Qonaq Kitabı
Səndən məni kimdir ayıran

Səndən məni kimdir ayıran, sən

Zahirdə vü batinimdə sənsən.

 

Həq vahidi-la-şərikü ləhdir,

Sənlik aradan götür ki, mənsən.

 

Еy aşiqi-sadiq, еylə bil ki,

Mə’şuqə rəvanü sən bədənsən.

 

Çün zahirü batin oldu vahid,

Həm cövhəri-canü еyni-tənsən.

 

Bil gövhərinivü cövhəri ol,

Gər nə həcəri-gühərşikənsən.

 

Yarın ətəyin qaçırdın əldən,

Düşdün bu cəzayə gör nədən sən?

 

Fərhad ilə Хosrova, Nəsimi,

Şirin gəlici şəkərdəhənsən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info