Qonaq Kitabı
SƏRHESAB

 

Səs ucalışdı, qoymayın!

Millət oyaşdı, qoymayın!

Rişteyi-dərsə, məktəbə...

Cümlə dolaşdı, qoymayın!

İş yavalaşdı, qoymayın!

 

El uyuşub azanlara,

Gündə qəzet yazanlara,

Od vurulub qazanlara,

Qaynadı, daşdı, qoymayın!

Həddidən aşdı, qoymayın!

 

Tərk eləyin cavanları,

Zərrəcə yoxdu qanları,

Sözləri doğru isə də,

Başları saşdı, qoymayın!

Çöhrə təraşdı, qoymayın!

 

Sehri, füsunu xoşlayın,

Şairi, şeri boşlayın,

Məktəb ilə bu firqənin

Bağrı badaşdı, qoymayın!

Nikbəti var, səsin kəsin!

Qarğa, dolaşdı, qoymayın!

Çox pis ulaşdı, qoymayın!

 

Kafir olub, vurun, vurun!

Rişteyi-ülfətin qırın!

Yazdığı şerini cırın!

Dinə sataşdı, qoymayın!

Küfrə bulaşdı, qoymayın!

 

Əqli, şüuru, fəhmi yox,

İrzü həyadə səhmi yox,

Məzhəbi, dini, rəhmi yox,

Işləri yaşdı, qoymayın!

Lap danabaşdı, qoymayın!

Qırıldı qaşdı, qoymayın!

Gözdən uzaşdı, qoymayın!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (31 mart 1907, â„– 13) “Din dirəyi” imzası ilə çap olunmuşdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info