Qonaq Kitabı
UŞAQ VƏ DOVŞAN

 

Uşaq

- Dovşan, dovşan, a dovşan!

Qaçma, dayan, a dovşan!

Qaçma səni sevəndən,

Can kimi istəyəndən.

 

Dovşan

- Dayanmaram, a qardaş!

Yanında var alabaş.

Xəbərdaram işindən,

Qurtarmaram dişindən.         

                                       

                                   1906



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info