əlbəttə bu çağacan ol qaydaya baxan kəslər onu yaxşı və yamanlığını və keçən qaydadan çox əlatər olmağını biliblər. Amma bunilə belə bəzi kəslər təzə qaydada şikvə və narazılıq edirlər və onların şikvəsinə səbəb ol qayda özü deyil, amma bəzi əmələcat, o cümlədən advokatlar, yəni vəkillik edən kəslərdirlər. Bu səbəblərə təzə qaydaya yaman demək olmaz. Keçən zaman müğrovlarımız əlindən dad edirdik, indi zakon onlardan bizləri xilas edib, ixtiyar verib ki, işlərimizi özümüz bəyan edək və əgər xahiş edək, advokat tutaq, hərgah bunilə belə biz öz əlimiz ilə onlara bica yerə pulumuzu veririksə, zakonda təqsir yoxdur, təqsir bizim avamlığımızdadır ki, öz işimizdən baş çıxarmayıb advokata pul veririk ki, bizim yerimizə danışsın. Əgərçi bu halda Rusiyada vəkillər barəsində təzə qanun bina etmək istəyirlər və bizim Tiflis şəhərində kamil advokatlar istəyirlər bir icma bina etsinlər ki, hər kəs gedib onlar ilə müfdə məsləhət edə bilsin və fəqir-füqəraya müftə vəkil olsunlar. Amma ümidimiz yoxdur ki, xalq ol qaydalardan xoşgüzəran olsunlar.

Dünyada heç vaxtda bilmərrə əminlik olmaz, həmişə oğru və dələduz, yəni müfdə çörək istəyən olacaqdır. Amma xalq qanacaqlı olduqcan əminlik artıq olacaqdır. Bir hambala əlvan libas geydirib hamballıq elədəndə iki gündə ol libas zay olmağının təqsiri libas xarab olmağı deyil, hamballıq sənətidir. Həmçinin xalq avam olanda hər bir qayda qoyulsa, ondan şikvə edən olacaqdır. Ona binaən ki, xalq avam olduqcan qulluq əmələcatı nadürüst ola bilir və əgər əmələcat kamil və insaflı da olsa, avamı aldadan çox olur.

Pəs bizim əmələcatdan və advokatdan şikvə edənlər bizi əvvəl muğrovlar və indi bəzi advokatlar soymağına səbəb biz özümüzük. Nə qədər biz avamıq, bizi aldadan olacaqdır. Əmələcatdan və advokatlardan bizləri xilas etməklik ilə biz xoşgüzəran olmayacayıq. Onlar olmayanda bir qeyri müftəxor bizim malımıza şərik olacaqdır. Pəs şikvə etməyin, əvəzində səy edin, qanacağınızı artırın, yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakətliyi olmasın.

C ə y i r t g ə

Yek müəmma əztü pürsəm, ey həkimi-pürhünər

Mən dərin səhra bədidəm yek əcaib canəvər.

Ərrəpayəş, mardüm, kərkəssifət, əqrəbşikəm.

Mahəndam, fildəndan, gavsinə, əsbsər[1].

 

Bu sözləri ilə şair keçən zəmanədə çəyirtgəni bəyan edib. Amma çəyirtgə bizim gözümüzün yaşını ol qədər töküb ki, onu uşaqdan böyüyəcən hamı tanıyırıq. Ona binaən onun sifətini bəyan etməyi lazım bilməyib onun ömründən və bizlərə etdiyi zərərdən xilas etməkdən göftgü edəcəyik.

Baharın ortasında ki, payız və yazda əkilən əkin göyərib çəyirtgə yumurtadan çıxıb zühura gəlir, ol zamanda çəyirtgə muçək boyda və qanadsız olur, ona piyadə çəyirtgə deyirlər. Piyada olan zaman çəyirtgə 5 dəfə tülüyür, yəni ilan kimi dərisini dəyişdirir və hər tülüyəndən sonra bir az böyüklənir. Üç tülüyənəcən çəyirtgə zəif olduğuna elə zərər etməz. Amma ondan sonra onun kiçik qanadları əmələ gəldiyinə qüvvətlənib ziyadə zərər edir. 5 tülüyəndən sonra qanadları böyüyüb uçduğuna ona uçan çəyitgə deyirlər.

Çəyirtgə yumurtadan çıxıb qanad açıb uçan vaxtacan quraqlıq olanda 40 və yağınlıq olanda 50 gün keçir.

