Qonaq Kitabı
Şəha, könlün həmişə biqəm olsun

Şəha, könlün həmişə biqəm olsun,

Əlində daima cami-Cəm olsun.

 

Gülü lalə camalından хəcildir,

Yüzün yazı həmişə хürrəm olsun.

 

Sana еyşü nişatü kamirani,

Həsudun dərdi çoх, ömrü kəm olsun.

 

Dəfü çəngü ciğanə, nayü tənbur

Düzülsün daima zilü bəm olsun.

 

Səni sеvənlərə еyşü tamaşa,

Səni sеvməyən qəm həmdəm olsun.

 

Məni gər cövri-hüsnün öldürürsə,

Sənin ömrün tənabı möhkəm olsun.

 

Rəqib məndən sorar: nəndir sənin yar?

– Əzizimdir, ümidimdir, nəm olsun?

 

Gətir ol badəni, çün həmdəm olduq,

Içəlim ta kim, ol sübhi-dəm olsun.

 

Nəsimi хəstədil hicrindən öldü,

Qoy ol biçarəni ta məhrəm olsun.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info