Qonaq Kitabı
18 noyabr Rusiya, sənə 1875

18 noyabr  Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

E L A N

Gələn 1293-cü sənədə “Əkinçi” qəzeti genə hər iki həftədə bir dəfə , yəni hər ayın 1-də və 15-də çap olunacaqdır. Bir illik qiyməti 3 manatdır. “Əkinçi”ni gələn il almaq istəyənlərdən iltimas edirik ki, bu 1292-ci sənə qurtarmamış qəzetin zikr olan  qiymətini bizə göndərsinlər ki, pişəzvəqt onu gələn il basdırtmağın sərənca-mına məşğul olaq.

DAXİLİYYƏ

Rusiyanın şəhərlərində və kəndlərində aşkar olan yanğınların qədərini və onlardan olan zərərlərin hesabını həmişə qəzetlərdə yazıb bəyan edirlər. Ol xəbərlərdən məlumdur ki, hər ildə Rusiya əhlinə yanğından bir neçə milyon manat zərər olur. Yanğından xalqı mühafizət etməkdən ötrü Rusiyada zəmanət icmaları bina olunub ki, onların bizim Qafqazda da adamları var. Hər kəs öz evini qiymət edib ol qiymətə görə zikr olan icmaa ildə bir qədər də pul verir. Bu şərtlə ki, onun evi yansa, məzkur icma onun qiymətini ona versin. Və bir də hər kəndin və şəhərin icmaı yanğı keçirtməkdən ötrü lazım olan əsbablar, atlar və fəhlələr saxlayırlar ki, yanğı aşkar olan kimi onlar dərhal gedib onu keçirtsinlər.

Böyük şəhərlərin hər bir məhləsində bir hündür minarə təmir olunub və ol minarənin başında həmişə qarovulçu durub ki, yanğını görən kimi zəng vurub ol minarədə həmişə sakin olan yanğı keçirdənləri hali etsin. Ol vaxtda yanğı keçirdənlər 5 dəqiqənin müddətində öz ərradələrinə lazım olan əsbabları və suyu götürüb çaparaq gedib yanğını keçirdirlər. Ondan masəva hər məhlənin bir tövr fanusu var, elə ki, bir məhlədə yanğı oldu, qarovulçu öz məhləsinin fanusunu yandırıb minarənin başından asır. Onu görüb qeyri məhlələrin qarovulçuları yanğı olan məhlənin fanusu tərzdə fanus yandırıb tamam xalqı yanğı olan yeri məlum edirlər. Ol vaxtda hamı məhlələrin yanğı keçirdənləri yanğı olan yerə cəm olub yanğını keçirdirlər. Onlardan savayı hamı məhlələrin arasında teleqraf var ki, yanğı çox ya az olmağını bir-birlərinə tel vurub məlum etsinlər. Və bir də Rusiyada ev təmir edənlər qanuni-təmirata binaən gərək evlərini bir-birindən aralı təmir etsinlər ki, yanğı olanda bir evdən o biri evə keçməsin və küçə gərək 9 arşından ensiz olmasın. Amma bununla belə Rusiyada yanğıdan hər ildə bir neçə milyon zərər olur. Bizim ki xalqı yağıdan mühafizət etməyə heç bir tədarükümüz yoxdur və evlərimizin çoxu ağacdan ya qarğıdan və qamışdandır, evlərimizi bir-birindən aralı tikməkdən, enli küçələr qayırtmaqdan bixəbərik – hər ildə yanğıdan nə qədər zərərimiz olur! Biz korluq çəkməyə elə adət etmişik ki, bir kəndimiz tamam yananda da yazıb yerinə məlum etmirik. Hətta zərər dəyən kəslərimiz də yandım sədası vermir. Əlhəq bizim diriliyimizə tamaşa edən gərək təəccüb etsin ki, bu qədər korluq çəkməkdən nə yovuz buçağacan tələf olmamışıq!

 

 

 

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Keçən nömrələrdə əkin yerini necə imtahan etməkdən və onun xasiyyətlərin-dən danışdıq. Ümidvarıq ki, buçacağan bizim qəzeti oxuyan əkinçilər öz yerlərini imtahan edib onların xasiyyətlərini biliblər. İndi nə tövr ilə əkin yerinin xasiyyətini dəyişdirməkdən danışaq. Əgər bir kəs istəyə ki, bir yerdə əkin etsin, amma ol yerin xasiyyəti, yəni qumu, gili ya əhəngi ziyadə olmağı ona mane ola, ol vaxtda ol yerlərin xasiyyətini dəyişdirmək lazımdır.

