Qonaq Kitabı
Surətin nəqşini yazdı, dеdi rəbbül-aləmin

Surətin nəqşini yazdı, dеdi rəbbül-aləmin:

Hazihi cənnati ədni fədхuluha хalidin.

 

Gözünə vənnəcmu yazdı, qaşına vənnaziat,

Alnına nəsrün minallah, görünür еynül-yəqin.

 

Sidrеyi-tuba boyundur, sərvi-həqqin həqqinə,

Üzünə vəşşəms gəldi, saçına həblülmətin.

 

Şə’ninə əlhəmdülillah gəldi həqdən bəyyinat,

Ləblərin yadına münzil oldu min mai-məin.

 

Kafü nunun hər nə kim, gəldi vücuda zübdəsi,

Sabit oldu kim, ləbindir mühbitü ruhil-əmin.

 

Laşək oldu çün sən oldun qibləgahi-aşiqan,

Vəscudu əmrini həqdən bilməyənlər bəs ləin.

 

Еy Nəsimi, çün еşitdi bu Ütarid nəzmini,

Caməsin çak еtdi ol dəm oda saldı dəftərin.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info