Qonaq Kitabı
QƏZET

Birdən, fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetlərin hamısı durduğu yerdə bağlandı.

Onda nə olar?

Onda tamam Firəngistan bir-birinə dəyər... Kişi, arvad, uşaq – hamısı bir-birinə qarışıb, bir çığır-başır salarlar ki, qonşular dəli olarlar.

Biri çığırır ki:

- Ay, kor oldum!

O birisi:

- Ay, kar oldum!

Bir başqası:

- Ay, lal oldum!

Banklar qapanar, birjalar sönər, fabriklər batar, dəmiryol işləməz, paraxodlar dayanar, məclislər pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar – qərəz, zəlzələ olar, tufan qopar, hamı kar olar, kor olar, lal olar. Bəs bizim qəzetlərimiz bağlansa  nə olar?

-         Heç zad!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info