Qonaq Kitabı
HİLAL VƏ ŞİRİ-XURŞİD

Şiri-Xurşid (Hilala). Bəs sən batmışdın nə üçün bir də çıxdın?

Hilal. Bəs sən çıxmışdın, nə üçün bir də batdın?

Şiri-Xurşid. Bizim adamların çoxu adam deyillər. Bəlkə adam sifətində olan bayquş, yapalaq və bu cürə şəbhərə quşlardır, necə ki, indi İranın viran olmağı da buna böyük dəlildir. Mənim şəfəqlərim bu bayquşların gözlərinə ox kimi batırdı, ona görə onlar mənim çıxmağıma tab gətirə bilmədilər və məni batırtdılar.

Hilal. Mən də 30 il idi ki, qara bulud altında gizli qalmışdım. Qara bulud getdikcə qaralıb qalınlaşıb, hər yeri zülmətə döndərmişdi.

Nagah birdən ildırım şaxıyıb, bulud dəhşətlə guruldadı və yağış ətri əvəzində havadan qan qoxusu gəlməyə başladı. Bildilər ki, bərk bir qan yağışı yağıb, hər yeri qan seli basacaqdır. Ona görə tez buludları dağıdıb, məni çıxartdılar.

Şiri-Xurşid. Daha bir də batmazsanmı?

Hilal. Sənin bir də batmayacağını bildiyim kimi, özümün də batmayacağımı aşkar bilirəm.

 

Iran şahı istəyir ki, təzədən tac qoysun, çünki əvvəlki ko olmayıbdır. Ona məsləhət görürtlər ki, ikinci dəfə tac qoyduqda adını dəyişib, Mamedəli qoysun. Çünki daha bu biabırçılıqdan sonra Məmmədəli adı ona yaraşmır... Daha doğrusu, onun özü bu ada yaraşmır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info