Qonaq Kitabı
5 avqust Rusiya, sənə 1875

5 avqust Rusiya, sənə 1875

Qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktubat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Bu qəzeti almaq xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

Əkinçi” qəzetinin əvvəlinci nömrəsi gec göndərilməyə səbəb olur ki, çapxananın hürufatı kəsirdir, bir təbəqəni birdən düzüb çap etməyə çatmır. Ona binaən naəlac qalıb şol vərəqi bir neçə dəfə çap etdirdik. Bu səbəbə əvvəlinci nömrə  gec çıxdı.

 

DAXİLİYYƏ

Əvvəlinci nömrədə dadistəd edən kəslərin ixtiyarlarından danışdıq. Şimdi onların xərclərindən danışaq. Əvvəlinci qism tacir Rusiyanın hər bir yerində bir qədər şəhadətnamə xərci verir, amma ikinci və üçüncü qism tacir verdiyi xərcin qədəri bir deyil. Rusiya beş yerə hissə olur və hər bir hissə öz təvanasına görə ikinci və üçüncü qism tacirlik xərcin verir. Bizim Qafqaz vilayətin cənab sərdar xəzanə vəziri ilə məşvərət edib belə hissə edib: Tiflis ikinci hissə, Badkubə və Poti şəhərləri üçüncü hissə, Aleksandropol, yəni Gömrü, Axalsix, Qori, Yelezavetpol, yəni Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum və İrəvan şəhərləri dördüncü hissə və məzkur olanlardan savayı yerlər beşinci hissə hesab olunsun. Əvvəlinci qism ticarət şəhadətnaməsinin qiyməti 265 manatdır. İkinci qism ticarət şəhadətnaməsi-nin qiymət Rusiyanın əvvəlinci hissəsində 65, ikincisində 55, üçüncüsündə 45, dördüncüsündə 35, beşincisində 25 manatdır, yəni bizim Qafqazın Tiflis şəhərində 55, Badkubə və Poti şəhərlərində 45, Gömrü, Axalsix, Qori, Gəncə, Kutais, Quba, Naxçıvan, Suxum və İrəvan şəhərlərində 45. Məzkur yerlərdən savay yerlərdə 25 manatdır. Xırda alış-veriş şəhadətnaməsinin qiyməti əvvəlinci hissədə 20, ikinci hissədə, yəni bizim Tiflisdə 18, üçüncü hissədə, yəni bizim Badkubədə və Potidə 15, dördüncü hissədə, yəni bizim Gömrüdə, Axalsixdə, Qoridə, Gəncədə, Kutaisdə, Qubada, Naxçıvanda, Suxumda və İrəvanda 10 və beşinci hissədə, yəni bizim yuxarıda zikr olmayan yurlərdə 8 manatdır. Şəhərdən kənar malı yük ilə gəzdirib satmağın şəhadətnaməsinin qiyməti 15, o yerlərdə malı çiyində gəzdirib satmağın şəhadətnaməsinin qiyməti 6 manatdır. Sənətkarlıq şəhadətnaməsinin qiyməti 2 manat 50 qəpikdir.Amillik şəhadətnaməsinin qiyməti əvvəlinci qism amil üçün 20, ikinci qism amil üçün 5 manatdır. Məzkur şəhadətnamə xərcindən savayı dadistəd edən kəslər hər bir dadistəd olunan yer üçün əlahiddə bilet xərci versinlər. Bilet xərci həmçinin Rusiyanın hər bir hissəsində başqa olur.

Biletlərin  qiyməti

Əvvəlinci qism

tacirlik üçün

İkinci qism

tacirlik üçün

Xırda alış-veriş

üçün

Rusiyanın əvvəlinci hissəsində .................30

İkinci hissəsində........................................25

Üçüncü hissəsində.....................................20

Dördüncü hissəsində.................................15

Beşinci hissəsində.....................................10

20

17

15

10

5

10

8

6

4

2

 

Yəni bizim Tiflisdə əvvəlinci qism tacir üçün 25, ikinci qism üçün 17, üçüncü qism üçün 8 manatdır. Badkubə və Poti şəhərində əvvəlinci qism tacir üçün 20, ikinci qism üçün 15, üçüncü qism üçün 6 manatdır.  Gəncə, Quba və sair məzkur olan şəhərlərdə əvvəlinci qism tacir üçün 15, ikinci qism üçün 10, üçüncü qism üçün 4 manatdır və Qafqazın savayı yerlərində əvvəlinci qism üçün 10, ikinci qism üçün 5, üçüncü qism üçün 2 manatdır. Xərcsiz olunan dadistədlərdən gələn səfər danışıq olacaq.

