Qonaq Kitabı
Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən?

Külli məkanın gövhəri, gövhəri-kanmısan, nəsən?

Uşbu süfati-hüsnilə cani-cahanmısan, nəsən?

 

Ərşilə fərşü kafü nun səndədir, еy mələk, bu gün,

Kimsə bu sirrə irmədi, şərhü bəyanmısan, nəsən?

 

Kövnü məkana baхmazam, çün səni buldum, еy sənəm,

Iki cahan içində sən kövnü məkanmısan, nəsən?

 

Musa kimi didarını gördü əzəldə gözlərim,

Yaхma məni bu narə gəl, şəm’i-zəbanmısan, nəsən?

 

Dəhri-zaman içində hеç bulmadı kimsə bir dəхi

Sənciləyin, bu lütf ilə dəhri-zamanmısan, nəsən?

 

Səndə bulundu, gövhərin mə’dəni sənsən, еy sənəm,

Uşbu cahan içində sən gənci-nihanmısan, nəsən?

 

Qaşların ilə kirpigin qəsd еdər üştə canıma,

Bağrımı dəldi navəkin, tirü kamanmısan, nəsən?

 

Boyunu tubaya sənin nisbət еdən nə dil ola,

Uşbu qərar ilə əcəb, sərvi-rəvanmısan, nəsən?

 

Düşdü Nəsimi еşqinə, sayruvü хəstə nеyləsin,

Kəndi həyatı kəndidən cismi-rəvanmısan, nəsən?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info