 Əlbəttə qumu ya əhəngi ziyadə olan yerə gil və gili ziyadə olan yerə qum və əhəng ya gili, qumu və əhəngi ziyadə olan yerə çürümüş ot qarışdırmaqlıq ilə onları yaxşılaşdırmaq olur və belə əkin yerinə torpaq çəkəndə səy etmək gərək ki, ol yerdə qumun, gilin və əhəngin qədərini bərabər edəsən. Əgərçi zikr olan qayda ilə əkin yerinə torpaq çəkməyin xərci və zəhməti çoxdur, məsələn, bir yerin qumu az olduğuna əkinçi istəyə ki onun qumunu artırsın, məsələn, onun 100-də 10 girvənkə qumu olsa, istəyə ki, 100-də 15 girvənkə qumu olsun, ol vaxtda hər desyatinə (bir desyatinin tuli 180, ərzi 120 rus arşınıdır). 8000 putacan gərək qum çəksin. Amma eyni məsləhətdir ki, əkinçi qışda bikar olan zaman mürur ilə öz yerlərinə lazım olduqcan torpaq çəksin ki,ol yerin xasiyyəti yaxşılamağa binaən artıq mənfəətbərdar olsun.

Bəzi vaxtda əkin yerinə lazım olan torpaq qarışdırmaq çox asan olur. Məsələn, əkin yerinin binası, yəni şuxm olan yerin altı ol yerə lazım olan torpaq olsa, məsələn, qumstanın binası gil ya gilin binası qum olsa, ol vaxtda belə yeri dərin şuxm etməkliklə yaxşılandırmaq olur, ya bir yeri suya basdırmaq olsa və ol yerin su gələn tərəfində lazım olan torpaq olsa, ol vaxtda su arxının ağzını bağlayıb ol torpağı suya qarışdırıb sonra suyu ol yerə buraxıb orada 20 ya 30 saat saxlayanda sudan torpaq yerə düşür. Onu şuxm edib yerə qarışdırmaq olur. Bişmiş gil qum xasiyyətində olduğuna gilli yeri yandırmaq və ona qum çəkmək kimidir, amma gərək kotan ilə ya bel ilə ol yerin üzünü bir qat soyub, onu kərpic kimi kəsib onları kömür yandıran kimi yandırıb, sonra əzib ol yerə çəkəsən. Belə gilli yeri yandıranda orada olan alaq otlarının toxumları və heyvanat yumurtaları tanıb tələf olurlar. Şoran yerin şor olmağına səbəb ol yerdə duz çox olmaqdır. Belə yeri yaxşılandırmaqdan ötrü ol yeri suya bastırmaq gərək ki, su duzu əridib axıdıb aparsın. Əkin yerin yaxşılandıran vaxtda səy etmək gərək ki, ol yer düz və bir az eniş olsun ki, onu sulayan zaman ya yağış yağan zaman su bir də dayanmayıb mürur ilə axsın. Amma onun enişi artıq olsa, onu su yuyub xarab edər.

Çünki yerin xasiyyətini imtahan etmək və ol yerə lazım olan torpağın qədərini bilmək çətindir, ona binaən məsləhətdir ki, hər əkinçi zikr olan qaydaların birisi ilə öz yerini yaxşılandırandan irəli ol yerin bir hissəsini imtahan üçün yaxşılandırsın və əgər ol hissə torpaq çəkməkdən yaxşılansa, sonra tamam yerə ol qayda ilə torpaq çəksin.

 

 

 

ELM  XƏBƏRLƏRİ

 

Almaniya qəzetlərində belə yazırlar ki, bir toyuq ömründə 600 yumurta yumurtdaya bilir. Əvvəlinci ili 20, ikinci ili 120, üçüncü ili 130, dördüncü ili 214 yumurtdayır. Amma dörd yaşından sonra hər il 20 əskik yumurtdayır, ta ki doqquz yaşınacan. Ondan sonra ildə ancaq 10 yumurta yumurtdayır. Belə olan surətdə yumurtadan ötrü toyuq saxlayan gərək 3 ya 4 ya 5 yaşında toyuq saxlasın, onda cahil ya qoca saxlamasın.

_______________

 

Qəzetlərdən belə məlum olur ki, ingilis məmləkətində inək sağmaqdan ötrü bir quttaperçi düdük bina ediblər ki, o düdüyün 4 ucu var. Hər bir ucunun içinə inəyin bir əmcəyini salanda inəyin südü özbaşına qurtarınca axır, sonra düdük özü düşür.

