Qonaq Kitabı
STOLIPİNİN XƏYALI

Allahın altında bu dumanı qovaydım, ondan sonra ta heç duma qurmayaydım, görəydim camaat nə qayıracaq. Əgər dinməsələr, onda kef mənim olar. Duma da Osmanlı məclisi-məbusanına dönüb, qalar ay batandan sonraya. Yox camaat o yan-bu yan eləsə, yenə təzə duma quraram. Ancaq bu səfər elə kələklər gələrəm ki, dumanın üzvləri hamısı olar keşiş, molla, ravvin, mahrasa və bu cürə adamlar.

Sonra günlərin bir günü onlara deyərəm ki, bax, lotular, bilirsiz nə var? Siz hamınız ruhanilərdənsiniz, ruhanilərin də borcudur ki, həmişə “sağ” olub, hökumətə “əl mənim, ətək sənin” desinlər. Ona görə hər kəs sizdən “sol” olsa, vurub çıxardacağam bayıra! Əlbəttə, ruhanmi üzvlərin heç biri özünü kələyə salıb, “sol” olmayacaqdır. Bir də baxıb görəcəyəm ki, dumanın hamısı olub “sağ”. Elə olan surətdə, daha nə var?

Mən deyəcəyəm belə olsun, duma da deyəcək belə olsun, ta durub indiki kimi fisqırı qoparmayacaqlar ki, dediyim sözlərə də peşiman olum!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info