Qonaq Kitabı
Gəl, könül, incimə bizdən

Gəl, könül, incimə bizdən,

Qalsın könül, yol qalmasın.

Əvvəl-axır yol qədimdir,

Qalsın könül, yol qalmasın.

 

Ərənlər bizə busudur,

Yalan söyləyən asıdır,

Bu, gerçəklər nəfəsidir,

Qalsın könül, yol qalmasın.

 

Bağçada  açılan güldür,

Mənayi söyləyən dildir,

Pəs əzəldən qədim yoldur,

Qalsın könül, yol qalmasın.

 

Başındadır altun tacı,

Budur ərənlər meracı,

Kəskindir yolun qılıcı,

Qalsın könül, yol qalmasın.

 

Ey divanə, ey divanə

Aşiq olan qıyar canə,

Xətayi der Taclı xanə:

- Qalsın könül, yol qalmasın.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info