Qonaq Kitabı
5 oktyabr Rusiya, sənə 1875

5 oktyabr  Rusiya, sənə 1875             

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

İnsanın hər bir hərəkatı və fikir dərəcatı beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər tərəfinə damarları gedir. Necə ki bir maşının hər bir puçi və digircəyi ol maşın üçün lazımdır və onsuz maşın işləməz, habelə bədənin hər bir əczası ona lazımdır, onsuz bədən iş görməz, yəni tələf olur. Bu səbəblərə beynin tələf olmağından bədən vəfat edir.

Dünyada olan zəhərlərin hər birisi bədənə bir qeyri cürə kar edir. Məsələn, ilan zəhəri qana qarışmaqlığı ilə və tüstü ağza dolmaqlığı ilə insanı fövt edirlər. Amma tiryak, şərab, bir neçə qeyri şeylər beyinə dəyməkliyilə onu tələf edib insanı fövt edirlər.

Belə beyinə kar edən şeyləri az yeyən vaxtda onlardan bir nəşə, yəni kef hasil olur. Məsələn, iki ya üç stəkan çay, bir ya iki fincan qəhvə ya bir kiçik stəkan dilguşa və süxəngu, yəni kefli edir. Ol şeylərin bəzində məzkur zəhər az olmağa binaən onlar bədənə zərər etmirlər. Məsələn, çay, qəhvə, tənbəki. Lakin lazımdır onların zəhər olmaqlığını yaddan çıxarmayıb onları israf etməyəsən. Amma tiryakda, bəngdə və şərabda zikr olan zəhərin qədəri ziyadə olduğuna onların nəşəsi də ziyadə olur və onlar bədənə də ziyadə zərər edirlər.

Əlbəttə, bir neçə kərrə ol zəhərləri qədərində yeməkdən bədənə zərər olmaz. Amma ol zəhərlərin bir xasiyyəti budur ki, onları beyin adət eləyəndən sonra onlar beyinə əsər etməz və nəşə gətirməz. Ona binaən tiryak atan, bəng yeyən və şərab içən kəslər özlərinə kef gətirməkdən ötrü gərək gün-gündən onları artıq yesinlər ki,onlardan əvvəlki kimi kef gəlsin və belə mürur ilə beyinə güc etmək onu gücdən salıb zəifləndirir. Bu səbəblərə ol kəsin sifəti saralıb, mədəsi gücdən düşüb əli, ayağı və başı titrəyib, xülasə, tamam bədəni mürur ilə zəiflənib tələf olur.

Bu səbəblərə xaçpərəstlərin elm sahibləri xalqa bəyan etməklik ilə səy edirlər ki, şərabdan onların rəğbətin kəssinlər. Pəs bizim müsəlmanların tiryak atan, bəng yeyən, şərab içən kəsləri, siz adət elədiyiniz şeylər zəhər imişlər, onlar sizin beyninizi və bədəninizi tələf edib sizi fövtə verir imişlər. Belə olan surətdə nəfyul-xəmr vəl meysər min əməlüş-şeytan[1] yaddan çıxarmayıb, istiğfar etmək vacib imiş.  

 

 

ƏKİN  VƏ ZİRAƏT  XƏBƏRLƏRİ   

 

Hər əkinçiyə vacibdir ki, öz yerinin xasiyyətin bilsin. Onu aşağıda zikr olan imtahan ilə bilmək olur.

Əkin yerinin şuxm olunan yerlərinin bir neçə tərəfindən 5 ya 6 ovuc torpaq götürüb onu qəlbirdən keçirib, təmizləyib ev içində bir az sərib sonra ondan 200 misqal çəkib onun 100 misqalını bir qabda saxlayıb, o biri 100 misqalın bir qaba sərib günə qoyub ol qədər tərpətsin ki, bilmərrə qurusun. Ol vaxtda o qurumuş torpağı çəkib bilmək olur ki, torpaqda nə qədər su var imiş. Tutalım o quruyandan sonra onun 88 misqal ağırlığı var. Pəs onun 100 misqalında 12 misqal su var imiş.

