Qonaq Kitabı
GƏNCƏ

 

A Molla Nəsrəddin! Allah səni bizə çox görməsin, düşmənin çoxdur isə dostun da tək-tək tapılır. İrandan tutmuş Osmanlıya kimin müsəlman bəy, xanlarını, mollalarını rahat qoymayası olsanız da Qafqazın ana dilində olan hamı müşkülünü açırsan:

Sən Allah, mən biçarənin də müşkülünü aç: lap mətəl qalmışam. Özüm də bilmirəm nə eləyim!

Ağdaşdan Ağa Hüseyn Nağıyev öz müştərilərinin birinə bir kağız yazıbdır. Alış-verişlərinə dairdir. Həmin kağızda bir belə şəkil çəkilibdir:

Biçarə tacir bu məktubu əl-əl gəzdirib heç bir kəs oxuya bilməyibdir. Gəncədə də ki, savadlı molla tapmaq mümkün deyildir. Axırı gətirdi mənə... mən də neçə gündür, zərrəbin və nə bilim nələr vasitəsilə nə qədər edirəm oxuya bilmirəm.

Tacir yazıq da qalıbdır beləcə mətəl. Nə eyləsin? Nə hesabını başa düşə bilər, nə kitabını, nə mayəsini qana bilir, nə də qazancını, yazıqdır. Gör buna rəhm eyləyib oxuya bilərsənmi?

 

Qanacaqsız

“Molla Nəsrəddin”, 1906, â„– 15.

 

İ d a r ə d ə n:

Məktubda çəkilən şəkli biz oxuduq və oxumaq çox asan imiş: yazılıb:

“Müsəlman hürufatını icad eliyənə beş min rəhmət.”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info