Qonaq Kitabı
QARABAĞDA YER MƏSƏLƏSİ

-         Kərbəlayı Kərim, sən dur yuxarıdan otur!

-         Yox, Məşədi Cəlil, elə bura yaxşıdır.

-         Yox, sən öl olmaz, dur bəri otur!

-         Zəhmət çəkmə, Məşədi Cəlil, vallah mənə bura yaxşıdır.

-         Əşi, bircə sən ayağa dur! Bircə ayağa dur! Belə, di indi bəri otur, helə. Bir az də bəri, bir az da bəri, mən ölüm bir az da bəri, sən həsənin canı bir az da bəri sürünçün, helə! Bax, indi ürəyim arxayın oldu.

 

 

-         Həsənbala kişi, sən zəhmət çək dur bu aşağıda otur, bura Kərbəlayı Heydərin yeridir. Bir az da aşağı, bir azca da aşağı, bir xırda da yanını aşağı elə, atan olsun rəhmətlik! Yaxşıdır, elə orada otur. Hər məclisdə, gərək, bir qayda-qanun olsun; daha ondan aşağa yenmə, elə deyil, molla Vəli?

-         Əlbəttə, qayda və qanundan başqa bir də burada ədalətə riayət olunur ki, hamısından vacib odur!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info