Qonaq Kitabı
Biz də xanədanə gedər der idik

Biz də xanədanə gedər der idik,

Mehman canlar, bizə səfa gəldiniz.

Hər sabah, hər sabah yüzüm üstünə,

Mehman canlar, bizə səfa gəldiniz.

 

Bəli dedik bir gerçəgin dəstinə,

Canım qurban olsun haqqın dostuna,

Hər sabah, hər sabah yüzüm üstünə,

Mehman canlar, bizə səfa gəldiniz.

 

Getdi yoldaşlarım, qaldım yalınız,

Bağçada açılır qönçə gülünüz,

Şəkər məhəbbətiz, dadlı diliniz,

Mehman canlar, bizə səfa gəldiniz.

 

Bayquş kimi nə bəklərsən viranı,

Şükür olsun səni bizə verəni,

Sultan Xətayinin işi, yörəni,

Mehman canlar, bizə səfa gəldiniz.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info