Qonaq Kitabı
5 sentyabr Rusiya, sənə 1875

5 sentyabr  Rusiya, sənə 1875

Bu qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktu-bat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Qəzet almağı xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

 

Məktubat göndərənlərdən iltimas edirik ki, onların müxtəsər və aydın yazsınlar.

DAXİLİYYƏ

Tiflisdən Badkubəyə dəmir yolu təmir olunmağı xalqa məlumdur. İndi Peterburq qəzetləri bəyan edirlər ki, onun tuli 520 verst olacaqdır. Onu Tiflisdən Poti şəhərinə dəmir yolu təmir edən edən icma təmir edəcək. Onun xərci 221 58000 manat, yəni hər verstə 42537 manat olacaqdır. Onun stansiyalarının yeri Tiflisdə və Badkubədə məlum deyil, amma məlumdur ki, Badkubədən dərya kənarı ilə gedəcək Hacıqabula, Hacıqabuldan o yana hansı tərəfdən getməyi genə yəqinən məlum deyil. Ya kür çayının kənarı ilə ya dağ ətəyi ilə gedəcək. Əgər Kür kənarilə getsə, Cavaddan yuxarı gedib Molla kəndindən, Zərdabdan keçib Pirəzəyə gedə-cək, oradan Kürü keçib Çinlidən, Gorandan Gəncəyə gedəcək və əgər dağ ətəyi ilə getməli olsa, Hacıqabuldan keçəcək Paşalıya, Qaraqaşlıya, Qarasaqqallıya, Qarabucağa, Məlik kəndinə, Çiyniyə, Mixaya, Qarautana, oradan Kürü keçib, əgər iğliyədən, Təkqayadan, Dəli titlidən Gəncəyə gedəcək. Bu iki tərəflərdən ümid çoxdur ki, Kür kənarilə getsin. Gəncədə stansiya şəhərin şimal tərəfində olacaq, oradan gedəcək Tovuza, Ağstafaya, Salahlıya, oradan genə Kürü keçib Dəmirçi Həsənlidən, Hacılıdan, Axtalıdan Tiflisə gedəcək.

Dəmir yolunun xalqa nəfi olmağı məlumdur. Hər kəs beş gün poşt ilə gedilən yolu bir günə rahat gedir. Ondan masəva bizim yerlərimizdən və mallarımızdan hasil olan şeyləri bir az kirayə ilə Tiflis və Badkubə şəhərlərinə və qeyri yerlərə aparıb artıq qiymətə satmaq olur. Ona binaən bizim indi az mədaxil götürən yerlərimiz birə-beş artıq mədaxil götürəcək. Əlbəttə, bu xeyirləri hər kəs vaxtında görüb biləcəkdir. İndi onlardan danışmağımıza səbəb oldur ki, bizə məlumdur bir neçə dövlətli kəslər xahiş edirlər dəmir yolu gedən yerlərdə bəyzadələrin məxsusi yerlərin alıb onları dövlət tərəfindən olan mərhəmətdən məhrum etsinlər. Ona binaən vacib bilib bəyzadələrimizi sərhesab edirik ki, məzkur yerlərdə ya onların yavıqlığında olan yerlərini satmayıb dəmir yolu təmir oluncan saxlasınlar ki, ol vaxtda onlar birə-beş artıq qiymətə gedəcək

 

_______________

 

Keçən nömrədə bizə diqqət edənlərə öz zəhmətlərimizdən danışdıq. İndi aşağıda zikr olan Tabasarandan göndərilən qəzəli basdırmaqlıq ilə onlara göstərmək istəyirik ki, bizim oxuyanlar hamısı bizə diqqət etmirlər. “Əkinçi” qəzetinin şükürnaməsi.

 

Qəzəl

 

Xoşa kim qıldı Bakidə qəzet bünyadını mə`mur

Zəbani-türk ilə nabud ikən bir fazili-məşhur,

Cənabi-xaceyi-darülfünün əllamə Zərdabi

Məlikzadə Həsən bəyin xətri hər dəm ola məsrur.

