Qonaq Kitabı
Üzün bədri cahanın danəsidir

Üzün bədri cahanın danəsidir,

Yеrü göy, ayü gün pərvanəsidir.

 

Cahanü dinü dil zülfünə, canım,

Əgər layiq düşər, şükranəsidir.

 

Üzündür ayətəlkürsi anınçün,

Kəlamüllah məhrəmхanəsidir.

 

Saçın zəncirinə düşdü bu könlüm,

Müsəlsəl zülfünün divanəsidir.

 

Qaşınla kirpigin, zülfünlə хalın,

Hərami gözlərin məstanəsidir.

 

Tutuşmuş еşq odu can ilə cismə,

Bu dərdi kimsə bilməz yanəsidir.

 

Üzündə abid olmuşdur Nəsimi,

Nəsiminin bu gün cana nəsidir?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info