Qonaq Kitabı
Üzün güldür, ləbin lə”™li-şəkərbar

Üzün güldür, ləbin lə’li-şəkərbar,

Gözün cadu, saçındır mişki-tatar.

 

Mən aşiq olmuşam şol хəttü хala,

Əgər qanım tökərsən, əllərin var!

 

Mənəm yardan cüda, ol yar məndən,

Ilahi, olmasın hiç kimsə biyar!

 

Ayağın torpağından tutiyatək,

Həzaran müştəri vardır хəridar.

 

Nəsimi halını sorgil, nigara,

Kəməndi-еşqinə olmuş giriftar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info