Sonra qurumuş torpağı bir saxsı qaba töküb ocaq üstə ol qədər qovursun ki, onda olan yanar şeylər tamam yanıb tələf olsun. Ol vaxtda tutalım 88 misqaldan 80 misqal qalıb. Pəs torpağın 100 misqalında 8 misqal yanar şeylər, yəni çürümüş ot var imiş. Pəs məlum olur ki, ol yerin 100-dən 12 hissəsi su və 8 hissəsi çürümüş ot imiş.

İndi o biri qabda saxlanan 100 misqal torpağın üstə su töküb onu qarışdıranda su bulanıq olacaqdır, onu bir-iki dəqiqə tərpətməyib sonra bulanlıq suyu süzüb genə təzə su töküb qarışdırıb saxlayıb süzmək gərək. Xülasə, ol qədər onun üstə su töküb qarışdırıb süzmək lazımdır ki, təzə su qarışdırmaqdan bulanlıq olmasın. Ol vaxtda torpağın gili lilə dönüb su ilə süzülür və qabda ancaq qum qalır. O qumu qurudub çəkib ağırlığını bilmək olur. Tutalım onun 30 misqal ağırlığı var. Pəs əkin yerinin 100-də 12 su, 8 çürümüş ot, 30 qum və 50 misqal gil var imiş.

İndi qum dediyimiz 30 misqalın üstə tünd sirkə ya kükürd cövhəri töküb qarışdıranda onun içində olan əhəng qaynayıb turşuya qarışır, sonra onu bir neçə dəfə təmiz su ilə yaxalayıb qurudub çəkib əhəngin qədərini bilmək olur. Tutalım indi torpağın ağırlığı 25 misqaldır. Pəs onda 5 misqal əhəngi var imiş ki, turşuya qarışıb, yaxalamaqdan rədd olub.

Bu imtahandan bildik ki, zikr olan yerin 100 misqalında 12 su, 8 çürümüş ot, 50 gil, 5 əhəng  və 25 misqal qum var imiş və həmçinin bu minval ilə hər bir əkin yerinin hissələrin bilmək olur və əkin yerinin xasiyyəti onun hissələri ilədir.

 

 

MƏKTUBAT

 

Hər kühənsal və çox ömr eləmiş adamdan soruşursan ki, əmi, keçən zəmanə ilə bu zəmanəni güzəranı necədir? Deyir, oğlum, keçən zəmanənin bərəkəti var idi və çox ucuzluq idi. Məsələn, ətin batmanı bir köhnə riyal, buğdanın xarvarı on riyal, yumurtanın 100-ü iki şahıya satılır idi. Amma bu zəmanədə hər bir şey ol qədər bahalanıbdır ki, demək olur hər şey öz ağırlığında pula gedər və keçən zaman 100 tümən pulu və bir mahud çuxası olan kəsi şəhər içində barmaq ilə nişan verirdilər. Amma indi 100000 manatı olan adama dövlətli demək olmaz.

Bu avam sözdən qiyas eləmək olur ki, indi zəmanə tərəqqi eləyibdir və intizami-aləm həddi-istehkamə yetişibdir və xalqın fəhmi və səliqəsi artmağa binaən meylləri həm ziynətə və təcəllatə artıbdır. Qədim bir mahud çuxası olan şəxsə indi on çuxa kifayət eləməz. Xonçasında doşab halvası olmayan şəkər halvasın bəyənməz.

