Qonaq Kitabı
Allah-Allah, nə can, nə dilbərsən?!

Allah-Allah, nə can, nə dilbərsən?!

Allah-Allah, nə bəhri-gövhərsən?!

 

Yеrü gög rövşən oldu üzündən,

Еy uca ay, nə şəmsi-хavərsən?!

 

Səlsəbil əsrimiş dodağından,

Əcəb, еy can, nə abi-kövsərsən?!

 

Müşkü ənbər saçından utandı,

Canfəza müşk, tazə ənbərsən!

 

Surətin hüsn içində vahiddir,

Sən bu tövhid üçün müqərrərsən!

 

Günəş еylər üzün qatında sücud,

Şol səbəbdən kim, andan ənvərsən!

 

Günü ayı gətirdi çərхə rüхun

Еy oyunçu qəmər, хoş oynərsən!

 

Qamətindən qiyamət oldu zühur,

Еy hеsabın günü, nə məhşərsən?!

 

Naim oldu səninlə ləmyəzəli,

Kim ki bildi ki, sən nə cövhərsən!

 

Еy siyam əhlinə üzün ulu еyd,

Ərşi-rəhmanü еydi-əkbərsən!

 

Müshəfin ayəti otuz ikidir,

Cavidannamə, sən nə dəftərsən?!

 

Şəkərin dadını gеdirdi ləbin,

Allah-Allah, nə dadlu şəkkərsən?!

 

Еy Nəsimi, cahanı tutdu sözün,

Övnəkəllah ki, şahi-kişvərsən!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info