Qonaq Kitabı
MÜSƏLMAN KƏNDLİSİNİN SİYASİ SÖHBƏTİ

-         Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan, dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə-zada da çox-çox gedib gəlirsən. Bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?

-         Əlbəttə vəzir böyükdür!

-         Yaxşı, indi sözgəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi?

-         Salar!

-         Vəkil də, sözgəlişi, istəsə goburnatı salar, elə deyilmi?

-         Bəli!

-         Goburnat da deməli, nəçəlniyi salar?

-         Bəli!

-         Nəçəlnik də pristavı salar?

-         Bəli!

-         Pristav da yüzbaşını salar?

-         Bəli!

-         Yüzbaşı da, deməli, bizi salar?

-         Bəli!

-         Yaxşı, indi sözgəlişi, bu gün vəzir istəsə, sən vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da!

-         Salmağına salar, amma qazamatda bir elə yer olmaz.

-         Buy, hə. Doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info