Əgər yaxşı fikir eləsən, insan öz xilqətinə münasib ki, mədəniyüttəb yaranmış, əgər müxalitət və ictima edib, bir-birilə qarışıb dostluq eləməsə, məişət əsbabın cəm edib dünyada zindəganlıq eləməyi qayətdə müşkül olacaqdır. Pəs şüuru olan insana lazımdır ki, məzkur əsbabi-məişət cəm olan cəbbəxananın bağlı qapısın açmaqçün əvvəl bir kilid təhsil eləsin ki, zəhmətsiz o bağlı qapını açıb hər əsbabı ki, bu şərifi-hədisə müvafiq əhris liddünyakə kəənnəkə təişu əbədən və əhris liaxirətikə kəənnəkə təmutu ğədən[2] özünə lazım görür, təhsil eləyib ondan sonra dünya və axirət evin abad eləməyə məşğul olsun və belə kilidi ki, məzkur evin qapısın açsın, allahın nemətlərinin qədrin bilib və Qurani-mübarəkədə nazil olan bu ayeyi-şərifə misqal etməkliyilə və min ayatihi ixtilafi əlsinətiküm və əlvaniküm[3] və imkan qədəri xarici dillərə vaqif olmağı ilə və lazım olan hərf və sənayei təlim tapmaq ilə ələ gətirmək olur.

Aşkar görürük ki, xarici vilayətlərin adamları bizim vilayətimizə gəlib vilayət əhli müttəle` olmayan şeylərin mübaliği-xatir dövlət cəm edib və mənfəət aparırlar. Bir firəngi tacirindən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gəlir, elm üzəri ilə onu elə bəyan elər ki, sən özün mat və mütəhəyyir qalusan. Amma o şəhərin əhlindən sual edəsən ki, kişi, sənin bağında neçə qism yemiş ağacı və nə qədər üzüm, meyvə var, qətən deyəcəkdir hesab eləməmişəm.

Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlifə dillər ilə danışırlar. Amma müsəlmanlar içində savadı olan adamlardan çox az tapılır ki, öz dilində bir dürüst məktub yazsın.

Əgər bir şəxs desə ki, əmi, keçən zamandan bu zəmanə yaxşıdır və bu zəmanəyə allah keçən zəmanədən artıq bərəkət veribdir, ağraq danışmayacaqdır. Ondan ötrü ki, hər məmləkətdə müəllimxanalar və mədrəsələr açılıb və əsbabi-mərifət ətraf aləmə dağılıb. Badkubə kimi şəhərdə sənin öz milli dilinlə qəzet basılır, uzaq məmləkətlərdə olan əxbari-qəribə və müfid söhbətləri öz evindən çıxmayıb oxuyub bilirsən. Gör ki, Avropa məmləkətləri və Yeni dünya, dəmir yollar, buxar gəmiləri olmaq səbəbilə səninlə yaxın qonşu olub. Məkkeyi-müəzzəm ziyarəti ki, neçə il bundan sabiq çox müşkül idi və bir il yaxın səfərin tuli var idi, iki ay ya iki ay yarımda kəmali-istirahət ilə gedib-gəlmək olur.

Nuri-mərifət dünyanı tutub, heç insaf deyil ki, adam vaxtın keçirib bu ayeyi-şərifin məzmunundan göz örtsün: həl yəstəvi əlləzinə yələmun vəlləzinə la yələmun.[4] Fürsət əldən verib öz qom və əqrabasın hərfət və sənət elmlərinin feyzindən qoyan şəxs onların bədbəxtliyinə bais olub və zülmi-fahiş onların haqqında edəcəkdir.

Heydəri.

______________

İrəvanda Məhəmməd Rəhimbəy yazır ki, İran dövlətinin Xoy şəhərinə ticarətə getmişdim. Rəcəbin 25-də bir neçə min Osmanlı əhli İran sərhəddini keçib Daş məku mahalını qarət edib, 5000 qədər at, mal apardılar. Sonra Osmanlı dövlətinin Ban şəhərinə gedib orada dadistəd edirdim. Şabanın 15-də İran tərəfindən Ziyaüddövlə Məhəmməd Rəhim Mirzə 500 atlı ilə gəlib Van şəhərinin ətrafını qarət etdi.