    ______________

 

İldırım, yağış çox yağan vilayətlərdə çox vaxtda yerə düşüb, ziyadə zərər edir  və imtahan ilə məlum olubdur ki, ildırım hündür şeylərin, məsələn, hündür ağacın ya hündür evin üstə artıq düşür. Ondan savayı məlumdur ki, bəzi ağaclar, məsələn, palıd və qoz ağacları ildırımı çəkdiyinə onların üstə çox düşür, amma qovaq və daranqu ağacları onu çəkmədiyinə onların üstə ildırım düşmür. Bu səbəblərə indi Avropa şəhərlərində hər bir evin ətrafında qovaq əkirlər ki, evləri ildırımdan mühafizət etsin.

_______________

 

Gümüş şeyləri belə təmizləmək olur: bir qazanda kartofeli bişirib çıxardandan sonra onun suyunu iki saat saxlayıb o su ilə gümüş şeyləri yuyanda onlar çox təmiz olurlar. Guya onları torpaq ilə sürtmüsən. ( Gümüş şeyi torpaq ilə və ya qeyri şey ilə sürtmək yaxşı deyil, onda gümüşün qədəri azalır). Zikr olan kartofel suyu ilə mis və dəmir şeyləri də təmizləmək olur, beşərta ki, məzkur şetləri yuyandan sonra təmiz əski ilə qurudasan.

________________

 

Yolunmamış quşları saxlamaq çox müşküldür. Ona binaən ki, onlar tez iyiyib xarab olurlar. İndi ingilis qəzetlərində yazırlar ki, başı kəsilmiş quşu saxlamaqdan ötrü onun boğazına bir yumru kömür soxub sap ilə bərk bağlayıb bir quru və külək dəyən yerdə asanda onları bir neçə gün saxlamaq olur.

 

_______________

 

Qerman adlı şəxs yazır ki, zəli ilə havanın dəyişməyin belə bilmək olur: bir şüşəni yarısınacan su ilə doldurub onun içinə bir zəli salıb ağzını bez ilə bağlayıb evdə saxlayanda hava dəyişməyin bilmək olur: əgər sübhdən görəsən ki, zəli şüşənin dibində yatıb, yəqin ki, hava yaxşı olacaq. Əgər zəli şüşənin suyunun üzünə çıxırsa, yəqin yağış ya qar yağacaq və ya bərk külək əsəcək.

_______________

 

Qəzetlərdə yazırlar ki, burundan gələn qanı belə kəsmək olur: əgər qan burnun sağ deşiyindən gəlirsə, ol vaxtda sağ əlin kiçik barmağının ucunu dırnaqdan yuxarı və axırıncı bənddən aşağı sap ilə bərk bağlayanda, ya burnun sol deşiyindən qan gəlirsə sol əlin zikr olan barmağını məzkur qayda ilə bağlayanda qan kəsilir.

_______________

 

Gürcüstanda ud adlı bir tayfa var ki, onun dilində Misir əhlinin dilinin sözlərindən çox sözlər var. Qədim tarixlərə binaən Misir əhli bir neçə min il bundan əqdəm Gürcüstanı zəbt etmişlər imiş. Belə görünür ki, onların bir güruhu bizim Gürcüstanda qalmış imiş. Çünki zikr olan ud tayfası mürur ilə azalıb tələf olur və yavuq zamanda bilmərrə yox olacaqdır, ona binaən indi elm sahibləri ol tayfanın dilini öyrənib onun Misir əhli olmağını sübut edirlər.

_______________

Bu çağadək yanğını su ilə keçirdirlər idi, amma indi məlumdur ki, yanğı çox şiddət edən zaman onun üstə su tökəndə su özü yanır. Bu səbəblərə indi Amerikada su buğu ilə yanğını keçirdirlər.

Bu elm xəbərlərin yazıb Əsgər Mirzə Adıgözəlzadə Gorani.

 

İRƏVANDAN  MƏKTUBDUR

 

20 ay 30 il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe olan Şurəgil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürdməyə hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan Şoragilə varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin iltimasına binaən onlara möhlət verib ki, torpaq məhsulatların götürüb sonra  köçsünlər. Bu halda xəbər var ki, onlar da bu günlərdə köçəcəkdir-lər.