 

ƏKİN  VƏ  ZİRAƏT  XƏBƏRLƏRİ

Mal südündən yağ qayırmaqdan danışacaq

(Ibtidası əvvəlinci nömrədə basılıb)

Qolştinya adlı vilayətdə qaymaq sərmək üçün bir ev təmir edirlər ki, onun yayda süd sərilən otağı evin şimal tərəfində olsun. Bu otağı tağ edib onun için bişmiş kərpic ilə döşüyüb divarlarını suvaqlayırlar. Bu otağın havasının istiliyi gərək on ya on iki dərəcədən ziyadə olmasın. Elə ki çox isti oldu otağın akoşkaların açırlar ki, şimal tərəfin soyuq havası otağa daxil olub oranı soyutsun. Akoşkaların ələkdən pərdəsi var ki, akoşka açılanda otağa mirçək ya qeyri cücülər girməsin. Yayda çox isti olsa, otaqda buz saxlayırlar ki, oranın havasın soyuq etsin. Məzkur evin qışda süd sərmək üçün bir otağı var ki, onun akoşkaları qiblə tərəfədir. Akoşkalardan gün düşmək ilə otaq qızır. Əgər çox soyuq olsa, otağın peçlərini qalayıb onu qızdırırlar. Süd sağılandan sonra onu ələkdən süzüb təmizləyib palıd ağacından qayrılmış qablarda sərirlər. Bu qablar bizim təknəyə oxşar, onların ağzının genliyi bir arşın və dərinliyi bir çərək olur. Belə qablara yayda südü bir kərədən az, yəni iki barmaq dərinliyində payızda və yazda bir kərə yarım və qışda iki kərə dərinlikdə sərirlər. Qışda payızda qabları otağın içində yan-yana düzürlər, amma yayda onları divarlarda mərtəbə-mərtəbə qayrılmış rəflər üstə düzürlər ki, akoşkalar açılan zaman külək onların haçmısına dəysin.

Zikr olan qayda ilə südü sərib 24 saatdan tutmuş 36 saatacan saxlayıb sonra onun qaymağını yığırlar. Çünki süd çox zaman sərilmiş qalanda qaymaq turşuyur, amma tez yığılanda onun qədəri az olur, ona binaən Qolştinyada qaymağı pıçaq ilə qalxızıb südə baxırlar. Əgər süd duru oldu, onun rəngi göy oldu qaymağı tez yığırlar. Çünki yağış yağan və ildırım şaxıyan vaxtda süd tez turşuyur, ona binaən bu vaxtda sərhesab olmaq gərək ki, süd türşuyub xarab olmasın. Qaymağı ağac qaşıq ilə yığırlar, qaşığın ağzı gen və dayaz olur.Yığılmış qaymağı bir az saxlayıb, yetişdirib sonra ondan yağ çalxayır. Ona binaən ki, yetişmiş qaymaqdan yağ tez hasil olur. Onu yetişdirən zaman sərhesab olmaq gərək ki, turşumasın, turşusa, yağ az olur. Qaymağın yetişməyin belə bilmək olur: bir kiçik taxtanı onun içinə salıb çıxarırlar, əgər yetişmiş isə taxtadan az damcılayır ona binaən ki, o yetişəndə qəlizləşir və bir də onun yetişməyin dadmaq ilə bilmək olur. O yetişəndə təmi bir az turşlanır.

Belə yetişmiş qaymağı nehrəyə töküb çalxayırlar. Qolştinyada nehrə əvəzinə çəllək iştədirlər. Onun böyüklüyü qaymağın qədərilədir. Qaymaq çox olsa, çəllək gərək böyük olsun. Çəlləyin içinə bir ərrabə oxu kimi ox keçirdirlər. Oxun ortasında ki, çəlləyin içində olsun ərrabə topu kimi  top var. Bu topa taxtadan çarxlar möhkəm ediblər. Ox fırrananda çarxlarda fırranır, çəlləyin böyründən ağzını açıb onun içinə qaymağı töküb, genə bərkidirlər. Çəlləyin oxuna dəstə möhkəm edib o dəstəni əl ilə ya at ilə fırrandıran zaman oxun çarxları qaymağın içində dolanıb onu çalxayır. Qaymağı çəlləyə tökəndən irəli onu bir qaba töküb su içinə salırlar ki, onun istisi dəyişilsin. Qışda isti və yayda soyuq suya salırlar. Əgər yayda soyuq su olmasa, qaymağın içinə buz salırlar. Xülasə bu qayda ilə qaymağı su içində ol qədər saxlamaq gərək ki, qışda onun istiliyi 15 dərəcə və yayda 10 dərəcə olsun, amma çəlləyin içinə isti ya soyuq su tökmək olmaz,ona binaən ki, dövrələndikcə gec çalxalanır. Çəlləkdən yağı çıxarıb sıxıb bilmərrə süddən aralayırlar, sonra onu duzlayırlar. Gərək duz narın, quru və təmiz olsun və hər bir girvəngə  yağa bir miskal yarım duz səpib zirzəmidə saxlayırlar. Yağ yaxşı sıxıldıqca gec xarab olur. Belə yağı bizim şit kərə kimi işlədirlər. Belə yağ ziyadə ləzzətli olur, amma yuyulmadığına üç-dörd günə xarab olur. Satmaq üçün yağı su ilə yuyub bərk duzluyub palıd ağacından qayrılmış çanaqlara doldurub qeyri yerlərə satılmağa göndərirlər. Belə saxlanan yağ çox qalır. Qolştinyada süd sərilmək üçün təmir olan evin yanında gərək mətbəx olsun su qızdırıb qabları yumağa, zirzəmi olsun yağ, pendir saxlamağa və buzxana olsun buz ilə qaymağı soyutmağa.