______________

 

İrəvandan, şabanın 22-də Məhəmmədəli bəy Vəliyev yazır ki, bir neçə həftədir İrəvan uyezdinin Dəvə qəryəsində adamxor heyvan peyda olubdur. Gecələr gəlib evlərdən uşaqları aparıb yeyir. İndiyəcən 13 nəfər uşaq yeyib və həmçinin Çəğin mahalının bir para kəndlərindən bir neçə uşaq dəxi aparıbdır. Ol heyvanı görənlər deyirlər ki, onun rəngi qırmızıya maildir və özü itə oxşayır. Amma bəziləri deyir rəngi qaradır və qurda şəbahəti çoxdur. Ol kəndlərin xalqı əlində tüfəng qarovul çəkirlər, amma onu görmək müyəssər olmur. Bu halda cənab uyezdni naçalnik Şağubatov bu barədə silist edir.

Dünyada heç bir heyvan yoxdur ki, insanın şücaətindən və gözlərinin nurundan qorxmasın. Ona binaən olmaz ki, heyvan adamxor olsun. Doğrudur ağ pələng, qurd və kaftar düşəndə bir uşaq aparırlar. Amma onlar aclıqdan bu qələti bir edib, bir də dəxi etməzlər. Xülasə, bu xəbərin həqiqətini bilməkdən ötrü çox intizar varıq və ümidvarıq ki, Məhəmmədəli bəy onun keyfiyyətini yazıb bizə məlum eləsin.

                                            ________________

 

Qubadan bizə yazırlar: boyaq qiymətdən düşməyə binaən qeyri yerlərdən Qubaya gəlib müamiləçilik edənlərin işi xarabdır. Tamam Quba əhli, ələlxüsus yəhudilər öz mülk və mallarını nataryus əlilə oğlanlarına ya övrətlərinə verib sahibtələblərə bir qəpik vermirlər və şəhərimizin belə şuluq olmağına səbəb vəkillik edən kəslərdirlər. Onlar hər iki tərəfdən pul alıb ikisin də bədbəxt edirlər və ümidvarıq ki, bizim şəhərə yaxşı təlim almış və insaflı vəkil gəlib bizləri ədalət divanının səmərəsindən məhrum edən kəslərin əlindən xilas etsin.

Bu kağızı yazan elə fikir edir ki, qeyri yerlərdə halva yeyirlər. Əzizim, siz istədiyiniz vəkili Rusiyanın paytaxtında tapmaq olmur.

 

Qəzəl

Həzaran şükr kim, bir şəxsi-aliqənd hümmətdən

Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən

Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi

Götürdü əhli-islamı bu gün xaki-məzəllətdən

Zəbani-türk ilə agah eylər əhli-Qafqazı

Gəhi tazə xəbərlərdən, gəh asari-hökumətdən

Olub sövdagəri-xeyr ol mükərrəm əhli-islamı

Xəbərdar eylədi hər nəf`ü hər kəsbü ticarətdən

Nəsimi-sübhtək feyzi olub bu aləmə sari

Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən

Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə

Ki, verdi imperaturi-cəhanpərvər ədalətdən

Dəxi ol izn alan şəxsin bizə vacibdir ikrami

Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən

Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid

Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən

İlahi padşahi-Rusun eylə dövlətin əfzun

Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.

 

 

 

TƏZƏ  XƏBƏRLƏR

Əgərçi bu halda Qerdseqovinəni Osmanlı əsgəri tamam zəbt edibdir və ol vilayətin dövlətdən narazı olan sakinləri dağlarda və meşələrdə məskən ediblər, amma genə təkdə bir gənc olur.İndionların baş sərkərdələri Sarko adlı keşişdir. Onun 5000 qədər əsgəri var. Onlar konsullara verdiyi ərizənin mətləbi budur ki, Osmanlı dövləti onların haqqında çox cəbr edir. Ona binaən onlar Osmanlıya tabe olmaq istəmirlər.

_____________

Çin vilayətindən rəcəbin 11-də yazırlar ki, bu il çox yağınlıq olduğuna çay az hasil olub.

