Qonaq Kitabı
Allah-allah den, qazilər

Allah-allah den, qazilər,

Qazilər deyən şah mənəm.

Qarşu gəlin, səcdə qılın,

Qazilər deyən şah mənəm.

 

Uçmaqda tuti quşyam,

Ağır ləşgər ər başıyam,

Mən sufilər yoldaşıyam,

Ğazilər deyən şah mənəm.

 

Nerdə əkərsən, bitərəm,

Xanda çağırsan, yetərəm,

Sufilər əlin tutaram,

Ğazilər deyən şah mənəm.

 

Mənsur ilə darda idim,

Xəlil ilə narda idim,

Musa ilə Turda idim,

Ğazilər deyən şah mənəm.

 

Qırmızı taclı, boz atlı,

Ağır (bir) ləşgər nisbətli,

Yusif peyğəmbər sifətli,

Ğazilər deyən şah mənəm.

 

Xətayiyəm, al atlıyam,

Sözü şəkərdən datlıyam,

Murtuza Əli zatlıyam,

                                                 Ğazilər deyən şah mənəm.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info