Qonaq Kitabı
Bir gözəlin vücudunun şəhrinə

Bir gözəlin vücudunun şəhrinə,

Bax, nəzər eylə də həmən arif ol.

Dükanında dedigin mətaına

Bax, nəzər eylə də həmən arif ol.

 

Seyr et özgə ərənləri görəsin,

Təbib sarar  yürəgimin yarəsin.

Çərb eyləmə məhəbbətin çırasin,

Bax, nəzər eylə də həmən arif ol.

 

Hərcayi gözələ qoşma başını,

Hərcayilik edib atar daşını,

Müştəri bulunsa söz qumaşını,

Bax, nəzər eylə də həmən arif ol.

 

Xətayi der: – Rəhm etməzəm yalana,

Özün təslim edər kəndi gələnə,

Ay Əlidir, gün Məhəmməd bilənə,

Bax, nəzər eylə də həmən arif ol.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info