_______________

Kırımın Feodosi şəhərindən yazırlar ki, bu il ol şəhərə gedən dəmir yolu qurtardığına oraya ol qədər üzüm, yemək və dərya suyuna çimmək ilə özünə müalicə edən gəlib ki, evlərdə yer olmadığına şəhərin bağlarında məskən ediblər.

_______________

Misirdən yazırlar ki, pambığın əkini çox yaxşıdır və əgər onun bir zavalı olmasa, keçən ildən birə-bir artıq pambıq olacaqdır.

_______________

Bu il Avropada taxıl az olduğuna bahalanmış idi. Amma indi yazırlar ki, hava xoş olduğuna çox kartofel və qarğıdalı hasil olub. Ona binaən taxıl indi ucuzlaşır.

_______________

Rusiyanın “Qolos” qəzetinin münşisi Qerdseqovinə cəngində vəfat edən slavyanların külfətləri üçün pul yığır. İndiyəcən bir-iki min manata qədər yığıb onlara göndərib.

 ________________

1873 sənədə Rusiyanınn universitetlərində 8000-əcən, gimnaziyalarda 20000-əcən, üç klas məktəbxanalarda 30000-əcən və bir klas məktəbxanalarda 1000000-acan oxuyan olub.

_______________

Peterburq şəhərinin camaat məclisi sərəncam edib ki, şəhərin küçələrində atlar ilə işlənən dəmir yol təmir olunsun. Bu il 50 verst tamam olub və gələn il 35 verst  tə`mir olunacaqdır. Həmçinin Moskva şəhərinin camaatı öz şəhərlərində 80 verstə qədər dəmir yolu tikdirmək istəyir.

_______________

İngilisin Vulic şəhərində bir top təmir olunub ki, onun 82000 girvənkə ağırlığı, 60000 manat xərci, 12 arşın tuli var. Güluləsinin ağırlığı 1650 girvənkədir və hər səfər onu doldurmağa 300 girvənkə barıt gedir.

_______________

“Triest” qəzeti yazır ki, Qafqazdan Osmanlıya gedən çərkəslərin böyüyü İbrahim paşa sədri-əzəmdən izn istəyib ki, 20000 çərkəs əsgəri cəm edib Qerdseqovinə getsin, amma ona izn verməyiblər.

_______________

Biz eşidirik ki, Badkubə uyezdinin Sabunçu kəndinin camaatı istəyir öz kəndlərində rus məktəbxanası bina etsin. Allah eləsin ol xeyir iş başa gəlsin və bir yaxşı müsəlman müəllimi ol məktəbxana üçün tapılsın.

 

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



[1] Şərabın və qumarın faydası şeytan əməllərindəndir.

[2] Dünya işlərini elə gör ki, guya sən dünyada əbədi yaşayacaqsan. Axirət işlərinə isə elə fikir ver ki, guya sabah öləcəksən.

[3] Sizin rənglərinizin və dillərinizin müxtəlifliyi allahın məsləhətidir.

[4] Bilən ilə bilməyən bərabər olurmu?

5 oktyabr  Rusiya, sənə 1875             

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

DAXİLİYYƏ

İnsanın hər bir hərəkatı və fikir dərəcatı beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər tərəfinə damarları gedir. Necə ki bir maşının hər bir puçi və digircəyi ol maşın üçün lazımdır və onsuz maşın işləməz, habelə bədənin hər bir əczası ona lazımdır, onsuz bədən iş görməz, yəni tələf olur. Bu səbəblərə beynin tələf olmağından bədən vəfat edir.

Dünyada olan zəhərlərin hər birisi bədənə bir qeyri cürə kar edir. Məsələn, ilan zəhəri qana qarışmaqlığı ilə və tüstü ağza dolmaqlığı ilə insanı fövt edirlər. Amma tiryak, şərab, bir neçə qeyri şeylər beyinə dəyməkliyilə onu tələf edib insanı fövt edirlər.

