Qonaq Kitabı
GƏNCƏDƏ KİTABFÜRUŞDAN

Ay Molla Nəsrəddin, kişi bəs deyil bu qədər mərdüməzarlıq? Ay kişi, sən mənim bazarımı kəsad eyliyibsən. Üç aydır ki, məndə olan kitablar heç satılmır, qabaqda mağıl yaxşı satırdım, imdi bir neçə cild kitab var mənə cərimə olubdur. Cameyi-dəvat 50 cild, Təbiri-xab 30 cild, Gülsüm nənə 270 cild, Qırx sual 160 cild. Əgər bunların pulunu göndərib xub, göndərməsən gedərəm Marağadan Molla Şükürün falaqqasını gətirrəm Tiflisdə sənin ayaqlarını falaqqayə qoyub o qədər döyərəm ki, ölərsən. Bəsdir bu qədər mərdüməzarlıq.

 

Məşhədi Kərbəlayı hacı

Tamahkar kitabfüruş Təbrizi

“Molla Nəsrəddin”, 1906, â„– 14.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info