Həmiyyətkeş olub əhli-vətəndən ötrü bişübhə

Qazandı o bu niknamı olsun daima məzkur.

Səvadır şükr ona cümlə müsəlmanani-Qafqazdan

Ki onlara qəraibdən verir o növbənöv mə`tu.

Xüsusən əhli-Dağıstanə ən`ami-əzimdir bu

Ki qəflətdən oyanmaq oldu hala onlara meysur.

Lihəza bu cəhətdən eylərəm ərzi-təşəkkür mən

O alişanə rəbbim etsin ani xeyr ilə mə`cur.

Görüb Məmnun ki, olmuş ol qəzet tarixi ya qəffar (1292),

Rica etdi qüsuri ol xüsusda həm ola məğfur.

 

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

 

Süddən  yağ  qayırmaqdan  danışır

( ibtidası keçən nömrələrdə basılıb)

Saniyən çiy, yəni bişməmiş süddən yağ qayırmaq. Yağı çiy süddən belə çalxalayırlar: təzə sağılmış südü 10 ya 12 saat saxlayıb soyudub sonra nehrəyə töküb çalxalayırlar. Doğrudur belə çiy südün qədəri ziyadə olduğuna ondan yağ çalxamağın zəhməti də artıqdır. Ona binaən sağmal mal 30-dan ziyadə olsa, ya gərək olqədər süddən maşın ilə yağ çalxayasan, ya onu sərib onun qaymağından yağ çalxayasan. Amma mal 30-dan az olsa, çiy süddən yağ çalxamaq məsləhətdir, ol səbəbə ki, əvvələn çiy süddən yağ çox olur. Məsələn, bir qat çiy süddən onbir girvənkə yağ çıxsa, o südün qaymağından ancaq on girvənkə yarım yağ çıxar. Saniyən süd otağını isti ya soyuq etmək lazım deyil, ona binaən ki, süd orada az saxlandığına südün turşumaqdan baki yoxdur. Salisən ildırım şaxımaqdan süd xarab olmaz, amma qaymaq üçün sərilən süd xarab olur. Rabiən pişəzvəqt qaymaq hasil olduğu vaxtı bilmək olmaz, amma süddən neçə saatdan sonra yağ çalxanmağın pişəzvəqt bilmək olur. Xamisən az mal saxlayan kəs üçün qaymağın qədəri az olduğuna hər gündə yağ çalxamaq müşküldür. Amma süddən hər gündə təzə yağ çalxamaq olur. Sadisən çiy süddən yağ çalxayanda yağı yığılmış süd ayran kimi turş olmadığına ondan pendir və qeyri şeylər qayırmaq olur.

Salisən qatıqdan yağ qayırmaq: bizim Qafqazda hər kəs qatıqdan yağ çalxamağı bilir. Ona binaən onun qaydasını burada bəyan etməyi lazım bilməyib onun zərərini bəyan edirik. Əvvələn bizim nehrələri təmiz etmək müşküldür. Saniyən südü süzmədiyimizə onun qab və qaşığını təmiz saxlamadığımıza onun yağı da natəmiz olur. Bu səbəblərə bizim yağın rəngi və dadı yaman olduğuna o tez xarab olur. Salisən bizim yağ az olur. Məsələn, bir qat süddən Qolştinya qaydası ilə dörd girvəngə yağ çıxsa, bizim qayda ilə ondan ancaq üç girvəngə yağ çıxır, yəni bizim yağın dörddən bir hissəsi süd qatığa dönmək səbəbilə tələf olur. Rabiən ayranımız turş olduğuna ondan şordan savayı bir şey qayırmaq olmur və şorun heç bir maliyyəti yoxdur.

