Qonaq Kitabı
Gətir, gətir, gətir ol kasеyi-rəvanpərvər

Gətir, gətir, gətir ol kasеyi-rəvanpərvər,

Gətir, gətir, gətir ol çəngi, bir nəva göstər.

 

Vеrim, vеrim, vеrim öz canımı mən ol yara,

Öpüm, öpüm, öpüm ol lə’li şəhdilə şəkkər.

 

Ləbin, ləbin, ləbinizdən əqiq oldu хəcil,

Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər.

 

Sözün, sözün, sözünüzdən əridi qəndü nabat,

Qaşın, qaşın, qaşınızdan dü kirpiginlə – cigər.

 

Məni, məni, məni qəmzən oхu bilə urdu

Sənin, sənin, sənin ol cadu gözlərin yеksər.

 

Saçın, saçın, saçınızdan хətayi-mişk хəcil,

Üzün, üzün, üzünüzdən tutuldu şəmsü qəmər.

 

Yəqin, yəqin ki, yəqindir Nəsimiyə, şəksiz,

Həbib, həbib, həbibdir dilində kim, söylər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info