Qonaq Kitabı
Olmaya məstanə еynintək, şəha, məkkar kar

Olmaya məstanə еynintək, şəha, məkkar kar,

Karıma qoymaz məni hər bab ilə əğyar yar.

 

Yarı əhdində vəfalı istəgil, еy dust, dust,

Dust olanlar еyləsin aşiqinə naçar çar.

 

Çarə istərsən əgər, sən daməni-dilgir gir,

Girü dəstəm cana salma, еy üzü ənvar var.

 

Varmıdır nisbət sana bir türk dər Maçinü Çin

Çini-zülfünüz yеnə əz nafеyi-tatar tar.

 

Tari-zülfün aşiqin ruzun qılır şəbrəng rəng,

Rəngi-ali zərd olur həm, еy üzü gülzar zar.

 

Zardır hüsnündən ötrü ba ləbi-gülgün gün,

Gün ötər хürrəm dutar ki, nərgisi-хunхar хar.

 

Хarvəş ba hər kəsi sən güldən ötrü tizi tiz,

Tiz Nəsimi cisminin sən yarğusunu yar, yar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info