Zikr olan yağ qayırmaq qaydalarına baxıb bəyan elədik ki, bizim Qafqazda işlənən qayda nə səbəblər ilə onların hamısından yamandır. İndi görək o qaydaların hansını Qafqazda işlətmək yaxşıdır. Dağlar başında soyuq bulaqlar kənarında sakin olan kəslərə məsləhətdir ki, sağmal malı çox olsa, Şvars qaydasını işlətsinlər və əgər buz tapılmasa, çəlləyin içinə soyuq bulaq suyu töksünlər. Çünki bulağın suyu çəlləyin içində dayanıb duranda istilənib südü turşudur, ol səbəbə yaxşıdır ki, çəlləyin altında bir deşik qayırasan ki, bulağın suyu yuxarıdan girib aşağıdan çıxmaq ilə çəlləyin içində dayanmayıb axmağa binaən qızmasın. Aran yerlərində mal-qarası çox və tavanası artıq olan kəslərə Qolştinya qaydasın işlətmək məsləhətdir. Bu qaydanın ümdə xərci imarətə olur. Onu gərək ki, iki mərtəbə kərpicdən ya daşdan tə`mir edəsən, onun aşağın mərtəbəsi bizim qazmalar kimi yer altında akoşkaları şimal tərəfə və otaqları tac olur. Üst mərtəbə yerin üzündə və akoşkaları qiblə tərəfə olur. Onun alt mərtəbəsində yayda və üst mərtəbəsində qışda məzkur qayda ilə süd sərilən ya aranda mal-qarası çox olan kəsə məsləhətdir ki, yağı çiy süddən maşın ilə çalxasın. Aranda ya dağda sağmal malı az olan kəslərə məsləhətdir yağı çiy süddən ya Qossandr qaydası ilə çalxasınlar. Qossandr qaydasının ümdə xərci süd sərilən qablara olur. Ol qablar bizim məcməyi kimi yastı və ennidirlər. Xülasə bizlərə vacibdir zikr olan qaydaların birisilə yağ çalxayaq, yoxsa südümüzü qatığa döndərməyə binaən yağımızın dörddən bir hissəsin tələf edib özümüzə artıq zərər edirik.

 

ELM  XƏBƏRLƏRİ

 

Keçən nömrələrdə meşə olan yerə yağış ziyadə yağmaqdan danışdıq. Əlbəttə, yağış artıq yağdıqcan o yerin ab-havası təğyir tapıb insanın bədəninə artıq nəf` edir. Pəs yağışın ziyadə yağmağının həmi əkin və ziraətə, həmi insanın bədəninə nəf`i varimiş, ona binaən hər yerdə meşə salmaq vacib imiş. Çünki məzkur qayda ilə hər yer də meşə salmaq məqdur deyil, ol səbəbə ki, hər yer bir qüvvədə olmaz, bəzi yer özbaşına meşə bitirsə, bəzisi bitirməz, ona binaən indi özbaşına meşə bitirməyən yerlərdə meşə salmaqdan danışaq.

