Qonaq Kitabı
KİMDƏN NƏ SORUŞDULAR?

Loğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin?

Dedi:

- Bakının işkol uşaqlarından.

Dedilər:

- Nə tövr?

Dedi:

- Təfsilə ehtiyac yoxdur.

 

*        *        *

 

İsgəndər-Zülqərneyndən xəbər aldılar ki, cəsarət və şücaəti kimdən öyrəndin?

Dedi:

- Nəvvab Eynüddövlə ilə Sərdari-Nüsrət Rəhim xandan.

Dedilər:

- Nə tövr?

Dedi:

- Onların yerinə utandığımdan.

 

*        *        *

 

Hatım Taidən birisi soruşdu ki, bu səxavət və kəraməti kimdən öyrəndin?

Dedi:

- Bakının bəzi milyonçu hacılarından.

Dedilər:

- Nə tövr?

Dedi:

- Əhvalat uzundur.

 

*        *        *

 

Firdovsi əleyhirəhmədən soruşdular ki, şer yazmağı kimdən öyrəndin?

Dedi:

- Müsəlmanların indiki mütəşairlərindən.

Dedilər:

- Nə tövr?

Dedi:

- Mən də onlar kimi ləşviyyat yazmadım.

 

*        *        *

 

Bir müsəıman uşağından soruşdular ki, bu qədər söyüşü kimdən öyrəndin?

Dedi:

- Hamısını dədəmdən.

Dedilər:

- Nə tövr?

Dedi:

- O məsə söydükcə, mən də əzbərlədim.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info