Qonaq Kitabı
ÜMUMİ DƏRDLƏRDƏN

Bu gün baxıb görürəm ki, şəhərlərdən gələn yoldaşlar hamısı giley-güzar edirlər. Deyirəm: ay oğul, bu nə giley-güzardır, deyirlər ki, necə biz giley etmiyək, görürük Şirvanda aptekada dərmanı bu qiymətə satırlar. Şəkidən gələn də deyir ki, orada bir başqa qiymətə satırlar. Gəncədən gələn birisi deyir ki, mən Gəncədə bir dərmanı altı qəpiyə aldım, ancaq Bakıda üç qəpiyə verirdilər.

 

*         *       *

Biz indi həm qənaət ilə mübarizə aparırıq, həm də qiymətlərin hər yerdə bir dərəcədə olmasını istəyirik.

Çox yaxşı, vəqta ki, biz bunu istəyirik, bəs nə üçün həyata keçirə bilmirik. Bunda bir çox səbəblər vardır.

1) Biz hər gün qəzetlərdə oxuyuruq ki, filan kooperatifin sədri, yaxud filanı filan qədər kooperatif parəsini mənimsəmişdir.

2) O biri gün oxuyuruq ki, filankəs filan yoldaşları ilə əllərində tapanca gəlib kooperatif dükanını ğarət edibdirlər bəs bunun axırı nə olsun?

 

*         *       *

Şeylərin ucuzlaşması və dərman məsələsi oylə bir məsələdir ki, onu mütləq danışmaq və söyləmək lazımdır? Necə yəni bizim işlərimiz o qədər ağır gedəcəkdir ki, Gəncədə alınan bir dərman Bakıda ucuz və Şəkidə Bakıdan baha olsun.

Hər halda Molla Nəsrəddin qocalmışsa da, o yenə hər bir şeyi görür və onu dərk edir. Bəs biz nə yapmalıyıq ki: bu işləri düzəldək, hər halda biz özümüzü düzəltməliyik.

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1927, N 32.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info