Bizim Badkubə uyezdinin qumunu və küləyini görən kəs fikir edir ki, hər yerdə meşə salmaq olsa, burada olmaz. Əlbəttə, bizim xəzri küləyimiz və susuzluq təzə əkilmiş ağacları qurudub tələf edir. Amma insan elm səbəbilə sahibi-dünya olduğuna nə ki xəzriyə və susuzluğa, bəlkə hər bir şeyə əlac tapar. Badkubə uyezdində adətdir bostanı və bir neçə qeyri əkini xəndək içində əkmək. Belə əkini xəndək içində əkməyin xeyri odur ki, xəzri əkinə artıq zərər etmir. Bu xəndəyi qazmağın zəhməti ziyadə olmaqdan savayı bir az vaxtdan sonra xəndək qum ilə dolmağa binaən genə təzədən xəndək qazmaq lazımdır. Onlardan masəva belə xəndək qazmaq ilə nə ki xəzrinin əsməyinə mane olmuruq, bəlkə onun qabağında olan təpələri qazıb götürmək ilə onun dəxi bərk əsməyinə səbəb oluruq. Pəs nə etmək gərək? Bizim uyezdin qumustanında təkdə bir ələfiyyatlar var. Onlar özbaşına hər il əmələ gəlirlər. Bu otlar bizim xəzriyə və susuzluğa vərdiş ediblər. Ona binaən xəndək qazmaqdan o otlardan əkinə hasar çəkmək yaxşıdır. Onların toxumlarını yığıb əkinin xəzri gələn tərəfində cərgə ilə əkib onların daldasında əkin. Əkəndə onlar əkini xəzridən mühafizət edərlər və əgər bu otlar alçaq olmaqlığa binaən əkini küləkdən mühafizət etməsə, ol vaxtda böyük daşları ya üzüm səbətlərin qum ilə doldurub əkin yerinin külək gələn tərəfində cərgə ilə düzüb, hər cərgənin daldasında bir cərgə məskur otları əkib sonra əkin əkmək gərək. Bu daşlar və səbətlər külək gətirən qumları saxlamağa binaən orada təpələr əmələ gəlir ki, o təpələr xəndək kimi əkini xəzridən mühafizət edir. Şol təpələrin daldasında məskur otlar bina tutandan sonra onların yanında bizim qumustanda pərvəriş tapan əncir, nar, tut, söyüd və qeyri ağaclar əkəndə otların yanında ol ağaclar həmçinin bina tutar. Doğrudur belə ağacları bitirtməyin zəhməti çoxdur, onları quyu suyu ilə vaxtında sulamaq lazımdır. Amma bu zəhməti qəbul edib onları bitirdəndən sonra onların kölgəsində təzə ağaclar əkmək ilə tamam Badkubə uyezdini bağat etmək olur. Ol vaxtda xəzrinin qumundan və susuzluğundan xilas oluruq; yerlərimiz abad və bədənimiz sağ olur.

 

 

MƏKTUB

 

Cənubi Tabasaran mahalının naibi kağız ilə bəyan edir ki, keçən rəcə ayının 10-da Mustafa bəy Karçakskiyə təəllüq olan Kor kənd adlı qəryədə yanğı olubdur. Xərmən payalinlərin çubuğundan xərmənə atəş düşüb. Oradan tayalara, samanlıqlara və kəndin evlərinə od düşüb. Ona binaən ki, bir-birinə yapışıb və qarışıq olublar. Çünki kəndin evləri köhnə,  bir-birinə müttəssil və küçələri dar olub və ol zaman rüzgar, yəni külək bərk olub, ona binaən əgər ki okruqun naçalniki knyaz Orbelyanov öz çinovnikləri ilə kəndin əhlinə köməyə gəlmiş isə də, ol kənddən altmış bir ev və bir məhəllə məscidi lap yanıb və on doqquz evin bəzi ətrafı, samanlıqları və taxılı yanıb. Xülasə o yanğından 24439 manata qədər zərər olub və üç nəfər zükur qisminə ağac dəyib yaralayıb.

_______________

Bizim şəhərlərin birisindən bir şəxs kağız ilə bəyan edir ki, ol yerdə bikar və biməşğələ kəslər hədyanat və cəfəngiyat söyləməyə vərdiş edib zarafatkarlığa və həcvguluğa adət ediblər. Belə həcvguluq, yəni hədyan danışmaq nücəba arasında artıb. Ona binaən belə hədyan danışmaqlıq bizim şəriətə namünasib olmağından və bizim zəmanədə zarafatkarlıq və həcvguluq adamı bihörmət edib rütbələrini alçaqlandırmaqdan danışıb iltimas edir ki, ol kağızı bizim qəzetdə basdıraq ki, bəlkə nücəbalar onu oxuyub zarafat etmək və həcvguluq ətrafına dolanmasınlar. Heyif ki, ol kağız uzun olduğuna onu basdırmağa yer olmadı.

