Qonaq Kitabı
ÇOBAN MAHNISI

Sürür inəkləri Dadaş

Otarmağa yavaş-yavaş,

Belində bağlama çörək,

Yanında bir ala köpək.

Basıb gözə papağını,

Vurur yerə çomağını.

Ara-sıra oxur, çalır,

Sürü həvəslə otlayır:

“Yaşıllanıb çəmən, çayır,

Səfalanıb dərə, bayır.

Inəklərim, ot otlayır,

Sabaha süd hazırlayın!

Sizi  gözətləyir Fatı,

Əlində badya, həm çatı”.       

                                         

                                    1906



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info