Qonaq Kitabı
COĞRAFİYADAN MƏLUMAT

Rusiya – bir məmləkətdir ki, orada Dövlət duması var, amma əz bərayi-ehtiyat Dövlət dumasının içində də bir Purişkeviç vardır.

Türkiyə - bir dövlətdir ki, orada dünən hökumət millətin boynuna minmişdi, sonra da millət hökumətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin.

Avstriya – bir dövlətdir ki, oranın hökuməti iki tikəni birdən udur. Amma heyif ki, boğazında qalır.

Iran – cəmahiri-müttəfiqə surətində dolanan bir məmləkətdir. Içində on-on beş dənə cürbəcür padşahları vardır. Əhalisi yoxdur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info