Qonaq Kitabı
Qaibdən dəlil göründün

Qaibdən dəlil göründün,

Dədəm, xoş gəldin, xoş gəldin.

Bizi sevib sevindirdin,

Dədəm xoş gəldin, xoş gəldin.

 

 

İki can idik, birləşdik,

Məhəbbət qapısın açdıq,

Şükür didara irişdik,

Dədəm, xoş gəldin, xoş gəldin.

 

Üstümüzə yol uğratdın,

Gövhər aldın, gövhər satdın,

Ərliyini isbat etdin,

Dədəm, xoş gəldin, xoş gəldin.

 

Bir ağacda güllər bitər,

Dalında bülbüllər ötər,

Şahıma bərgüzar gedər,

Dədəm, xoş gəldin, xoş gəldin.

 

Böylə, Şah Xətayim, böylə,

Pirim dəstur versin, söylə.

Şaha məndən niyaz eylə,

                                                 Dədəm, xoş gəldin, xoş gəldin



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info