Baqisi gələn nömrədə.

 

ELM  XƏBƏRLƏRİ

Meşə olan yerə ziyadə yağış yağmaqdan danışır

Çünki meşə olan yer həmişə kölgə və sərin olur, ona binaən belə yer açıq, yəni meşəsiz yerdən nəm olur. Yoxsa çox adam elə fikir edir ki, meşə yerinin nəm olmağına səbəb o yer həmişə kölgə və sərin olmağıdır. Amma imtahan ilə bilmək olur ki, o, yerin artıcaq nəm olmağına bir səbəb də o yerə artıcaq yağış yağmaqdır. Bir yerə yağışın çox ya az yağmağına bir əsbab ilə imtahan edirlər ki, şol əsbabın adına yağış ölçən deyirlər. Yağış ölçən bir ağzı gen və dibi dar qabdır ki, onun ağzının genliyi mə`lumdur. Məsələn: tuli və ərzi  bir arşındır. Bu qabı bir yerə möhkəm edib onun ağzını açırlar və hər yağış yağan vaxtda  o qabın içinə tökülən suyun qədərin bilib demək olur ki, o qabın ağzı boyda yerə nə qədər yağış düşübdür. Bu imtahanı bir il sərasər edib bilmək olur ki, filan şəhərdə, məsələn, bir arşın ərzi və tuli olan yerə nə qədər yağış suyu düşüb. Ol vaxtda deyirlər ki, ol yerə ildə bir arşın ya on arşın yağış düşür, yəni şol yerə düşən yağışın suyunu yığıb bir il saxlayıb o yerə birdən tökəndə o suyun dərinliyi bir arşın ya on arşın olur. Belə imtahanı edən kəs gərək o yerin havasının nəm ya quru olmağını və hündürlüyünü bilsin. Havanın nəmliyini bilmək üçün qeyri əsbab iştənir. Keçən 1874 sənənin fevral ayından iyul ayınacan Firəngistanın Qalat adlı meşəsində məzkur imtahanı ediblər. İki yerdə yağış ölçən möhkəm ediblər ki, hər iki yerin hündürlüyü bir olsun. O yerin birisi meşənin içində və  biri meşəsiz yerdə olub. Fevralın əvvəlində iyulacan o yerlərə düşən yağışın qədərini biliblər. Meşədə olan yerə 192 millimetr, yəni bir arşının yüzdən iyirmi yeddi hissəsi qədərdə yağış düşüb. Amma meşəsiz yerə ol müddətdə 177 millimetr, yəni bir arşının yüzdən iyirmi beş hissəsi qədərdə yağış düşüb. Bu imtahandan belə məlum olur ki, meşə olan yerin nəm olmağına səbəb o yer kölgə və sərin olmaqlığından savayı o yerə artıcaq yağış yağmağı bais olur.

 

 

TƏZƏ  XƏBƏRLƏR

Vəba naxoşluğunun səbəbi şol naxoşluq düşən yerin havası xarab olmaq ilədir və havanın xarab olmağını bir neçə yol ilə bilmək olur, o cümlədən onu o yerlərdə  olan quşların uçub getməyi ilə bilmək olur. Quşların bədəni çox zərif olduğuna onlar vəba naxoşluğu bir yerə düşəndə bir neçə gün irəli o yerdən uçub gedirlər. Peterburqda, Prussiya dövlətinin bir neçə yerlərində və qeyri yerlərdə imtahan olunub ki, vəba aşkar olandan bir neçə gün irəli o yerlərdə olan sərçələr, qarğalar və qeyri quşlar uçub özgə yerə gediblər.

