Qonaq Kitabı
BİZİM ADİ SÖHBƏTİMİZ

(Oxuculardan üzr istəyirəm.

Hərçənd söhbətlərimizin elələrini

seçmişəm ki, qəzetdə yazmaq olar,

 amma yenə də üzr istəyirəm).

 

-         Salaməleyküm.

-         Əleykəssalam.

-         Məşədi Həsən, mən necə eləyim? Axı o köpək oğlunun balası gəlib çıxmadı.

-         Mən nə qayırım, balam. It oğluna min kərə dedim ki, ədə, tez gəl.

-         Gör, sən Allah, saqqallı kişini qoduğun birisi ələ salıbdır.

-         Bu sən öləsən, eşşəyin balasına ağzıma gələni demişəm. Donuz balasına söz kar eləmir.

-         Hə, indi ki, belə oldu, mən onun... (Daha dalını yazmağa qələm işləməz. Elə bu “nümunə” bəsdir).

 

*        *        *

 

Bu cürə, bundan daha bədtər söyüşləri uşaq yanında, arvad yanında deməyə utanmayan müsəlman yazıq dilimizin düz-doğru kəlmələrini yerində işlətməyə utanır, üzr əvəzinə “Türk deməli” sözünü əlavə edir, yəni təqsir məndə deyil, dilimizdədir. Məsələn:

- Məşədi Həsən, bu istəkanı, türk deməli, yerinə qoy.

- Əşi, qoy sənin üçün bir istəkan da, türk deməli, töküm.

- Yaxşı, türk deməli, bir də ver.

Halbuki təqsir dilimizdə deyil, təqsir ondadır ki, qəlbimiz pak deyildir. Hər sözə başqa məna veririk.

 

*        *        *

 

Bir-birimizə o qədər yalan demişik ki, daha heç kəsin heç kəsə etibarı qalmayıb. Odur ki, söhbətlərimizin bir nümunəsi də belə olur:

- Hacı Əsəd, iki yüz manat mənə borc ver, getdiyim Kəbə haqqı, sabah gətirib verərəm.

- Ə kişi, Həzrət Əlinin zülfüqarına rast gəlim ki, cəmi var-yoxum bu üç manatdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info