Qonaq Kitabı
YETİM CÜCƏ

Ay kiçicik soluq cücəm,

Boynu buruq, yoluq cücəm.

Açma o sarı dimdiyin,

Başlama qəmli cik-ciyin.

Tək gəzinib sıxılma çox,

Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,

Mən olaram sənin anan.

Səni o səslə səslərəm,

Dən, su verib də bəslərəm

Ağlama, ağlama, cücəm,

Qəlbimi dağlama, cücəm.       

                                           

                                     1906



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info