PAYIZIN SON AYI
A bağça, barlı bağım, Ay üzümlü çardağım. Nə oldu, tez soldunuz, Belə çılpaq oldunuz. Qəmgin-qəmgin baxırsız, Gizlin pıçıldaşırsız, Halınız olmuş yaman, Qırıb dağıdır xəzan. Qış deyəsən yavuqdur, Ax, üşüdük, soyuqdur. Gedim geyim kürkümü, Isti, dəri börkümü. Qalın hələ səlamət, Bahara qalsın söhbət.
1906
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info