Çəyirtgə qanad açandan sonra qalxıb şimal tərəfə uçar. Bu uçan zaman onun ömrü 40 gün çəkir. Çəyitgə səfər edən zaman yolda göyərtiyə rast gələndə düşüb onu yeyir, gecə yatıb sübhdən uçar. Uçan çəyirtgə ömrünün axırında yerə toxum salıb tələf olur. Onun toxumu darı dənəsi boyda, irəngi əvvəldən sarı və sonra qara olur. Onları çəyitgə çay kənarında və ya qeyri qüvvətli yerlərdə bir ya iki barmaq yerin altına qoyar. Hər çəyirtgənin 70-əcən yumurtası olur. Çəyirgə onun hamısını bir yerə ya bir neçə yerə salıb sonra tələf olur. Xüsusən çəyitgə ömrünün əvvəlində yumurta, sonra piyada və uçan çəyitgə olur. Onun yumurta vaxtı zərəri olmaz. Piyada çəyitgə əmələ gəldiyi yerə zərər edər və uçan çəyitgə öz səfərinin vaxtında bir yerə zərər edib qalxıb gedib qeyri yerə zərər edir. Yəni onun zərəri çox da olsa, bir yerə olmaz.

Çəyirtgəni yumurta vaxtında tələf etmək məsləhətdir. Uçan çəyirtgə bir yerə düşüb gedəndən sonra ol yerin bir neçə tərəfindən torpaq alıb baxanda çəyirtgənin toxumu oraya salınmağın bilmək olur. Hərgah ol yerə toxum salınmışsa, oranı şuxm etmək gərək ki, çəyitgənin toxumları yerin üzünə çıxsın. Ondan sonra əgər o yerin qışı bərk olursa, artıq zəhmət çəkmək lazım deyil, qışda soyuqdan toxumlar özləri tələf olacaqdırlar. Amma ol yerin qışı bərk olmursa, toyuq və qeyri quşları ol yerə çıxartmaq gərək ki, onlar toxumları yeyib tələf etsinlər. Amma toxumun qədəri çox olanda onu zikr olan qayda ilə tələf etmək müşküldür. Ol vaxtla sərhesab olmaq gərək ki, yazda onlardan çəyitgə əmələ gələn kimi onları qırıb tələf edəsən.

Piyada çəyirtgəni bir neçə qism ilə qırırlar. Ya onları çalğa ilə, ya quyular və xəndəklər qazıb çəyirtgələri onlara salıb üstün torpaqlamaq ilə və ya quru ələflərə neft vurub onu yerə sapib çəyitgə onun üstə çıxanda onu odlamaqla onu tələf edirlər. Xülasə, çəyirtgə piyada olan vaxtda onu qırıb tələf etmək gərək, yoxsa qanad açanda ələ gəlməz. Bəzi kəslər uçan çəyirtgədən öz əkinini tüfəng atmaqla ya mis qabı çalmaqla və ya dua oxumaqla xilas etməyə səy edib çəyirtgə qonşunun taxılını yeyib onunkun yeməyəndə fikir edirlər ki, ona tüfəng atmaq ya mis qabı çalmaq bais oldu. Amma uçan çəyirtgənin tüfəngdən bakı yoxdur. Bir yerə düşüb doyunca yeyib tüfəng atılmasa da, sübhdən qalxıb gedəcəkdir.

Çəyirtgə ilə sığırçınların davasını görən fikir etməsin ki, sığırçınlar bizim üçün ol divanı edirlər. Əlbəttə, bizim sərçələr kəpənəkləri və cücüləri buyuruğumuza binaən tutmurlar. Həmçinin sığırçınlar da onları yeməkdən ötrü qırırlar. Əgər onlar həmişə çəyirtgənin dalınca getməyinə baxırsız, ona səbəb oldur ki, sığırçın köçəri quşdur, bir yerdə qalmaz və əgər onların çəyirtgələri qırıb yerə tökməyinə baxırsız, onlar divanı havada edirlər, onlar fövt elədiyi çəyirtgələrdən ondan biri onların ağzına düşüb qeyriləri yerə düşür. Amma sığırçın düşüb onları yeməyinə səbəb oldur ki, havada çəyirtgə çoxdur, yerə düşüncən havada bir qeyrisin tutur.

 

MƏKTUBAT

 

Petrovskidən  cənab  Heydəri  yazır:

 

