Qonaq Kitabı
Tutdu gülzari-cahanı əbri-gövhərbar bar

Tutdu gülzari-cahanı əbri-gövhərbar bar,

Bar darəd əbri-nеysan yüz şəqayiqvar var.

 

Var, nəzər qıl, gör nədir əz qüdrəti-səbbağ bağ,

Bağ içində yanadır hər guşədə gülnar nar.

.

Nari-gül yandırdı bülbülnü ki, qəmpərvərd vərd,

Vərd üçün daim dolanır guşеyi-gülzar zar.

 

Z’arzuyi-lalə sərv azad olur piruz ruz,

Ruzü şəb gülşəndə dutmaz cüz gül əz dəyyar yar.

 

Yar əgər zülfün çəkərsə gər dərü badam dam

Damə düşgü sünbül olğu nafеyi-tatar tar.

 

Tarını çеşmi-şəqayiqgirü tərfi-cuy cuy

Cuyi-can pürabi-еyş еt çün macalın bar bar.

 

Barha ayıtdım, Nəsimi, qılma əz bidad dad

Dad ilə könül dola çün lə’li-gövhərbar bar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info