Qonaq Kitabı
ATA VƏ OĞUL

(Tərbiyəmizdən)

 

A t a – A gədə ağıllı oyna, dinc dur.

O ğ u l – Ata, nə qayırıram ki?

A t a – A gədə, düz otur demirəmmi?

O ğ u l – Əyşi, nə var ki?

A t a – A qodux, vallah, durub qulaqlarını qopardaram.

O ğ u l – Qodux özünsən. Gəl qopart görüm, necə qopardırsan?

A t a – A heyvan oğlu heyvan, sənə demirəmmi dinc dur?

O ğ u l – Heyvanın səsi gəlir.

A t a – xa, xa, xa, xa, xa, xa, hi, hi, hi, hi, adə bu bijnən nə qayırım dayna, bilmirəm nə gündə əmələ gəlib, bu çəharşənbə toxumu məni lap təngə gətirdi, heç öhdəsindən gələ bilmirəm. Elə evdə də belədi, bazarda da belə.

 

“Molla Nəsrəddin”, 1907, â„– 18.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info