1) Bir şəxsi-fazil Rusiya əhlindən ki, ərəb dilinə kəmali-vüqufu var, bir neçə gün bundan əqdəm məndən sual elədi ki, sizin peyğəmbər Məhəmmədül-Mustafa buyurmuş: Əl elmi-elmani elmül-əbdan və elmül-ədyan əqli-əqlan, əqlül-məaş və əqlül-məal[2] – din və məad elmi məlum, bədən elmindən və məaş əqlindən mənə bəyan eləgörüm ki, o həzrətin mənzuru bu kəlamdan nə imiş. Mən öz qüvvəm qədər əqli və nəqli sözlərdən o qədər ki, bilirdim o şəxsin cavabında dedim. O şəxs mö`təbər dəlillər ilə mənim sözlərimi rədd edib dedi ki, müsəlmanlar din və məad elmin behşt və huri qılman ümidi ilə bilirlər, amma məaşi- əqli və bədən elmi ki, onlardan ləfzən və mə`nən sibqəti var, bilmərrə əllərindən verib və heç bir şeyi bu iki lazım olan zaddan bilmirlər. Çün mən maleysə ləkə bihi elmün[3] babətindən məəttəl qalıb və mülzəm oldum buna binaən “Əkinçi” qəzetinin inşa edəndən iltimas edirəm ki, öz qəzetində iste`anət üçün bizim milləti qardaşlarımızdan xahişi-cavab eləsin ki, elmi- əbdan və əqli-məaş şərhində bir müəyyən cavab yazsınlar ki,mən o şəxsi sakit edib cavabın verim.

2) Bir neçə ay bundan sabiq Petrovski poştxanasının poştmeysterin ki, öz elmində kamil və artıq diqqəti var idi, Dərbənd poştxanasına təyin edib və Şəki poştxanasının poştmeysterin onun yerinə Petrovskə gətirdilər. Təzə poştmeyester Petrovski gələndən sonra nə ki xalq onun öz rəftarından incidilər, bəlkə əmələcatından növ-növ xilaf qaydalar görünüb. Məsələn, məruf və böyük adamların kağızların onların mənzillərinin yanında olan çörəkçilərə və araq satanlara verdilər ki, filan adam buradan keçəndə bu kağızları ona verin. Bunun bir səbəbi o idi ki, keçən illərdə poştalyonlar kağız gətirmək üçün pul alırlar idi. Amma indi zakon xalqı ol puldan məaf etməyinə binaən bəzi poştalyon öz təklifindən ki, kağızı öz əzailə sahibinə yetişdirməkdir, ağaz edib və soruşan vaxtda nahəmvar və çirkin cavab verillər.

Bu səbəblər ilə təzə poştmeyester xalqı özündən rəncidəxatir edib öz əmələsi ilə küdurət binası qoyub, poştxananın işi nəhayətdə qarışıq oldu. Bu əsnada bir tacir min manat Hacıtərxana göndərmək üçün poştxanaya verib qəbz alır. Amma sonra məlum olur ki, o pul Hacıtərxan poştxanasına yetişməyib. Bu səbəbə Balbubədən çinovnik gəlib ki, ol işi təhqiq eləsin və belə deyirlər ki, ol pulu bir poştalyonda tapıblar. Əgərçi tacirin zikr olan pulu batmayacaqdır, amma ticarət mənfəətindən qalacaqdır.

_______________

 

3) 4 ay bundan qabaq Petrovski qospitalının rəisinin köməkçisi yuxudan durandan sonra fərhad elər ki, gecə mənim okoşkamı açıb 600 manat padşahlıq pulun aparıblar. Amma polisə gəlib təhqiq edəndə məlum olmuş ki, nə okoşka açılıb və nə məbləğ oğurlanıb. Ondan sonra iqrar edir ki,ol məbləği Petrovskidə olan sahibmənsəb və çinovniklər kağız oynayıb aparıblar. Şəhərin hakimi haman saat onu dustaq edib. İndi qospitalın rəisi özü odun podratçısı ilə saxta kağız qayırmaqdan ötrü dustaq olub.

 

                   Qars şəhərindən Xaçatur Qorxmazov yazır:

 

Dünyada xəlq olunan millətlər öz lisanlarına ana lisanı deyib ol lisan ilə xudavəndi-aləmə ibadət edib insanlıq edirlər. Bunun üçün bir lisan bir millətin olanda və lisanın dəxi əsası millət olduğundan bir kişiyə vacibdir ki, daima onun irəli getməsinə canını fəda etsin və millətin xidmətində bulunmayan kişiyə bir kəs yaxşı deməyəcəkdir.

   Əgər xalq içində eşidilə ki, filan kişi öz anasını yaxşı saxlamayıb, ona çörək və libas vermir, ol vaxtda hər kəs ol kişiyə yaman sözlər deyib yoldan keçərkən rastına gəlsə, bu, anasını xoşnud eləməyən kişidir-deyibən allahın salamını dəxi ona verməkliyi çox görəcəkdir.

  Bir millət ki, bu qədər övladlar dünyaya gətirmişdir, neçə-neçə cəhətlərcə onlardan borclar istəyəcəkdir və hər kəs münkər olmayıb mədyundur öz xidmətini əda eləməyə.

