Qonaq Kitabı
“MOLLA NƏSRƏDDİN”

Dövlət dumasını bağladılar.

“Molla Nəsrəddin” jurnalını da bağladılar.

Dövlət dumasını bağlayan hökumət oldu.

“Molla Nəsrəddin”i də bağlayan hökumət oldu.

Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar padşah əmri ilə, amma “Molla Nəsrəddin” jurnalını danos ilə!!!

Bəli, alimi-məşhur olan qədim Molla Nəsrəddin dəximüstəbid və müstəbidlər xadimləri haqq və həqqaniyyəti üstündə sevməyib, o qədər incitdilər ki, yazıq axırda özünü dəliliyə vurdu...

“Molla Nəsrəddin”in bir o qədər “siyasi töhməti” yox idi ki, hökumət əhlinin xatirinə dəyə və onu da “müzürr məsləkinə görə” bağlaya idi. Xeyr! “Molla Nəsrəddin”in rus hökuməti ilə bir o qədər işi yox idi, bəlkə onun işi bizim öz hökumətimizlə idi. Yəni “Molla Nəsrəddin” haqq söz danışırdı.

Və haqq və həqiqət acı olduğuna görə, bizim həmişə “şirni” yeməyə öyrənmiş hökumətimizin xoşuna gəlmədi və gəlməyən surətdə “hökumət” hökumətə danos verib, haqq və həqiqət ağzını yumdurdu...

Lakin yumdura bildimi?

Bu özgə məsələdir. Bunu get camaatdan xəbər al, desin!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info