Qonaq Kitabı
TELEQRAMLAR

Osmanlıda qanuni-əsasi verildiyi səbəbilə müxtəlif yerlərdən İstambula göndərilən teleqramlar:

“Əşi, əvvəldən belə fikrin var idi, bizi də qandıraydın, məclisdi, nə zəhrimardı dağıtmayaydıq da! İndi nə olsun? Sən küçələrdə keyfin istəyən kimi gəzirsən, amma mən günüqara dustaq kimi qalmışam burda. Bilmirəm başıma nə çarə qılım”.

Məhəmmədəli.

 

“Cavan adamlara tənbeh etmək üçün yaxşı lotularım var; istəsəniz, özüm də gələrəm”.

Mirhaşım Təbrizi.

 

“Əgər xahiş etsəniz, əmr göndərərəm ki, cəmi qanuni-əsası istəyən babidir və hamısını da bir gündə qırarlar. Məxfi qalmasın ki, bu cürə işlərdə çox ustalaşmışam”.

Müctəhid Ağa Mirhəsən ağa.

 

“Məclisi dağıtmaq istəsəniz, teleqram vurun, gəlim. Xərci sizdən”.

Lyaxov.

 

“Birdən bizim padşaha yazarsan ki, o da qanuni-əsasi versin, ha!.. Məbada eləyəsən! Yoxsa, uşağı yoldan çıxararsan”.

Əmir Bahadir Cəng.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info