Bu qərardadlardan belə məlum olur ki, əlahəzrət şahi-İran Avropa səyahətindən sonra bu xəyala düşüb ki, hakimlərinin zülmündən xaric məmləkətlərə pərakəndə olan İran rəiyyətlərini cəm edib onların xüsusunda lazımi qanun və nizam qoysun ki, hər bir rəiyyət asudə öz işinə məşğul olsun, heç kəsin haqqında bundan sonra hakimlər tərəfindən cəbr və zülm olmasın.

Ümidvarıq ki, şahın bu binagüzarlığından sonra İran dövlətinin rəiyyətləri hakimlərinin zülmündən xilas olub sair dövlətlərin rəiyyətləri kimi öz vətənlərində kəsbkarlığa məşğul olsunlar.

Fi 2 şəvval Məhəmmədəli bəy Vəliyev.

 

 

TƏZƏ  XƏBƏRLƏR

 

Sentyabrın 25-də “Türküstan” qəzetində general Kaufmanın bu məzmunda hökmü çap olunub: nəhri-Sırdəryanın, yəni Seyhun çayının sağ tərəfi ki, Kokan xanının itaətində imiş, imperaturi-Rusdan əlahiddə hökm oluncan Rusiyaya tabe hesab olunsun. Ol yerlərdən ki, 5 bəylik hesab olunur imiş, bir Namancan adlı okruq bina olunub və oraya Sobolev adlı polkovnik naçalnik təyin olunub.

______________

 

Osmanlı dövləti öz qərzdarlarına məlum edib ki, onlara borcların sələminin nisfini nə qədər verəcək, amma nisfinin əvəzində onlara təzə kağız verib borclu olacaq. Bu barədə qərzdarların və onlar tabe olan dövlətlərin, yəni ingilis və firəng vüzəralarının arasında danışıq var. Bəzi məsləhət edir ki, Osmanlı dövləti vəqf olunan mülk və mallara maliklənib onu xalqın xoşgüzəranına artırmağa xərc edib onların təhmilatını artırsın ki, borcların sələmini vermək olsun. Bəzi deyir ki, Osmanlı dövlətinin tamam təhmilatını qərzdarlara versinlər ki, onlar pullarının sələmini götürüb artıq qalanını dövlət işlərinə məsrəf etsinlər. Amma bəzi deyir ki, yaxşıdır Osmanlı dövlətinin paytaxtı İstanbul şəhərini satıb ondan cəm olan məbləği qərzdarlara versinlər ki, Osmanlı dövləti birdən borcdan xilas olub Asiya qitəsində özünə təzə paytaxt bina etsin.

_______________

Misirdən yazırlar ki, xədivin əsgəri Həbəş hökumətinin sərhəddini keçib Həbəş yerinə daxil olubdur. Buçağacan həbəş əsgərlərilə cəng düşməyib.

_______________

İngilis padşahının oğlu Hindistana daxil olub. Bombey şəhərindən oktyabrın 26-da yazırlar ki, şahzadənin qabağına Hindistan knyazlarından 70 adam çıxıb. 200000 tamaşaçı küçələrdə olub.

_______________

Peterburq qəzetində yazırlar ki, əlahəzrət Nəsrəddin şah  Moskva şəhərində olanda onun xidmətində olan xanların birisi ki, onun ismi Mirzə Mahmud Hacı  Hüseyin xan imiş, xaçpərəst olub Moskvada qalmış imiş, indi Sergey adlı monastıra gedir.

_______________

 

İngilis vilayətində hər bir sənətkarların və hər bir cürə fəhləlik edənlərin icmaı var ki, hər kəs ol icmaya öz güzəranına görə xərc verir. O pul ilə icma şikəst ya naxoş olan və qulluğu olmayan kəsləri saxlayır və bir neçə dəfə ol icmalar sözü bir edib fəhləliyə artıq pul istəyib alıblar. Bir neçə il bundan əqdəm kənizlər icma bina ediblər. İndi yazırlar ki, nökərlər də icma edib istəyirlər ki, onlara həftədə 3 gün oxumağa rüxsət versinlər.

_______________

 

Oktyabrın 17-də Peterburqda polisə ərz elədiyinə Mirovoy sudya Kiselyov adlı qəssab iyimiş ət satmaqdan ötrü bağlanan işə mülahizə edib. Əgərçi Kiselyov sübut edib ki, ondan ət alanlar iyimiş olmağını bilib alıblar, amma mirovoy qət edib: çünki iyimiş ətin bədənə zərəri var, ona binaən Kiselyovdan 50 manat cərimə alınsın.

 

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info