Belə beyinə kar edən şeyləri az yeyən vaxtda onlardan bir nəşə, yəni kef hasil olur. Məsələn, iki ya üç stəkan çay, bir ya iki fincan qəhvə ya bir kiçik stəkan dilguşa və süxəngu, yəni kefli edir. Ol şeylərin bəzində məzkur zəhər az olmağa binaən onlar bədənə zərər etmirlər. Məsələn, çay, qəhvə, tənbəki. Lakin lazımdır onların zəhər olmaqlığını yaddan çıxarmayıb onları israf etməyəsən. Amma tiryakda, bəngdə və şərabda zikr olan zəhərin qədəri ziyadə olduğuna onların nəşəsi də ziyadə olur və onlar bədənə də ziyadə zərər edirlər.

Əlbəttə, bir neçə kərrə ol zəhərləri qədərində yeməkdən bədənə zərər olmaz. Amma ol zəhərlərin bir xasiyyəti budur ki, onları beyin adət eləyəndən sonra onlar beyinə əsər etməz və nəşə gətirməz. Ona binaən tiryak atan, bəng yeyən və şərab içən kəslər özlərinə kef gətirməkdən ötrü gərək gün-gündən onları artıq yesinlər ki,onlardan əvvəlki kimi kef gəlsin və belə mürur ilə beyinə güc etmək onu gücdən salıb zəifləndirir. Bu səbəblərə ol kəsin sifəti saralıb, mədəsi gücdən düşüb əli, ayağı və başı titrəyib, xülasə, tamam bədəni mürur ilə zəiflənib tələf olur.

Bu səbəblərə xaçpərəstlərin elm sahibləri xalqa bəyan etməklik ilə səy edirlər ki, şərabdan onların rəğbətin kəssinlər. Pəs bizim müsəlmanların tiryak atan, bəng yeyən, şərab içən kəsləri, siz adət elədiyiniz şeylər zəhər imişlər, onlar sizin beyninizi və bədəninizi tələf edib sizi fövtə verir imişlər. Belə olan surətdə nəfyul-xəmr vəl meysər min əməlüş-şeytan[1] yaddan çıxarmayıb, istiğfar etmək vacib imiş.  

 

 

ƏKİN  VƏ ZİRAƏT  XƏBƏRLƏRİ   

 

Hər əkinçiyə vacibdir ki, öz yerinin xasiyyətin bilsin. Onu aşağıda zikr olan imtahan ilə bilmək olur.

Əkin yerinin şuxm olunan yerlərinin bir neçə tərəfindən 5 ya 6 ovuc torpaq götürüb onu qəlbirdən keçirib, təmizləyib ev içində bir az sərib sonra ondan 200 misqal çəkib onun 100 misqalını bir qabda saxlayıb, o biri 100 misqalın bir qaba sərib günə qoyub ol qədər tərpətsin ki, bilmərrə qurusun. Ol vaxtda o qurumuş torpağı çəkib bilmək olur ki, torpaqda nə qədər su var imiş. Tutalım o quruyandan sonra onun 88 misqal ağırlığı var. Pəs onun 100 misqalında 12 misqal su var imiş.

Sonra qurumuş torpağı bir saxsı qaba töküb ocaq üstə ol qədər qovursun ki, onda olan yanar şeylər tamam yanıb tələf olsun. Ol vaxtda tutalım 88 misqaldan 80 misqal qalıb. Pəs torpağın 100 misqalında 8 misqal yanar şeylər, yəni çürümüş ot var imiş. Pəs məlum olur ki, ol yerin 100-dən 12 hissəsi su və 8 hissəsi çürümüş ot imiş.

