Qonaq Kitabı
GƏNCƏDƏN YAZIRLAR

İran təbəəsindən Məşədi Dadaş və Hüseyn namında iki kişi Gəncə uyezdinin Fəxrəli adlı qəryəsində neçə ildir ki, ticarətlə məşğul idilər, bir ay bundan müqəddəm bu iki şəxs şərik olub və şərakətlə mayə qoyub güclü alış-veriş başladılar. Yaxşı kar və nəf edirdilər. Keçən noyabr ayının 25-ci günündə bunlar hesablaşıb ayrılmaq istərlər. Lakin nə cür olur isə bunlar hesab üstə bir-birilə vuruşarlar. Hüseyn xəncəri çəkib yoldaşı Məşədi Dadaşın budundan soxar. Məşədi Dadaş o dəqiqə də vəfat edər. Bu əsnada Məşədi Dadaşın qardaşı İsmayıl gəlib qardaşını bu növ ölmüş görəndə əcələ xəncərini çəkib qardaşının qatilinə hücum edib başından və qolundan təhlükəli surətdə yaralar. İsmayıl Hüseyni öldürmək istəyirsə də orada olan adamlar mümaniət edərlər. Bunun da yarası çox olmağa görə sağalmağına ümid yoxdur.

Genə həmin zikr olunan qəryədə bu dekabr ayının üçüncü gecəsində kəndi mühafizə 4 nəfər qaravulun üstünə xapaxapdan dörd nəfər silahlı səvarı oğrular tökülür. Qaravulların başlarının üstünü kəsib onları tərpənməyə məcbur edirlər. Bədəhu bunları qabaqlarına qatıb kənddən kənarə çıxarıb orada biçarələrin hər nələri var isə hamısını alıb getmişlər.

 

Əli Məhəmmədov (S.)

“Şərqi-rus”, 1904, â„– 245, səh. 2.

 

İ d a r ə d ə n: təmam cəhalət, qəflət və səfalət bəlası...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info