Qonaq Kitabı
Nigara, küntə kənizin gövhərisən

Nigara, küntə kənizin gövhərisən,

Ələlərş-istivanın məzhərisən.

 

Həyati-cavidan bulduq ləbindən,

Məgər cənnati-ədnin kövsərisən.

 

Iki aləm camalın aşiqidir,

Məgər sən kainatın dilbərisən?

 

Sana dəyməz mətai-vəsli-məhbub,

Sən, еy sufi, səfasız müştərisən.

 

Müdam olsun sana vəsli-dilaram

Ki, sən dilbər yolunda sərsərisən.

 

Səkiz cənnət üzündən zahir oldu,

Məgər sən əhli-ürfan rəhbərisən.

 

Nəsimidir bu gün sərrafi-mə’ni,

Özünü bil ki, ziba cövhərisən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info