İndi o biri qabda saxlanan 100 misqal torpağın üstə su töküb onu qarışdıranda su bulanıq olacaqdır, onu bir-iki dəqiqə tərpətməyib sonra bulanlıq suyu süzüb genə təzə su töküb qarışdırıb saxlayıb süzmək gərək. Xülasə, ol qədər onun üstə su töküb qarışdırıb süzmək lazımdır ki, təzə su qarışdırmaqdan bulanlıq olmasın. Ol vaxtda torpağın gili lilə dönüb su ilə süzülür və qabda ancaq qum qalır. O qumu qurudub çəkib ağırlığını bilmək olur. Tutalım onun 30 misqal ağırlığı var. Pəs əkin yerinin 100-də 12 su, 8 çürümüş ot, 30 qum və 50 misqal gil var imiş.

İndi qum dediyimiz 30 misqalın üstə tünd sirkə ya kükürd cövhəri töküb qarışdıranda onun içində olan əhəng qaynayıb turşuya qarışır, sonra onu bir neçə dəfə təmiz su ilə yaxalayıb qurudub çəkib əhəngin qədərini bilmək olur. Tutalım indi torpağın ağırlığı 25 misqaldır. Pəs onda 5 misqal əhəngi var imiş ki, turşuya qarışıb, yaxalamaqdan rədd olub.

Bu imtahandan bildik ki, zikr olan yerin 100 misqalında 12 su, 8 çürümüş ot, 50 gil, 5 əhəng  və 25 misqal qum var imiş və həmçinin bu minval ilə hər bir əkin yerinin hissələrin bilmək olur və əkin yerinin xasiyyəti onun hissələri ilədir.

 

 

MƏKTUBAT

 

Hər kühənsal və çox ömr eləmiş adamdan soruşursan ki, əmi, keçən zəmanə ilə bu zəmanəni güzəranı necədir? Deyir, oğlum, keçən zəmanənin bərəkəti var idi və çox ucuzluq idi. Məsələn, ətin batmanı bir köhnə riyal, buğdanın xarvarı on riyal, yumurtanın 100-ü iki şahıya satılır idi. Amma bu zəmanədə hər bir şey ol qədər bahalanıbdır ki, demək olur hər şey öz ağırlığında pula gedər və keçən zaman 100 tümən pulu və bir mahud çuxası olan kəsi şəhər içində barmaq ilə nişan verirdilər. Amma indi 100000 manatı olan adama dövlətli demək olmaz.

Bu avam sözdən qiyas eləmək olur ki, indi zəmanə tərəqqi eləyibdir və intizami-aləm həddi-istehkamə yetişibdir və xalqın fəhmi və səliqəsi artmağa binaən meylləri həm ziynətə və təcəllatə artıbdır. Qədim bir mahud çuxası olan şəxsə indi on çuxa kifayət eləməz. Xonçasında doşab halvası olmayan şəkər halvasın bəyənməz.

Əgər yaxşı fikir eləsən, insan öz xilqətinə münasib ki, mədəniyüttəb yaranmış, əgər müxalitət və ictima edib, bir-birilə qarışıb dostluq eləməsə, məişət əsbabın cəm edib dünyada zindəganlıq eləməyi qayətdə müşkül olacaqdır. Pəs şüuru olan insana lazımdır ki, məzkur əsbabi-məişət cəm olan cəbbəxananın bağlı qapısın açmaqçün əvvəl bir kilid təhsil eləsin ki, zəhmətsiz o bağlı qapını açıb hər əsbabı ki, bu şərifi-hədisə müvafiq əhris liddünyakə kəənnəkə təişu əbədən və əhris liaxirətikə kəənnəkə təmutu ğədən[2] özünə lazım görür, təhsil eləyib ondan sonra dünya və axirət evin abad eləməyə məşğul olsun və belə kilidi ki, məzkur evin qapısın açsın, allahın nemətlərinin qədrin bilib və Qurani-mübarəkədə nazil olan bu ayeyi-şərifə misqal etməkliyilə və min ayatihi ixtilafi əlsinətiküm və əlvaniküm[3] və imkan qədəri xarici dillərə vaqif olmağı ilə və lazım olan hərf və sənayei təlim tapmaq ilə ələ gətirmək olur.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info