Qonaq Kitabı
MAŞALLAH

Maşallah, Gəncənin cəmi əsnaf və sənətkarları da bicləşib və ustalaşıbdır, maşallah, cuhuddan da bicdirlər, maşallah cümləsində asari-intibah görünməkdədir, ələlxüsus bu şəhərin dəmirçiləri lap artıblar. Maşallah eləsi var ki, yaman gözdən saxlasın. Məsələ: dəmirçi Hacı Bala ağa kimi lap tərəqqi edib, çox qanacaqlı adamdır, maşallah, danışdığı mənalı sözlər, elə özünün də zəkavəti-xaruqüladəsinə dəlalət edir. Maşallah, həmişə öz sənəti kimi qızğın və kəskin danışdığından ətrafında olan bir neçə adamları cəhənnəm əjdahası kimi qavalamaqdadır, maşallah onun şagirdlərindən məşhur Çəbəli də dalda qalmayıbdır, bu cənab da ittihayi-xəbasət və xuliqanlığında bir mərtəbəyə çatıbdır ki, indi onu kəlisa karvansarasında senzor təyin ediblər belə ki, hər kəs o karvansarada qazet, jurnal oxusa Hacı Bala ağanın fitvası ilə haman qəzet oxuyan təhqir edilib qazet də Çəbəli tərəfindən cırılıb parça-parça olunur. Maşallah, maşallah, maşallah... Gəncənin hər bir zadı tərəqqi edib, əllaflar, baqqallar da... On dörd şahılı əllaflar meydanın əyağında bir yerə yığılıb İran, Osmanlıda olan arvadları məşrutə olmağına görə hamısı bihəya olub bazarda, küçədə naməhrəmlər ilə qolboyun gəzmələrini, ağızları köpüklənə-köpüklənə danışıb kəmali-bihəyalıq ilə təsdiq edirlər. Maşallah, maşallah, afərin belə mömin kişilərə, mərhəba!!

 

Şəmşir

“Zənbur”, 1909, â„– 9.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info