_______________

 

Səmərqənd ilə Qaşğarın arasında vaqe olan Kokan xanlığının xanı bizim Rusiya dövlətinin dostudur. Daşkəndin general-qubernatoru Kaufman tel ilə məlum edir ki, qıpçaq və Qaraqırğız tayfaları həmişə məzkur xanın yerinə çapğına gedirlər. Bu il onlar Bulat və Nəzər bəylərin sərkərdəliyi ilə genə çapğına gələndə xan öz əsgərini Əbdürrəhman atabaşının sərkərdəliyi ilə onların qabağına göndərib. Amma Əbürrəhman əsgəri ilə belə dönüb xanın düşmənlərinə qarışıb. Ona binaən xan rəcəb ayının 3-də Rusiya sərhəddinə qaçıb. Ol vaxt onun düşmənləri onun dalıncan Rusiya yerinə daxil olub qəzavət başlayıb, Daşkəndin ətrafını qarət ediblər, sonra məzkur general onları rus sərhəddindən çıxarıb indi əsgər ilə Kokan şəhərinə gedir.

_______________

Qerdseqovinədə olan gənc dəxi şiddət edib tamam Osmanlı ixtiyarında olan slavyanlar onlara kömək göndərməyə binaən onların 15000-dən ziyadə əsgəri olub. Rus, Prus, Avstriya,  İngilis,  Firəng və İtalya dövlətlərinin konsulları öz aralarında məşvərət edib Qerdseqovinədə gediblər onların xalqına məlum etsinlər ki, məzkur dövlətlər onların bu rəftarından razı deyillər. Ol səbəbə onlar ümid olmasınlar ki, onlara kömək edəcəklər və öz ərizələrini Osmanlı tərəfindən göndərilən şəxsə etsinlər və Osmanlı dövləti o ərizələrə mülahizə etməkdən ötrü Sərvər paşanı göndərib. Amma bununla belə hər iki tərəf cəng üçün bərk tədarük edir.

_______________

Cəmadiələvvəlin 9-da Kutais quberniyasının Ləmçox uyezdində dağlarda sakin olan svanet tayfası ki onların qədəri 15000-dir, öz naçalniklərinin sərəncamlarından narazı olmaqlığa binaən əsbab-əsləhə götürüb dövlət üzünə ağ olmuşlar imiş və Kutais qubernatoru əsgər ilə oraya göndərilmiş imiş. İndi qəzetlər bəyan edirlər ki, cənab qubernator gedib xalqa dövlət tərəfindən olan hökmləri aşkar edəndən sonra xalq onları qəbul edib yaraqlarını atıb evlərinə dağılıblar və cənab qubernator əsgərlər ilə geri qayıdıb.

_______________

Peterburqda bir neçə dükanlarda belə dadistəd edirlər.Dükançı bir dəftər saxlayıb ki, hər müştəri verdiyi məbləğin qədərin oraya yazır, sonra dükançı hər 20 manata ol müştəriyə 1 manat verir.

_______________

Krımın Qarasubazar şəhərində rəcəbin 27-də qaz yumurtasından böyük dolu yağıb ki, hər dənəsi bir girvənkədən ziyadə olub. Evlərin üstə olan kələnəkləri tamam qırıb, ağacların yarpaqlarını və budaqlarını töküb. Dolu ol qədər olub ki, bir gün bir gecə əriməyib qalıb.

_______________

Peterburqda rəcəbin 29-da piyin boçkası 50 manat, əla inək yağı 8 manat, Amerikadan gələn neft cövhəri 2 manat 10 qəpik, Amerika pambığı 8 manat 50 qəpik, buğdanın çetveri 11 manat, əla arpanınkı 8 manat. Çuval ilə belə rus dövlətinin latara biletləri 231 manat.

 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info