_______________

 

Ərəbistan ilə Misirin arasında Süveyş kanalını təmir edən mühəndis ki, onun adı Lespesdir bu halda fikir edir ki, Səhrayi-Kəbiri dərya etsin. Şol səhranın tuli 4124 və ərzi 1100 verstdir. Bu səhra Afrika qitəsinin şimal tərəfindədir. Onun şərqi Misir vilayətidir, şimalı Bərbərstandır, qərbi Dəryayi-mühitdir və cənubu Sudandır. Bu səhra çox böyük olduğuna onu ətrafında olan məmləkətlər bir-birilə ticarət etməyi çətindir. Ələlxüsus belə ticarətə susuzluq və şam yeli mane olurlar. Ona binaən Lespes qəsd edib ki, bir ticarət icmaı bina etsin və şol icmanın xərci ilə Ağ dəryadan ya Dəryayi-mühitdən arx aparıb səhranı qərq etsin, çünki səhra dəryadan alçaqdır, onu su basacaq. Amma arx uzun olduğuna onu qazmağın xərci çoxdur. Şimdi İtaliya mühəndisləri səhrada plan çəkirlər ki, məlum etsinlər hansı tərəfdən gələn arxın xərci az olur.

_______________

 

Osmanlı dövlətinin borcu çox olduğuna görə xərci gəlirindən ziyadədir.Bu artıcaq xərci görməkdən ötəri təsəvvür var. Əvvəla qeyri dövlətlərin             yerlərindən gələn malın gömrük xərcin artırsınlar. Bu çağadək belə malın 100 manat qiyməti olanda 7 manat xərc alınırdı. Şimdi istəyirlər 100 manata 20 manat alsınlar. Saniyən Misrin xərcin artırsınlar. Bu çağadək Misir 1500000 manat xərc verir idi. İndi istəyirlər 3000000 manat xərc alsınlar. Salisən qulluq edən kəslərin məvacibini azaltmaq istəyirlər. Bu məvacibi azaltmaq bu qayda ilə olacaq: vəzirlərə və vali, yəni qubernatorlara irəliki məvacibin üçdən bir hissəsin vermək xahiş edirlər və savayı qulluq edən əgər ayda 3000 quruşdan ziyadə məvacib alırsa,  onlara şol məvacibin nisfin verəcəkdirlər.

Osmanlı dövləti Firəngistanın paytaxtı Parij şəhərində öz xərci ilə çox adama tə`lim verdirir. Qəzetlərdən belə mə`lum olur ki, elmi-təbiiyyədən savayı elmləri təhsil edənləri qaytarıb geri gətirəcəkdirlər və onlara xərc olunan pul ilə İstanbulda bir böyük məktəbxana, yəni universitet bina edəcəkdirlər

 

_______________

 

Keçən cəmadiəlaxir ayının 25-də Moskva şəhərində yazırlar: hər bir qism rəngin qiyməti dəyişilməyib Mok qəhvəsinin yumrusunun putu vədə ilə 18 manat,

Moskva zavodlarının baş qəndinin putu 7 manat 80 qəpikdən 8 manat 50 qəpiyəcən, Malorus zavodlarının qəndinin putu 7 manat 50 qəpikdən 8 manat 15 qəpiyəcən, qənd qumunun putu 6 manat 40 qəpikdən 6 manat 65 qəpiyəcən. Daşkənd pambığı satılıb 6 manat 60 qəpiyə, Xivə pambığı 7 manata, ipəyin qiyməti dəyişilməyib. Yunun qiyməti qalxıb, yuyulmuş merinos ə`la 34-37 manat, yəni 34 manatdan 38 manatacan, miyanə 30-32 manat, alçağı 27-29, yuyulmamış alçağı 10-11manat, Rusiya yunu, yuyulmuş, ağ 8-9 manat, qara 6 manat 50 qəpikdən 7 manatacan, dəvə yunu 5-5 manat 50 qəpiyəcən.

 

_______________

 

Osmanlı dövlətinin Qerdseqovinya adlı vilayətində sakin olan xaçpərəstlər təhmilat artıq olduğuna görə şol təhmilatı vermirlər. Ona binaən ol vilayətin valisi Dərviş Paşa bu halda təhmilatı əsgər gücü ilə cəm edir. Qəzetlərdə yazırlar ki, məzkur əsgər ilə təhmilatları verməyən kəslərin arasında bir neçə dəfə cəng olubdur və hər dəfə çox adam fövt olub.

                                 

Qubernski pravleniyanın mətbəəsində təb` olunur.

С дозволения Цензуры печатано в Типографии Бакинского Губернского Правления.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info