 Qədim tarixlərdən məlumdur ki, çox millətlər həmişə irəli getməkdə idilər. Amma şimdi hamıdan geridə qalıblar. Və ol millətlər ki, geridə idilər, şimdi qabaqda gedən və getməkdə olandırlar. Əcəba bunun səbəbi nədir? Özgə bir səbəb yoxdur, ancaq qədim zamanda əfkar sahibi kişilər həmişə millətin irəli getməyi üçün ağıl tökürdülər. Kəndi əhzanına dəxi öz əfkarından bəxş edirdilər, amma şimdi zikr olunan inkarı yaddan çıxarıb ancaq pul qazanmağa, zəngin olmağa, yaxşı geyməyə və yeməyə çalışırlar. Və özləri elm və ədəb kəsb etmədiklərindən başqa övladlarını dəxi bu lütfi-rəbbanidən geri buraxırlar. Və bir kişi ona yaxşılıq olmaq inkarı ilə söyləsə ki, övladınızı nə üçün məktəbxanaya göndərmirsiz, cavab verir ki, oğlum çox oxuyub mollamı olacaqdır? Öz çulunu sudan çıxarmağı bilir, şimdi varsın pul qazansın.

Şimdi bir sual: əgər bir kişi elm, ədəbi, tərbiyə ilə mədəniyyəti birtərəf edib pul qazanmaqlığı ondan yaxşı tutursa, ol kişidən millətpərvərlik məlum olurmu? Haşa.

TƏZƏ  XƏBƏRLƏR

 

Rus əsgəri Kokandan qayıdandan sonra Rusiya zəbt edən Namanqan okruğu ki, onun tuli 200 və ərzi 50 ağacdır, bunt edib, amma ruslar denə təzədən zəbt ediblər. Misrin 35000 əsgəri Həbəş hökumətinin paytaxtına daxil olub.

 

_______________

 

Xəta dövlətinə tabe olan Dunqan əhli general Kaufmana ərizə verib təvəqqə ediblər ki, onları Rusiya özünə tabe etsin, yoxsa Xəta onlara zülm edir.

                                       _______________

 

Hind- Çində olan Malay soltanının vəliəhdi Abdulla ingilislərə artıq ticarət ixtiyarı verdiyinə onun qardaşı İsmayılın adamlarıingilis konsulunu öldürüblər. İndi oraya ingilis əsgəri gedib.

                                         _______________

 

Peterburqda xəstələrə baxan icma Qerdseqovinəyə 200 xəstəyə lazım olan mayəhtac və 5 təbib göndərib.

                                          _______________

 

Gələn il Qazan şəhərində müsəlmanları oxutmaq üçün müəllimxana açılacaqdır. Yəni ol müəllimxanada oxuyanları müsəlman məktəbxanalarına müəllim tə`yin edəcəkdirlər.

                                        _______________

 

Rusiyada çap olunan kitabların birisi gərək padşahlıq kitabxanasına göndərilsin. Ol kitabxananın siyahısına binaən keçən il Rusiyada 9776 kitab təzədən inşa olunmuş çap olunub.

                                            _______________

 

Cənubi Rusiyada çəyirtgə bu il 35000 desyatin yerə toxum salıb.

_______________

 

İngilisdə dəryaya qərq olan gəmilər özlərinə kömək çağırmaqdan ötrü bir maşın bina ediblər ki, onun sədası külək şiddət edən zaman altı ağac yol gedir.

______________

 

Moskvadan noyabrın 1-dən yazırlar:

 

Əla merinos yunu 38, miyanəsi 33 və alçağı 28 manat. Rusiya yununun ağı 8-10, qarası 6-8 manat, dəvə yunu 5-6 manat, at yalının pudu 5-8 manat, Mazandaran pambığı 6 manat 25 qəpik, İtaliya ipəyi 380-460, Şəki ipəyi 120-130, Buxara ipəyi 115-125, Xəta ipəyi 160-170 manat, lil 100-120 manat, qırmız 33-40 manat, Dərbənd boyağı 3 manat 50 qəpik, qürab 6 manat 25 qəpik, əla qəhvə 19 manat 50 qəpik, Moskva qəndi 8 manat, günəbaxan yağı 6 manat, inək yağı 8 manat 50 qəpik, qurumuş gönüş pudu 12 manat, qurumamışınkı 5 manat, imperial 6 manat 25 qəpik, gümüş manat 1manat 20 qəpik.  

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 

                     



[1] Ey hünərli həkim, səndən bir tapmaca soruşuram: mən bu səhrada bir əcayib heyvan gördüm; mışarayaqlı, ilanquyruqlu, kərkəssifətli, əqrəbqarınlı, balıqbədənli, fildişli, öküzsinəli, atbaşlı.

[2] Elmlər iki növdür: bədənlərə aid olan elm və dinlərə aid olan elm. Ağıl da iki növdür: məişətə aid olan ağıl və azirətə aid olan ağıl.

[3] Sənin ondan xəbərin yoxdur.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info