Qonaq Kitabı
TELEFONLA SÖHBƏT

-         Salaməleyküm!

-         Əleyküməssəlam, sabahın xeyir olsun!

-         Sənin də gözün aydın olsun.

-         Necə?

-         Axtarıbdılar.

-         Ba, hansını?

-         Hə, hamısını!

-         Çox gözəl, bəs nə tapıbdılar. Kimi Sibirə göndərirlər? Hansını boğazından asacaqdılar? Bir tez nağıl elə görüm, əşi, səni xeyir xəbər olasan!

-         Balam... Utanıram deməyə, heç zad tapmayıbdılar.

-         Mən ölüm?

-         Sən öl!

-         Pəh bu olmadı ki, bəs kimi tutublar?

-         Yenə heç kəsi... Sonra tutsalar da bir saatdan sonra buraxarlar...

-         Yox, aşna, bu olmadı. Mən belə demirdim...

-         Neynəmək? Bu səfər belə oldu. Allah qoysa, gələn səfər özgə cürə olar.

-         (Bir az fikirdən sonra) Mən ölüm məni tovlamırsan ki? – (Tələsik).

-         Buy, bu sən öl, arxayın ol, bu nə sözdür, tovlasam, mən gərək namərd olam!

-         Xudahafiz!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info