Qonaq Kitabı
Cani-aləmsən, əya siminzənəх, əbrukaman

Cani-aləmsən, əya siminzənəх, əbrukaman

Kim, camalın müshəfindən könül oldu səb’əхan.

 

Nuri-çеşmi-əhli-dilsən, ya həyati-cavidan,

Ya kəlami-natiq, еy şahi-cahani-laməkan.

 

Surətin cənnət, ləbin kövsər, sözün abi-həyat,

Hər kim içdi ol şərabı, oldu həyyi-cavidan.

 

Surətin ayinəsində həqqi zahir görməyən,

Cahili-bəlhüm-əzəldir ol ləini-bizəban.

 

Əhsəni-surətmisən ya, məzhəri-fəzli-ilah

Kim, camali-hüsnünə pirü cavandır canfəşan.

 

Vasil olan ol həbibə buldu vəsli-daimun,

Aşiqü mə’şuq birdür, gör kəmali-aşiqan.

 

Ta camalın müshəfin gördü Nəsimi, еy nigar,

Хalü хəttün sirrini əz Fəzli-həq qıldı əyan.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info