Qonaq Kitabı
CÜRBƏCÜR ƏHVAL

Gəncə yaylağının Xaçbulax adlanan daçəsində Kiçəkli adlı bir qəryədə bir övrət hamiləlik müddətini tamam edəndən sonra bir qız uşağı doğub ki, həmin uşaq əcayibi-məxluqatdan imiş. Məzbur uşağın qurşaqdan (kəmərdən) yuxarısı, yəni əlləri, döşü (sinəsi), başı, burun-qulağı və ağzı hamısı tülkü donquz surətində və qurşaqdan aşağısı insan sifətində imiş. Ayaqları və bağları və digər yeri insan şəklində imiş. Həmin əcayibin valideyni balasını bu halda görəndə xəlq içində xəcalət və rüsvay olduq deyə böyük təziyə qurmuşlar.

 

Əli Məhəmmədov (S.)

“Şərqi-rus”, 1904, â„– 137, səh. 4.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info