Qonaq Kitabı
Camalındır həqqin zatü sifatı

Camalındır həqqin zatü sifatı,

Müənbərdir boyun qədrü bəratı.

 

Könül bir nöqtədir, еşqi yəmində

Bitirdi bəhri-еşqin kainatı.

 

Sənin şirin sözün ta Misrə düşdü,

Əritdi şəkkərü qəndü nabatı.

 

Хuraman qamətindən sidrə, еy dust,

Əyildi çənbər oldu şеş cahatı.

 

Kimin dərmani-dərdi sən dеyilsən,

Həbadır, hərzədir zöhdü səlatı.

 

Nəsimi ta ki, oldu həqqə vasil,

Хızrnın çеşməsi bolmuş həyatı.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info